GORUS – 2010: ABSURD TEATRI MÖVSÜMÜ

 

ramiz_mehdiyevBiz 2010-cu il oktyabrın 16-da erməni absurd teatrının səhnəsində növbəti tamaşanın şahidi olduq. Bu dəfə tamaşa Yerevandakı teatr səhnəsində deyil, Gorus şəhərində  göstərilirdi.  Tamaşanın  baş  qəhrəmanı  hansısa  sıravi  artist  deyil, Ermənistan  prezidenti  Serj  Sarkisyanın  özü  idi  –  bəli,  1992-ci  ilin  fevralında Xocalı  soyqırımının,  Dağlıq  Qarabağın  və  ona  bitişik  ərazilərin  azərbaycanlı əhalisinə  qarşı  etnik  təmizləmələrin  əsas  təşkilatçılarından  biri  olmuş  Serj Sarkisyan.  Bu  dəfə  özünü  akademik  kimi  göstərməyə  çalışan  prezident  teatr səhnəsindən  bütün  elm  aləmini  tarix  elmində  “yeni  kəşflər”lə  heyrətləndirməyi qərara almışdı. Erməni diasporunu təmsil edən jurnalistlər qarşısında Sarkisyanın çıxışının “şedevrləri”ndən biri ondan ibarət idi ki, guya “tərkibində bircə nəfər də erməni  olmayan  genetik  və  linqvist  alimlərin  “hansısa  böyük  bir  qrupu”  uzun müddət mürəkkəb bir tədqiqat aparmışdır. Son nəticələrə görə, erməni dilinin ən azı səkkiz minillik tarixi vardır. Bu o deməkdir ki, biz bir millət kimi ən azı səkkiz min ildir  mövcuduq”. Etiraf etmək  lazımdır ki, Lısenko genetikanı təqib etməyə başladığı dövrdən bu yana dünya elmində genetikanın bu və ya digər dilin yaşını müəyyən etmək qabiliyyəti kimi sensasiyalı bir kəşf eşidilməmişdir. Bu  başabəla  alim  nə  qədər  canfəşanlıq  etsə  də,  bu  “yeni  pyes”ə  ciddilik əlaməti verməyə və bu məzhəkənin kobudluğunu gizlətməyə nail ola bilməmişdir.  Lakin prezidentliyinin legitimliyi hətta erməni cəmiyyətinin özü tərəfindən də şübhə  altına  alınan  Serj  Sarkisyan  coşaraq,  Gorus  teatrının  səhnəsindən erməni cəmiyyətinin layiq olduğu siyasi liderin obrazından daha çox özünün şəxsi daxili mədəniyyətinin və savadının səviyyəsini əks etdirən bir sıra kəskin bəyanatlar verməyi də özünə rəva bilmişdir. Əsrlər boyu Azərbaycan xalqı ilə yanaşı  yaşamış  və  taleyinə  bundan  sonra  da  onunla  qonşuluq  etmək  yazılmış erməni  xalqı,  heç  şübhəsiz,  əyalət  sakini  səviyyəsində  mənasız  çıxışlar  etməklə təkcə özünü deyil, abırlı vətəndaşların bədbəxtliyindən, təmsil etdiyi cəmiyyəti də gülünc vəziyyətə salmayan daha yaxşı rəhbərə layiqdir. Serj  Sarkisyan  erməni  diasporunu  təmsil  edən  jurnalistləri  Ermənistana dəvət edib bu şansdan yararlanmaq, onları regionda baş verən hadisələri obyektiv  və  qərəzsiz  işıqlandırmağa  çağırmaq  əvəzinə,  görüşə  öz  dar  təfəkkürünə  uyğun  yanaşaraq “prezident” tapşırığını vermişdir: tarixi faktları tanınmaz dərəcədə təhrif etmək,  tarixi  onun  dediyi  tərzdə  yenidən  yazmaq,  elmi  mənbələrə əhəmiyyət verməmək,  onların  əvəzinə  isə  Sarkisyanın  təklif  etdiyi  mif  və  uydurmalara əsaslanmaq.  Sağlam  akademik  mühitdə  dövlət  rəhbəri,  adətən,  elmi  tədqiqat prosesinə  müdaxilə  etmir,  alimlərin  aktual  problemləri  öyrənmələrinə  və əldə olunmuş nəticələrin sonradan dərc edilməsinə və geniş müzakirəsinə şərait yaradır.  Bu nəticələr peşəkar, hərtərəfli, qərəzsiz – bu məqam da az əhəmiyyət kəsb etmir -mövcud  mənbələr  bazasının  bütün  kompleksinin  tənqidi  təhlili  əsasında,  bəzi mənbələri fərqləndirmədən, digərlərinə məhəl qoymadan aparılmış təhlil əsasında  alınmalıdır. Ermənistanda isə rəhbərlər, deyəsən, tədqiqat işinin mədəniyyətinə və bu məsələyə bütün dünyada qəbul edilmiş elmi yanaşma ilə tanış deyillər. Burada ölkəyə gəlmiş qonaqlara – onların arasında bəlkə də öz işinin həqiqi peşəkarları da vardı  –  elmi  mühitdə  gülməli,  dövlət  başçısının  dilindən  eşidildikdə  isə, ümumiyyətlə,  biabırçı  səslənən  tamamilə  başqa  metodlardan  istifadə  etmək məsləhət görülür.

Ermənistan  dövlətinin  başçısı  həmin  tədbirə  toplaşmış  auditoriyadan  daha çox  ətraf  aləmə  ünvanlanmış  mesaj  göndərərək  əsla  utanıb  çəkinmədən  oradakı  adamlara bildirmişdir ki, həmin tədqiqatın yekunları, ümumiyyətlə, hazırdır və indi alimlərin bütün işi həqiqət axtarışına deyil (həqiqət artıq tapılmışdır!), yalnız onun  və  komandasının  əvvəlcədən  hazırladığı  təbliğat  şüarlarını  təsdiq  etməyə yönəldilməlidir,  hətta çoxsaylı faktlar və sənədlər həmin şüarlara zidd olsa belə.  Elmin  siyasi  məqsədlərə  (bəzən  də,  ümumiyyətlə,  miflərə)  tabe  edilməsi  normal  hal  sayılan  ölkədə  dövlət  başçısının  dilindən  bu  günlərdə  Gorusda səslənənlərə bənzər bəyanatların verilməsi mümkündür Yetmiş il bundan əvvəl alman alimləri və üçüncü Reyxin liderləri ari irqin müstəsnalığı  barədə  buna  oxşar  “qiymətli  direktivlər”  vermişdilər.  Bir  millətin başqalarından üstünlüyü, birinin qədim və təmizqanlı, digərlərinin gəlmə və qarışıq olması barədə söhbətlərin nə ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Təəssüf ki, öz  xalqını  təxminən  eyni  fəlakətli  istiqamətə  sürükləyən  bugünkü  Ermənistanın rəhbərləri yaxın tarixdən ibrət dərsi almamışlar.

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  dinc  yolla tənzimlənməsi  barədə  danışıqlar  prosesinin  davam  etdiyi  və  bu  münaqişənin  təqsirkarı  olan  Ermənistanın  1975-ci  il  Helsinki  Yekun  Aktının  müddəalarına əsaslanan yenilənmiş Madrid prinsiplərini qəbul etməsini hamının səbirlə gözlədiyi  bir vaxtda, beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin parlamentləri bir-birinin  ardınca  Azərbaycanın  ərazi  bütövlüyünü,  Dağlıq  Qarabağın  Azərbaycana mənsub  olmasını,  millətlərin  öz  müqəddəratını  təyin  etməsi  prinsipinin  özbaşına interpretasiya  edilməsinin  yolverilməzliyini,  Ermənistanın  işğal  etdiyi  əraziləri azad  etməsinin  və  məcburi  köçkünlərin  öz  evlərinə  qaytarılmasının  zəruriliyini təsdiq edən qətnamələr qəbul etdiyi bir vaxtda, Serj Sarkisyan bütün bu sənədləri  inadkarcasına  görmədən  və  beynəlxalq  birliyin  mövqeyinə  məhəl  qoymadan, diaspordan olan qonaqlarına məsləhət görür ki, onlar öz səylərini “ikinci erməni  dövlətinin,  Dağlıq  Qarabağ  respublikasının  təşəkkülünə,  möhkəmlənməsinə, inkişafına və beynəlxalq aləmdə tanınmasına” yönəltsinlər. Ermənistan prezidenti  ətrafına  nəzər  salmaq,  beynəlxalq  aləmdə  təklənməsini  dərk  etmək  və  nahamar  taxtaya vurulmuş mismarı çəkib çıxarmağa başlamaq əvəzinə, həmin mismarı sona  qədər  vurmağa  çağırır,  başa  düşmür  ki,  gələcəkdə  bu  səhvlərin  düzəldilməsi  indikindən daha  ağrılı  olacaqdır.  Ermənistan  özünü  dalana  nə  qədər  çox  təpirsə, oradan çıxmaq bir o qədər uzun və çətin olacaqdır. Buna görə bütün məsuliyyəti  dövlətin rəhbərləri daşıyacaqlar. “İkinci (sonra isə üçüncü, dördüncü…) erməni dövləti”nin hansı beynəlxalq  miqyasda  tanınmasından  söhbət  gedə  bilər  və  Ermənistanın  rəhbərləri  öz  həmvətənlərini  necə  saxta  ümidlərlə  yaşadırlar  ki, beynəlxalq  birlik  özünün çoxsaylı  qətnamələri  ilə  artıq  birmənalı  şəkildə  bildirmişdir  ki,  bu,  heç  vaxt olmayacaqdır! Ermənistan rəhbərliyi nəyə ümid edir? Möcüzəyəmi? Bəlkə də onlar ümid edirlər ki, nümayiş etdirdikləri hədsiz tərsliyin qarşısında nə Azərbaycan, nə də  dünya  birliyi  davam  gətirəcəkdir?  Bu  illüziyadan  yaxa  qurtarmağın  vaxtı  çatmamışdırmı?

1980-ci  illərin  avantüristləri  özlərinin  dardüşüncəli  həmvətənlərini  Yerevanın  və  Xankəndinin  küçə  və  meydanlarına  çıxararkən  “miatsum” utopiyasının  perspektivsiz  və  puç  olmasını  o  vaxt  başa  düşməmişdilərsə,  indi  Ermənistan  rəhbərlərinin  bu  faciəli  səhvi  başa  düşməsinin  vaxtı  çatmamışdırmı?  Ölkənin indiki liderləri, elə sadə ermənilər də fikirləşirlərmi ki, əgər həmin illərdə “Krunk” və “Qarabağ” komitələrindən olan saxta patriotlar öz xalqını bu mənasız avantüraya cəlb etməsəydilər, Cənubi Qafqaz regionu bu gün necə olardı? Şübhə yoxdur  ki,  bu  region  üç  ölkənin  sıx  inteqrasiya  etdiyi  nümunəvi  region  olardı, orada  insanın  milliyyətinin  elə  bir  böyük  əhəmiyyəti  olmazdı  və  hər  kəs  öz identikliyini  qoruyub  saxlamaq,  xalqlar  isə  öz  mədəniyyətini  inkişaf  etdirmək  imkanına  malik  olardı.  Bəs  bu  avantüristlər  nəticə  etibarilə  nəyə  nail  oldular?

Onlar  mənasız  müharibədən,  minlərlə  taleyin  qırılmasından,  milyonlarla  qaçqından,  dağıntılardan,  geniş  sahələrin  becərilmək  əvəzinə minalanmasından,  sosial  xərclər  əvəzinə  hərbi  xərclərin  artırılmasından başqa heç nəyə nail olmamışlar – Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır və heç vaxt mümkün olmayacaqdır –  nə 20  il  bundan  əvvəl,  nə  bu  gün,  nə  də  100  ildən  sonra.  Nə  birbaşa,  nə  də  qondarma  “müstəqillik” sayəsində. Nəhayət, bu səhvi başa düşmək və diasporu təmsil edən jurnalistlərə daha ağıllı məsləhətlər vermək vaxtı çatmamışdırmı?!

Serj  Sarkisyan  Gorusdakı  çıxışında  hiddətlənmişdir  ki,  Stepan  Şaumyanı  Azərbaycanda “bandit” adlandırırlar. Lakin ermənilərə himayədarlıq edən və onlar üçün dövlət yaratmış kommunizm rejimi artıq tarixi keçmişdə qalmışdır. Bu gün  biz  öz  keçmişimizdə  baş  vermiş  hadisələri  dərk  etməkdə  azadıq.  Bu  işdə  arxiv  materialları  bizə  kömək  edir.  Prezident  Serj  Sarkisyan  keçmişə  aid  ideoloji  mətnlərdən  gətirdiyi  sitatlarla  pərdələnməyə  nə  qədər  çalışsa  da,  faktları  inkar etmək olmaz. XX əsrdə Azərbaycan xalqının tarixinin ən faciəli səhifələrindən biri  Stepan  Şaumyanın  adı  ilə  bağlıdır.  S.Şaumyan  bolşevizm  hərəkatının  bayrağı  altında  çıxış  edərək  faktiki  “Daşnaksütyun”  partiyasının  proqramını  həyata  keçirirdi.  Bu  partiyanın  strateji  məqsədi  isə  Azərbaycan  və  Türkiyə ərazilərinin xeyli hissəsində erməni dövləti yaratmaq idi. Bu məsələni yalnız azərbayc anlı və türk əhalinin qırılması hesabına həll etmək mümkün idi. Ermənilərin rəhbərləri də bu imkandan istifadə etmişlər.

1918-ci il yanvarın 11-də Rusiya bolşevik hökumətinin “Rusiya tərəfindən işğal edilmiş Türkiyə Ermənistanında yaşayan ermənilərin tam müstəqillik də daxil olmaqla öz  müqəddəratını azad təyin etmək hüququ”nu dəstəkləyən  dekreti dərc ediləndən  sonra  S.Şaumyan  birdəfəlik  erməni  ekspansionizmi  yolunu  tutmuşdur.

S.Şaumyanın ikili partiya mənsubiyyəti faktı onu izah edir ki, 1918-ci ilin mart-aprel  aylarında  azərbaycanlı  əhalinin  kütləvi  şəkildə  qırılmasını  təşkil  edərkən  daşnak silahlı dəstələrindən istifadə etmişdir. S.Şaumyan sonralar etiraf etmişdir:

“Biz bəhanədən istifadə etdik… və bütün cəbhə boyu hücuma keçdik, … Bizim 6 min nəfərə yaxın silahlı qüvvəmiz vardı. “Daşnaksütyun”un 3-4 min nəfərə yaxın  milli  hissəsi  də  bizim  sərəncamımızda  idi.  Sonuncuların  iştirakı  vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri verirdi, lakin bundan yaxa qurtarmaq mümkün  deyildi.  Biz  bilərəkdən  buna  gedirdik.  Əgər  onlar  (yəni,  azərbaycanlı siyasi qüvvələr) Bakıda üstünlük təşkil etsəydi, şəhər Azərbaycanın paytaxtı  elan ediləcəkdi” 1 .

Nəticədə üç gün ərzində – 1918-ci il martın 30-dan aprelin 1-dək bolşevik-daşnak  qoşunları Bakıda  12  mindən  çox  azərbaycanlını milli  mənsubiyyətə  görə məhv etmişdir. Bütün bunlardan sonra S.Şaumyanı azərbaycanlıların soyqırımının əsas təşkilatçısı hesab etməmək olarmı?

Gorus  görüşündə  jurnalistləri  “Arsax  haqqında  həqiqi  və  obyektiv məlumatı”  dünya  birliyinə  çatdırmağa,  “həqiqəti  fəal  göstərməyə”,  “gerçəkliyə bəzək-düzək  vurmamağa”  çağırmışlar.  Yaxşı  məsləhətdir,  mübahisə  etməyə dəyməz. Lakin hər dəfə müəyyən xarici telekanal və ya mətbu nəşr əsl həqiqəti –erməni  talançılar  tərəfindən  dağıdılmış  və  yandırılmış  Şuşanı,  Dağlıq  Qarabağa bitişik  yeddi  rayonda  məhv  edilmiş  və  təhqir  edilmiş  mədəniyyət  abidələrini, boşaldılmış  kəndləri,  Serj  Sarkisyanın  keçmiş  həmkarları  tərəfindən  Xocalıda törədilmiş  vəhşiliklər  haqqında  videokadrları  bəzək-düzəksiz  işıqlandıranda  həm Ermənistanda, həm də diasporda dərhal hay-küy qaldırırlar, çünki bu, Ermənistan rəhbərliyinin və diasporun məqsədlərinə cavab vermir. Onlar “gerçəklik” deyəndə  medalın yalnız bir üzünü başa düşürlər. Onlar “Arsaxın problemləri” və “bugünkü arsaxlının qayğıları” dedikdə yalnız etnik erməniləri başa düşür, Dağlıq Qarabağ sakinləri  olan  əhalinin  az  qala  üçdəbir  hissəsinin  üstündən  qələm  çəkirlər.  Əgər xarici  jurnalistlər  bu  cür  məsləhətlərə əməl  edərək  Dağlıq  Qarabağ azərbaycanlılarının  indi  yaşadığı  müvəqqəti  qəsəbələrə  baş  çəksələr,  öz  doğma yurdlarına qaytarılmasını gözləyən bugünkü “arsaxlı”-azərbaycanlının qayğılarını bəzək-düzəksiz  işıqlandırsalar,  vəziyyətin  nə  dərəcədə  naqolay  olacağı  aydın deyilmi?  Ermənistan  liderləri  “obyektiv  gerçəkliyi”  özləri  istədiyi  kimi  başa düşürlər. Onlar Göbbels kimi bu gerçəklikdə erməni  olmayanlara  yer olmadığını güman edirlər.

Serj  Sarkisyan  Gorusda  Azərbaycanı,  onun  təbirincə  desək,  neftdən  əldə edilən dollarları “yalan, saxtakarlıq və qara təbliğatın yayılmasına” xərcləməkdə təqsirləndirmiş  və  ermənilərin  “bütün  dünyadakı  insan  potensialını” buna  qarşı  qoyacağını vəd etmişdir. Ola bilsin ki, o, hansısa bir “məxfi silah” kimi ehtiyatda  saxladığı  “bütün  dünyadakı  insan  potensialı”  dedikdə,  yəqin  ki,  bu  yaxınlarda ABŞ-da  ifşa  edilmiş  əslən  Ermənistandan  olan,  qoca  və  imkansız  adamları  aldadaraq  onların  pullarını  oğurlayan,  həmin  pulları  isə  korrupsiyaya  qurşanmış konqresmenlərin  seçki  kampaniyasına  kömək  adı  ilə  onların  pul  gücünə ələ alınmasına xərcləyən böyük bir cinayətkar qrupu nəzərdə tuturmuş. Bütün bu illər  ərzində  ermənilər  sıravi  vergi  ödəyicilərindən  oğurladıqları  pullar  hesabına  ələ aldıqları senatorların və Nümayəndələr Palatasının üzvlərinin dilindən Azərbaycan haqqında və regionda baş verən proseslər barədə ağlasığmaz yalanlar yayır, qara təbliğat  aparırdılar.  Məlum  olmuşdur  ki,  bu  kriminal  şəbəkə  Ermənistanın  ali  vəzifəli  məmurlarına  bağlıdır.  O  ki  qaldı  neftdən  əldə  olunan  dollarların  taleyi məsələsinə,  Ermənistanın  rəhbərlərinin  bu  barədə  narahat  olmasına  dəyməz. Həmin pullar məktəblərin, xəstəxanaların, əsrlər boyu yaşadıqları yerlərdən məhz bu müharibədə özləri üçün siyasi karyera yaratmış və bu gün diaspor jurnalistlərinə artıq “qiymətli direktivlər” verən keçmiş səhra komandirləri tərəfindən qovularaq məcburi  köçkün  vəziyyətinə  düşmüş  insanlar  üçün  müvəqqəti  qəsəbələrin  tikintisinə xərclənir.

Jurnalistlərə  ünvanlanmış  bu  cür  xahişlərdən  biri  də  Ermənistanın  hakim rejiminə  döyüş  meydanında  qazanılmış  “qələbə”ni  diplomatiya  sahəsində möhkəmləndirməkdə kömək etməkdir. Bütün bu illər ərzində Ermənistanda hələ də başa  düşməyiblər  ki,  Ermənistan  qonşu  dövlətə  qarşı  təcavüz  törətməklə,  onun  ərazisini  işğal  etməklə,  etnik  təmizləmələr  aparmaqla,  şəhərləri  və  kəndləri  vəhşicəsinə dağıtmaqla əslində qalib gəlməmiş, məğlub olmuşdur! O, yaranmış bu qədər fürsəti əldən verməklə sülhü uduzmuşdur. Bunu başa düşmək üçün bugünkü  Azərbaycanı Ermənistanla müqayisə etmək, illər keçdikcə daha da çoxalacaq fərqi  qiymətləndirmək kifayətdir. Ermənistan diplomatiya sahəsində tam məğlubiyyətə doğru gedir, bunun ardınca başqa xarakterli məğlubiyyət də ola bilər. Elə isə indi uçuruma yuvarlanan bu ölkənin rəhbərlərinin öz simalarını saxlaması və nə qədər gec  deyil,  vəziyyətdən  ləyaqətlə  çıxaraq  labüd  nəticədən  yaxa  qurtarmaq  vaxtı çatmamışdırmı?

Bu gün Ermənistan özünü tamamilə təcrid etmişdir, nəqliyyat yolları və boru kəmərləri ondan yan keçir, onun dənizə çıxışı yoxdur, sərhədlərinin çox  hissəsi  bağlıdır  və  onun  dörd  sərhədindən  ikisi  bundan  sonra  da  “qıfıllı” vəziyyətdə  qalacaqdır.  Daha  hansı  ölkənin  sərhədlərinin  85  faizi  onun  öz təqsiri üzündən bağlıdır? Dünyada ikinci belə ölkə yoxdur. Ermənistan əhalisinin sayı durmadan azalır. BMT İnkişaf Proqramının himayəsi altında dərc edilən İnsan  Potensialının İnkişafı Haqqında Məruzədə göstərilir ki, hər il 23 mindən 27 minə qədər  adam  Ermənistanı  tərk  edir2 .  Ermənistanın  qeyri-hökumət  təşkilatlarının məlumatına görə isə 1991-ci ildən bəri 1,5 milyon nəfər bu ölkəni tərk etmişdir.

İyirmi il bundan əvvəl Ermənistan Respublikasında, Arsaxda və Cavaxkda təqribən  3,7  milyon  erməni  yaşayırdı.  Bu  gün  isə  həmin  ərazidə  2,2–2,3  milyon  erməni  yaşayır, yəni burada ermənilərin sayı 40 faiz azalmışdır. Başqa çarə tapmayan və mümkün qədər tezliklə mühacirət etməyə çalışan ölkə sakinlərinin demək olar ki, hamısı, hətta ali rütbəli dövlət məmurları, təhlükəsizlik orqanlarının generalları da “Green Card” Amerika lotereyası oynayırlar. Gellap xidmətinin məlumatlarından  görünür ki, postsovet respublikalarından mühacirət etmək arzusunda olanların ən çoxu Ermənistanda yaşayanlardır – 39 faiz 3 . Belə getsə, tezliklə prezident özü də qaçacaqdır.  Bütün  iri  müəssisələr  artıq  bu  ölkəyə  məxsus  deyildir  və  dövlət  borcunu  ödəmək  üçün  satılmışdır.  Ermənistan  hər  bir  ölkədə  dövlətçiliyin  rəmzlərindən  biri,  milli  qürur  və  nüfuz  elementi olan  dövlət  sərhədlərini də  özü müstəqil  qorumağa  qadir  deyildir.  Onun  sərhədləri  qorumaq  üçün  kifayət  qədər hərbi  qulluqçusu  yoxdur.  Bu  vəziyyətdə  o,  hələ  Azərbaycanın  hesabına  öz sərhədlərini  genişləndirmək  də  istəyir.  Nə  üçün?  Yenə  də  başqa  ölkənin sərhədçilərindən  bu  sərhədləri  qorumalarını  xahiş  etmək  üçünmü?  Ermənistan başqasının  ərazisini  işğal  etmiş  və  onu  məskunlaşdıra  bilməmişdir.  Ağır demoqrafik vəziyyətdə olan bu ölkə özü tezliklə əhalisiz qalacaqdır. Ermənilərin öz ölkəsini asanlıqla tərk etməsinin və başqa ölkələrə köçüb getməsinin səbəbini  izah etmək çətin deyil – onlarda bu torpağa bağlılıq hissi yoxdur, çünki instinktiv səviyyədə gəlmə olduqlarını hiss edirlər. Buna görə də oranı asanlıqla tərk edirlər. Bundan əlavə, onlar yaxşı başa düşürlər ki, Azərbaycan xalqı öz torpaqlarını azad etmək  məsələsində  qətiyyətlidir,  Azərbaycan  öz  ərazi  bütövlüyünü  bərpa etməyincə  Ermənistanın  rahat  gələcəyi  olmayacaq  və  hərbi  əməliyyatlar  həmişə gündəmdə qalacaqdır.Azərbaycanın  beynəlxalq  nüfuzunun,  iqtisadi  və  hərbi  qüdrətinin artması  fonunda  Ermənistan  hərbi  blokun  arxasında  gizlənməyə  çalışır. Halbuki  Ermənistandan  başqa  bu  blokun  bütün  üzvləri  Azərbaycana  dost ölkələrdir  və  onlar  Ermənistanın  işğalçı  mahiyyətini  başa  düşürlər.

Azərbaycanın  müdafiə  xarakterli  cəmi  iki  kompleks  ala  biləcəyi  barədə informasiya Ermənistan rəhbərliyini görünməmiş vahiməyə salmışdır. Onlar buna “qələbə”  deyirlər?  Qaliblər  özlərini  bu  cür  aparmır  və  başqa  ölkələrdən  xahiş  etmirlər ki, onları məğlub olandan qorusunlar! Bəlkə  də  Serj  Sarkisyan  “qələbə”  dedikdə  o  əməliyyatı  nəzərdə  tutur  ki, Ermənistanın  yuxarı  təbəqələrində,  özlərinin  etiraf  etdiyi  kimi,  onun barəsində“bərkdən  danışmamağı  üstün  tuturlar” 4 .  Onunla  birlikdə  hərbi  xidmət keçən yoldaşlarının Xocalı qaçqınlarının güllələnməsində iştirak etməsini bir neçə il  bundan  əvvəl  britaniyalı  jurnalistə  etiraf  etmiş,  bu  gün  isə  Azərbaycana  qara yaxan,  burada  “informasiya  yalanından  və  saxtakarlıqlardan”  riyakarcasına  “heyrətlənən”  həmin  Sarkisyan  Azərbaycanın  həqiqəti  dünya  ictimaiyyətinə çatdırmaq üçün artan səylərinə qarşı müvafiq xidmət yaradılması barədə təxminən  bir  il  bundan  əvvəl tapşırıq vermişdi.  Yeni struktur qısa  müddətdə  ilk nəticəsini  vermişdir:  Xocalı  sakinlərinin  erməni  hərbi  qulluqçuları  tərəfindən  qırılması barədə Sarkisyanın özünün təhqiramiz: “Xocalı hadisələrinə qədər azərbaycanlılar  fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar güman edirdilər ki, ermənilər  mülki  əhaliyə əl  qaldıra  bilməzlər.  Biz  bu  stereotipi  sındırmağa  nail  olduq” 5 etirafını  inkar  edən  bir  mif  yaradılmışdır.  Gorusda  isə  elə  həmin  Sarkisyan jurnalistlərə  demişdir:  “Yalan  və  saxtakarlıq  hesabına  uzağa  getmək  olmaz”.

Ermənistanın bugünkü rəhbərləri “həqiqəti” belə başa düşürlər. “Azərbaycan  özü  müharibəyə  başlamış,  özü  də  uduzmuşdur”  deyən  Serj Sarkisyanın  məsuliyyətsiz  bəyanatının  həyasızlığına  mat  qalırsan.  Ermənistanın təcavüzünü  öz  üzərində  hiss  edən  və  ona  qarşı  heç  vaxt  ərazi  iddiaları  irəli sürməmiş  (bunun  üçün  artıqlaması  ilə  tarixi  əsaslar  olduğuna  baxmayaraq) Azərbaycan  bu  gün  təcavüzkar  dövlətin,  işğalçı  dövlətin,  beynəlxalq konvensiyaları pozan dövlətin başçısının dilindən həyasızcasına ittiham eşidir. Bu yerdə istər-istəməz Göbbelsin sözləri yada düşür: “Yalan nə qədər həyasız olsa, bir o qədər sürətlə yayılır”. Polşanın Almaniyaya, Küveytin isə İraqa “hücumları” da yada  düşür.  Azərbaycan  heç  vaxt  Ermənistan  ərazisinin  beşdəbir  hissəsini  işğal etmək,  erməniləri  oradan  qovmaq  və  orada  oyuncaq  rejim  yaratmaq  niyyətində olmamışdır.  Bu  cür  riyakar  bəyanatların  müəllifi  başqa  bir  məsələ  üzərində düşünsəydi, pis olmazdı: əgər onun dediyi kimi, məğlubiyyətin nəticələri heç vaxt xoşagələn  olmursa,  onda  ermənilər  Birinci  Dünya  müharibəsi  illərində  Osmanlı imperiyasında  erməni  qiyamının  nəticələri  barədə  nə  üçün  onilliklər  boyu  şivən  qaldırırlar?  Onlar  özləri  öz  dövlətinə  xain  çıxmış,  ona  arxadan  zərbə  vurmuş,  düşmən tərəfə keçmiş, ölkənin şərqində müsəlman əhalini qırmağa başlamışlar və bunun nəticələrinə görə elə özləri də məsuliyyət daşıyırlar! Guya bu cür əməllərin nəticələri  xoşagələn  də  ola  bilərmiş.  Ermənilər  hansı  “soyqırımı”ndan  danışa bilərlər ki, o vaxt bu söz yox idi. Hələ üstəlik, onlar XX əsrdə soyqırımının “ilk qurbanları” olmaq istəyirlər, guya bundan əvvəl bütün müsəlman əhalini qılıncdan keçirən ermənilər özləri deyilmiş və 1904-1907-ci illərdə Namibiyada gerrero və hottentot xalqlarının qırğını olmamışdır.

Başqasının torpağını zəbt etmək və işğal faktına əsasən onu öz torpağı elan etməyin  mümkün  olduğu  vaxtlar  keçmişdir.  Artıq  dünya  bir  neçə əsr  bundan əvvəlki  dünya  deyildir.  Buna  görə  də  Ermənistanın  ekspansionist  başbilənləri  qonşularına ərazi iddialarını əsaslandırmaq üçün əvvəlcə tarixi arqumentə müraciət etməyi qərara almışlar: “Bu torpaqlar vaxtilə bizim olmuşdur, biz yerli xalqıq, siz gəlmə,  deməli,  haqqımız  var”.  Bu  məqsədlə  faktlarla  heç  bir  əlaqəsi  olmayan saxtalaşdırılmış  tarix  versiyası  uydurulmuşdur.  İnsanlar  başa  düşəndə  ki,  müasir dünyada ərazi mübahisələri orta əsrlərə xas olan məhdud təfəkkür çərçivəsində və tarix müstəvisində deyil, beynəlxalq hüquq müstəvisində həll edilir, Ermənistanda öz ərazi iddialarını beynəlxalq hüquqda mövcud olan millətlərin təyini-müqəddərat prinsipi ilə əsaslandırmağı qərara almışlar. Erməni tərəfin arqument bazası hər iki  halda  zəif  olmuşdur  və  yenə  zəifdir,  çünki  o,  tarixi  baxımdan  uydurmalara,  saxtalaşdırmalara  və  qeyri-elmi  mühakimələrə,  hüquqi baxımdan  –  beynəlxalq  hüquq  müddəalarının  özbaşına  interpretasiyasına əsaslanır, bu isə yolverilməz və səmərəsizdir. Buna görə də ermənilərin iddiaları dünyada dəstəklənmir.

Ermənistanı  tarixin  saxtalaşdırılması  məsələləri  üzrə  dəyişməz  dünya çempionu adlandırmaq olar. Bu baxımdan onun tayı-bərabəri yoxdur. Öz tarixlərini  “qədimləşdirməyə” və hər vasitə ilə öz xalqını qonşuların ermənilərin xoşuna gələn ərazilərinə “bağlamağa” çalışan erməni müəlliflər bəzən özləri də bilmədən gülünc  nəticələr  çıxarır,  siyasi  liderlər  də  dərhal  bu  nəticələrdən  yapışır  və  yüksək  tribunalardan  çıxış  edərkən  utanıb-qızarmadan, həmin  nəticələri  elmdə  hamılıqla qəbul  edilmiş  “aksiomlar”  kimi  qələmə  verirlər.  Məsələn,  Serj  Sarkisyan təkəbbürünü  gizlətmədən  və  heç  bir  əsas-dəlil  göstərmədən  azərbaycanlıları  xristianlığın  qəbul  edilməsində  dünyada  birincilik  iddiasında  olmaqda günahlandırmışdır.  Azərbaycan  tarixşünaslığında  heç  vaxt  deyilməmişdir  ki, Qafqaz  albanları  xristianlığı  hamıdan  əvvəl  qəbul  etmişlər.  Amma  erməni  tarixçiləri  Ermənistanın  301-ci  ildə  xristianlığı  dövlət  dini  kimi  dünyada  birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər, hərçənd elmə çoxdan məlumdur ki, hələ II əsrin axırlarında, yəni  ermənilərdən bir əsrdən də çox əvvəl ərəmeydilli Edessa çarlığında (Osroyenada) xristianlıq rəsmi din olmuşdur. 165-ci ildə Edessa çarı Abqar bar Manu (V Abqar və  ya  VIII  Manu)  xristianlığı  qəbul  etmişdir 6 ,  onu  buna  inandıran  fələstinli missioner  Müqəddəs  Fadey  (Adday)  olmuşdur,  çar  taxt-tacında  onun  varisi  VIII  Abqar  isə  xristianlığı  Osroyenanın  dövlət  dininə  çevirmişdir 7 (bəzi  mənbələrdə göstərilir  ki,  bunu  xristian  poeziyasının  təməlini  qoymuş  IX  Abqar  etmişdir) 8 . Alman tarixçi  və  ilahiyyatçısı  Adolf  fon  Harnak  1905-ci  ildə  yazırdı:  “…  şübhəyoxdur  ki,  hələ  190-cı  ilə  qədər  xristianlıq  bütün  Edessada  və  ona  bitişik vilayətlərdə  fəal  yayılmışdı  və  (201-ci  ildən  az  sonra,  bəlkə  də  daha  əvvəl)  çar sarayı  kilsəni  (yəni  xristianlığı)  qəbul  etmişdir” 9 .  İrfan  Şahid  VIII  Abqarın  Ön Şərqdə xristianlığı qəbul etmiş dövlətin birinci hökmdarı olmasını yazırdı 10 .

Maraqlıdır  ki,  Ermənistanın  301-ci  ildə  xristian  dinini  qəbul  etməsi  faktı  erməni  tarixçilərinin  özlərinin  arasında  da  mübahisəyə  səbəb  olur.  Sirarpi  Ter-Nersesyan yazır: “Ənənəyə görə bu hadisənin tarixi 301-ci il hesab edilirdi, lakin son araşdırmalara görə bu, 314-cü ildən tez olmamışdır” 11 . Bəs  bütün  bu  faktlardan  sonra  ermənilər  dünyada  necə  ilk  xristian  milləti olur?  Maraqlıdır  ki,  uydurmaları  ilə  tarixi  faktları  təkzib  edən  ermənilər  Edessa  dövləti  tərəfindən  xristianlığın  birinci  olaraq  qəbul  edilməsinin  əhəmiyyətini  azaltmağa  çalışaraq  aşkar  təhriflərə  yol  verirlər:  bəzi  yerevanlı  tarixçilər  iddia edirlər ki, Osroyena tərəfindən xristianlığın dövlət dini kimi qəbul edilməsi, necə deyərlər, “sayılmır”, çünki guya həmin dövrdə Osroyena müstəqil, hələ (bəlkə də) öz dövlətçiliyi olmamışdır.  Onlar bu uydurmaları təsdiqləmək üçün Osroyenanın Ermənistanın  tərkibində  göstərildiyi  xəritə  nəşr  edirlər,  lakin  bir  məsələ  barədə susurlar ki, Osroyena bundan xeyli əvvəl və qısa müddətə Böyük Tiqran tərəfindən  fəth edilmiş, xristianlıq qəbul edilən vaxtda isə Osroyena artıq çoxdan müstəqil idi.  Həmin tarixçilər bu cür təhriflərdən əlavə, Osroyena tərəfindən xristianlığın birinci qəbul  edilməsinin  əhəmiyyətini  hər  vasitə  ilə  azaltmağa  çalışırlar.  Onlar  iddia edirlər  ki,  xristianlığın qəbul  edilməsi  V  Abqarın  (VIII  Manunun)  İsa  Məsih  ilə yazışması  barədə  apokrif  rəvayətlə  bağlı  olmuşdur.  Edessa  çarının  kiminlə yazışmasından  və  şəxsən  onun  xristianlığı  qəbul  etməsinin  həqiqi  səbəblərindən asılı olmayaraq, fakt faktlığında qalır – bu gün qonşu ölkənin yalançı təbliğatı nə qədər  cəhd  göstərsə  də,  xristianlıq  ermənilərdən  bir  əsrdən  çox  əvvəl  məhz  Osroyenada rəsmi din olmuşdur.

Serj  Sarkisyan  ibarə  ilə  qədim  yunan  coğrafiyaşünası  Strabona  istinad edərək  bildirmişdir  ki,  guya  o,  ermənilərin  Cənubi  Qafqazda  avtoxton  olmasını qeyd  etmişdir.  Əslində  isə  Strabon  bu  ərazilərin  erməni  çarları  tərəfindən  başqa  dövlətlərdən  və  xalqlardan  işğal  yolu  ilə ələ  keçirildiyini  göstərir.  Strabon  ermənilərin  özgə  torpaqlarını  ələ  keçirmək  meylini  hələ  o  vaxt  görmüş  və  öz kitabında  yazmışdır:  “Əvvəllər  kiçik  bir  ölkə  olmuş  Ermənistan  Artaksiya  və Zariadriya müharibələri nəticəsində böyümüşdür. Onlar əvvəlcə Böyük Antioxun  sərkərdələri  olmuş,  o  məğlub  olandan  sonra  isə  çar  olmuşdular  (bunlardan birincisi Sofena, Akisena, Odomantida və bəzi başqa vilayətlərin çarı, sonuncusu isə  Artaksata  ətrafındakı  ölkənin  çarı  olmuşdur);  onlar  ətrafdakı  xalqların vilayətlərinin  bir  hissəsini  qopararaq  öz  ərazilərini  birlikdə  genişləndirmişlər;  onlar  midiyalılardan  Kaspiana,  Favnitida  və  Basoropedanı,  iberlərdən  dağətəyi  Pariadra, Xorzen və Kür çayının o tayında yerləşən Qoqarenanı; həliblərdən və mosineklərdən  Karenitida  və  Kiçik  Ermənistanla  həmsərhəd  və  onun  bir  hissəsi  olan  Kserksenanı;  kataonlardan  Akilisenanı  və  Antitavr  ətrafındakı  vilayəti  və nəhayət,  suriyalılardan  Taronitidanı  qoparmışdılar” 12 .  Bundan  əlavə,  Strabon  xüsusi  qeyd  edirdi  ki,  ermənilər  işğal  etdikləri  ərazilərdə  istila  olunmuş  xalqları assimilyasiya etməyə çalışırdılar: “Buna görə indi həmin xalqların hamısı bir dildə danışırlar”

Ermənistan  prezidentinin  komandasında  Strabonun  sözlərini  çox  maraqlı şəkildə  şərh  edirlər. Onların  məntiqinə  görə,  əgər  erməni  çarları  başqa  xalqların ərazilərini  işğal  etmişlərsə,  onda  ermənilər  həmin  torpaqlarda  dərhal  “avtoxton”  olurdular.

Qeyd etmək lazımdır ki, Ermənistan müstəqil dövlət kimi çox qısa müddət mövcud olmuşdur. Tarixdən məlumdur ki, bizim eranın əvvəlində iyirmi ildən bir  qədər  artıq  müddətdə  müstəqil  dövlət  kimi  mövcud  olduqdan  sonra  Ermənistan müstəqilliyini itirərək Roma-Parfiya ərazisinə çevrilmişdir, çünki 63-cü ildən sonra Roma  ilə  Parfiya  arasında  müqaviləyə əsasən  Ermənistanın  ikiqat  müstəqilliyi müəyyən  edilmişdir 14 .  Bütün  sonrakı  əsrlərdə,  ta  1918-ci  ilə  qədər  o,  digər dövlətlərdən – İran, Roma, Osmanlı, Rusiya imperiyalarından ya vassal kimi, ya da tam asılı olmuşdur. Müstəqil Erməni çarlığının mövcud olduğu qısa dövrdə onun hökmdarları dəfələrlə ölkə ərazisini genişləndirməyə cəhd göstərmişlər. Ç ar Böyük Tiqranın  hakimiyyəti  dövrü  istisna  olmaqla,  Ermənistanın  nəzarətinin  müasir Azərbaycan  ərazisinə  yayılması  barədə  elmi  sübutlar  yoxdur.  Yalnız  Tiqranın hakimiyyəti dövründə Ermənistan öz apogeyinə çatmış və həqiqətən Araz çayından  şimalda yerləşən torpaqları müvəqqəti tutmuşdur. Hələ erməni çarı Böyük Tiqranın  sağlığında dünyaya gəlmiş Strabonu həmin hadisələrin müasiri adlandırmaq olar.

Buna  görə  də  təəccüblü  deyildir  ki,  Strabon  “Coğrafiya”  kitabında  haqlı  olaraq qeyd edir ki, Orxistena (ola bilsin həmin vaxt) Ermənistanın bir vilayəti olmuşdur.  Məlum olduğu kimi, tarix heç vaxt statik vəziyyətdə qalmır – ərazilər genişlənmiş  və kiçilmiş, dövlətlər yaranmış və yox olmuş, sərhədlər dəyişmişdir. Bu halda onu da unutmamalıyıq ki, Tiqranın dövründə genişlənmiş Erməni çarlığının ərazisində təkcə  ermənilər  deyil,  çox  xalqlar  yaşayırdı.  Əhəmiyyətlisi  başqa  məsələdir  – Strabon heç yerdə demir ki, əldən-ələ keçməsi tamamilə mümkün olan Orxistenada ermənilər yaşamışdır. Strabon Arsaxın bu etnik tərkibi və xüsusən onun əhalisinin  avtoxton, yoxsa gəlmə olması barədə bir kəlmə də yazmır! Lakin çoxsaylı başqa mənbələrdə və başqa müəlliflərin əsərlərində Arsaxın məhz alban əhalisindən bəhs  edilir.  Strabon  elə  həmin  kitabın  11-ci  bölməsində  qeyd  edir  ki,  Kir  (Kür)  çayı Albaniya ərazisindən (!) axırdı 15.

Müəlliflərinin intellektual səviyyəsini səciyyələndirən daha bir absurd tezis  ondan  ibarətdir  ki,  guya  Azərbaycanın  və  bir  millət  kimi  azərbaycanlıların yaranmasından bir əsrdən az vaxt keçmişdir və XX əsrin əvvəlinə qədər bu ərazidə olub-keçənlərin  onlara  heç  bir  aidiyyəti  yoxdur.  Görünür,  bu  cür  sərsəm bəyanatların  müəllifləri  adi  bir  məsələ  üzərində  fikirləşməmişlər:  bürokratik  direktiv-məmur etnogenezi ilə adi insan biologiyası arasında nə əlaqə var?  Əgər  çoxəsrlik  tarixə  malik  olan  bir  xalqın  adını  dəyişməyi  qərara  almış  partiya rəhbərinin  öz  kabinetində  bircə  dəfə  “qələm  çalması”  əsasında  millət  yaradıla bilərsə,  bu  o  deməkdirmi  ki,  “yeni  yaradılmış”  xalqın  ilk  nümayəndələrinin  nə ataları, nə babaları, nə də ulu babaları olmuşdur və onlar hamısı sınaq şüşəsində klonlaşdırılmışdır?  Bu  gün  Azərbaycanda  keçən  əsrin  30-cu  illərində  doğulmuş  yaşlı nəsil yaşayır. Bu nəslin nümayəndələrinin çoxunun valideynləri hələ sağdır.  Onlar  Azərbaycan  türklərinin  adlarının  dəyişdirilərək  azərbaycanlılar adlandırılması  barədə  qərar  qəbul  ediləndən  əvvəl  dünyaya  gəlmişlər.  Erməni  “intellektualları”nın  məntiqinə  görə  belə  çıxır  ki,  bu  iki  nəsil  etnik  baxımdan  müxtəlif  millətlərə  aiddir,  çünki  görün  ha,  yaşlılar  azərbaycanlı  hesab  edilmək  üçün kifayət qədər gənc deyil, onların 30-cu illərdə doğulmuş uşaqları isə özlərinin “bioloji”  əcdadlarının  minillik  irsi  ilə  mənəvi  və  mədəni-tarixi  əlaqəyə  layiq  görülmək üçün kifayət qədər qoca deyillər? Belə çıxır ki, bir xalqa yeni ad verilən gündən həmin xalqın çoxəsrlik tarixi dayanır və “sahibsiz” olur, başqa bir xalqın tarixi başlanır, üstəlik, nəinki atalar və oğulların iki “sərhəd” nəsli arasında əlaqə, hətta indi artıq “müxtəlif” sayılan millətlər arasında əlaqə də qırılır.

Dövlət rəhbərlərinin bu cür absurd bəyanatlarla çıxış etməsi Ermənistandan başqa heç bir yerdə yəqin ki, mümkün deyildir. Görəsən, məsələn, keçən əsrin 60-70-ci illərində ermənilərin adlarını dəyişdirərək onları Ararat vadisinin adına görə “araratlılar”,  yaxud  Göyçə  gölünün  təzə  adına  uyğun  olaraq  “sevanlılar” adlandırsaydılar, bu “alimlər” hansı havanı “oxuyardılar”? Bu halda yeni millətin tarixi  başlanardımı?  Bu  halda  onlar  öz  respublikasında  yaşamaq  hüququndan məhrum  edilərdimi  və  oradan  dərhal  deportasiya  edilməyə  layiq  olardımı?  Axı, orta əsr manuskriptlərində “ararat” və ya “sevan” xalqının adını tapmaq mümkün deyil, amma həmin manuskriptlərdə hansısa ermənilər barədə söhbət gedir, halbuki  onların mövcudluğuna partiya qərarının dərc edildiyi gün son qoyulmuşdur.

Bununla  belə,  hələ  orta  əsrlərin  ərəb  müəllifləri  Qafqaz  Albaniyasının ərazisini  çox  vaxt  “Azərbaycan”,  “Yuxarı  Azərbaycan”  adlandırırdılar.  Məsələn,  Əl-Kufi Azərbaycan hökmdarının Şəkidə olmasından bəhs edərək yazır ki, xəlifə əl-Cərraha “Azərbaycanda dayanmağı” əmr etmiş, “Azərbaycan vilayətindəki əl-Baba  (Dərbəndə)  çatmış”,  “Azərbaycan  ölkəsinə  yola  düşmüş  və  Baylakanda düşərgə salmış…”, “Azərbaycan ölkəsinə yola düşmüş və Bərdədə dayanmışdır” 16 .

1864-cü  ildə  İngiltərənin  Təbrizdəki  konsulu  Keyt  Abbot  Kral  Coğrafiya  Cəmiyyəti üçün Memorandumda yazırdı: “Farsların Azərbaycan kimi tanıdığı ölkə onlarla [İran ilə] Rusiya arasında bölünmüşdür. [Azərbaycanın] ərazisi təqribən 80.000  kvadrat  mil  və  ya  Böyük  Britaniyanın  sahəsi  qədərdir.  Bu  ərazinin  5/8 hissəsi  Rusiyaya  məxsusdur;  beləliklə,  50.000  kvadrat  mili  Rusiyaya  və  30.000 kvadrat mili İrana məxsusdur. [Azərbaycanın] Rusiya hissəsi şimaldan və şimal-şərqdən  Xəzər  sahilində  Bakı  ətrafına  qədər  uzanıb  gedən  Qafqaz  dağları  ilə həmsərhəddir. Qərbdə ona hazırda Rusiyaya məxsus olan İmeretiya, Minqreliya, Quriya  və  Axıska  əyalətləri;  şərqdə  Xəzər  dənizi,  cənubda  isə  sərhəd  Muğan düzündən Talış mahalına qədər Arass (Araz) və kiçik Astura (Astara) çayı ilə qeyd edilmişdir. Bu vilayətə aşağıdakı ərazilər daxildir: Kaxetiya, Kartli, Somexeti və Qazaxdan  ibarət  olan  Qruziya  və  ya  Gürcüstan;  müsəlman  vilayətləri  İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Şirvan, Şəki, Şamaxı, Bakı, Quba, Salyan və Talışın bir hissəsi” 17 .

Yalançılıqda və “Azərbaycan təbliğatı”na xidmət etməkdə günahlandırılması  çətin olan ingilis diplomatının məlumatlarından göründüyü kimi, XIX əsrin 60-cı illərində  İrəvan,  Naxçıvan  və  Qarabağın  əhalisi,  hətta  ermənilər  buraya köçürüləndən  sonra  da  əvvəlki  kimi  əsasən  Məhəmməd  ümməti  (yəni,  türk, Sarkisyanın xoşuna belə gəlirsə – azərbaycanlı) idi və bu vilayətlər Azərbaycana aid edilirdi. Diaspordan olan qonaqlarına: “200-300 il bundan əvvəl filan yaşayış məntəqəsinin  adı necə  Azərbaycan  adı  ola  bilərdi?  Barı  türk  və  ya  fars  adları deyərdilər!”, – deyə ritorik sual verməklə onlara təsir göstərməyə çalışan bugünkü Ermənistan  rəhbərlərinin  intellektual  səviyyəsi,  təəssüf  ki,  belədir.  Amma  sən demə, yaşayış məntəqəsinin adı Azərbaycan adı ola bilərmiş! 300 il bundan əvvəl  də, lap min il bundan əvvəl də. Serj Sarkisyan öz auditoriyasının avamlığına ümid edərək və özü də bunu bilmədiyindən, onlara izah etməmişdir ki, xüsusən Cənubi  Qafqaz regionundan söhbət gedəndə “Azərbaycan dili” və “türk dili” – eyni şeydir.  Əgər bunu başa düşmək çətindirsə, onda zəhmət çəksin, eyni qayda ilə fikirləşsin görək hayların erməni toponimlərinə nə dəxli var. Axı  linqvistikada  qəbul  edilmiş  qaydaya  əsasən,  hay  dili  yüz  seçim əlamətinə  görə  11  qrupa  və  44  dialektə  bölünür  (bax:  Джаикян  Г.Б.  Общее  и  армянское языкознание. Ереван, 1978 г.). Dilçi mütəxəssislərin fikrincə, xalqın bu qədər çoxsaylı dil və dialekt şaxələrinin olması bunu deməyə əsas verir ki, hay dili bir xalqın dili deyildir. Bu, Ermənistan ərazisində qədim məzarlıqlarda tapılmış kəllələrlə də təsdiqlənir. Həmin kəllələrin baş göstəriciləri müasir ermənilərin baş  göstəricilərindən  kəskin  fərqlənir  (bax:  Рогтнский  Я.Я.,  Левин  М.Г.  Антропология,  М.,  1963,  стр.  390).  Ermənilərin  16  antropoloji  tipə  bölünməsi  tədqiqatçıları  heyrətləndirir.  Bir  xalqın  bu  qədər  antropoloji  fərqləri  ola  bilməz. Belə çıxır ki, haylar və ermənilər arasında əlaqə məsələsini cəsarətlə şübhə altına almaq  olar.  Ola  bilsin  ki,  Ermənistan  prezidentinin  komandasında  bu  barədə fikirləşərək  başa  düşərlər  ki,  yaşayış  məntəqəsi  200-300  il  bundan  əvvəl  məhz Azərbaycan adına necə malik ola bilərdi.

Başqa bir məsələ barədə də fikirləşmək pis olmazdı. Ermənilər antropoloji  baxımdan  praktiki  olaraq  yeganə  xalqdır  ki,  onlar  Cənubi  Qafqaz  xalqları  üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər. Aparılmış antropoloji tədqiqatlara əsasən deyə bilərik ki, tarixi Azərbaycanın qərb hissəsinin əhalisi bütün dövrlərdə (eneolitdən başlamış müasir dövrə qədər) Azərbaycanın qalan hissəsinin əhalisinə oxşar olmuşdur. Müasir Ermənistan ərazisində ermənilərlə bağlı aşkar edilmiş ən qədim  antropoloji  tapıntılar  yalnız  XVII  əsrə  aiddir  və  yalnız  Kenaker nekropolunda aşkar edilmiş tapıntılarla təsdiqlənir. Onlar bir sıra əlamətlərə (kəllə qutusunun  forması,  üz  skeletinin  quruluşu  və  s.)  əvvəlki  paleoantropoloji  seriyalardan əsaslı şəkildə fərqlənir və yeni etnik komponentdirlər.

Ermənilərin diş-çənə sisteminin təhlili də onların Dağlıq Qarabağ zonasında aborigenlər olmamasına dəlalət edir 18 . “Arsax”  toponimi  də  “erməni”  toponimi  olmuş  və əlüstü  “Vararakn” adlı “erməni məskəni” uydurulmuşdur. Heç bir mənbədə “Vararakn” deyilən məskən  adı  çəkilmir. Əlbəttə,  əgər  ermənilərin  tarixi  saxtalaşdırmaq laboratoriyalarında  belə  bir  şey  uydurmağa  və əsası  Qarabağ xanları  tərəfindən qoyulmuş  Xankəndinin  yerləşdiyi  əraziyə  bağlamağa  hələ  macal  tapmayıblarsa.  Berdzor, karvaçar, kaşataq və bir sıra başqa uydurma “qədim erməni” adları kimi, bu  “vararakn”  da  erməni  təbliğatının  faydasız  icadıdır.  Məsələn,  onlar  Azərbaycanın  işğal  edilmiş  Ağdam  rayonunda  qanunsuz  arxeoloji  qazıntılar zamanı  aşkar  edilmiş  tikilinin  bünövrəsinin  ətrafındakı  yeri  özbaşına,  ciddi  elmi faktlara əsaslanmadan “Tiqranakert” adlandırmağı qərara almışlar. Sual edilir: nə üçün başqa ad deyil, məhz “Tiqranakert” və nə üçün başqa yerdə deyil, məhz bu yerdə?  Təkcə  ona  görəmi  ki,  bu  yer  ermənilərin  xoşuna  gəlmişdir  və  tarixi saxtalaşdırmaq  laboratoriyasının  ilhaqçı  planlarının  həyata  keçirilməsinə  kömək  etmək üçün adətləri üzrə saxta şəhadətlərə və salnamələrə istinad edir və indi özləri də alimnüma görkəmlə bu mənbələrə istinad edirlər.

Əvvəllər  Azərbaycana  (məhz  Azərbaycana!)  məxsus  olmuş  İrəvan xanlığının  ərazisində  yüzlərlə  toponimin  sovet  dövründə  vaxtilə  həmin torpaqlarda  yaşamış  Azərbaycan  türklərinin  izlərini  məhv  etmək  məqsədilə  adları  dəyişdirilərək  onlara  erməni  adları  qoyulmuşdur.  Bizim  dildə  mənası olan bu toponimlərin erməni dilində heç bir mənası yoxdur. Bu toponimlər haraya yox olmuşdur? Şübhə yoxdur ki, elə həmin tarixi saxtalaşdırmaq laboratoriyaları bu  suala  cavab  axtararkən  Basarkeçər  (Vardenis),  Qaranlıq  (Martuni),  Hamamlı (Spitak),  Cəlaloğlu  (Stepanavan),  Qarakilsə  (Sisyan),  Qarakilsə  (Vanadzor),  Keşişkənd  (Yexeqnadzor),  Uluxanlı  və  ya  Zəngibasar  (Masis),  İstibulaq  və  ya Karvansara  (İcevan),  Dəvəli  (Ararat  qəsəbəsi),  Gözlü  Kəmərli  (Metsamor),  Üç-Müədzin  (Eçmiədzin),  Alagöz  (Araqats), Göyçə  (Sevan),  Arpaçay  (Axuryan)  və yüzlərlə  başqa  keçmiş  Azərbaycan  toponimləri  üçün  yüzlərlə  yeni  “vararakn”lar icad  edəcəklər.  Az  qala  Nuh  əyyamından  qalmış  yeni  “qədim  erməni”  adlarının guya qeydə alındığı saxta “salnamələr” üzə çıxacaqdır. Elə həmin laboratoriyalar işğal edilmiş şəhərlər və kəndlər üçün yeni adlar fikirləşib tapmış və bir müddətdən sonra Ermənistan rəhbərləri yüksək tribunalardan çıxış edərək yeni “vararakn”lar  barədə  dünyaya  car  çəkəcəklər.  Ermənilər  artıq  Ukraynanın  Lvov  şəhərinin  dəadını dəyişdirərək onu Aryuts adlandırmaq istəyirlər!

“Erməni”  mənşəli  Arsax  toponiminə  gəldikdə  isə,  onun  erməni  dilinə  və Ermənistanın  erkən  tarixinə  heç  bir  aidiyyəti  yoxdur.  Ermənistan  prezidentinin  Gorusda  səsləndirdiyi  tezis  savadsızlıq  dərəcəsinə  görə  adamı  mat  qoyur:  “Bu yerin  erməni  adı  –  Arsax  miladdan  əvvəl  VIII  əsrdə  təsdiqlənmişdir  və  bunu Yerevanın təməlini qoymuş I Arqiştinin oğlu II Sarduri təsdiq etmişdir”.  Əvvələn, I Arqişti  və  II  Sarduri  hay  çarları  deyil,  Urartu  çarları  olmuşdur.  Urartu  və  hay xalqları müxtəlif xalqlar olmuş və müxtəlif dil ailələrinə aid olan müxtəlif dillərdə danışmışlar. Görünür, Sarkisyan “yeri gəlmişkən” təkcə albanların deyil,  həm də urartuluların mədəni-tarixi irsinə tamah salmışdır. İkincisi, bu ad nə münasibətlə birdən-birə erməni adı oldu? Urartu çarı yalnız Arsax adını təsdiqləmiş, lakin onun erməni  toponimi  olmasını  təsdiqləməmişdir!  O  yalnız  qeyd  etmişdir  ki,  belə  bir vilayət var, vəssalam. Belə çıxır ki, əgər Qafqazda Arsax adlı bir vilayət olması barədə  Misir  fironları və  ya Çin  imperatorları  məlumat  vermiş  olsaydı,  onda  bu toponim həmin an Misir və ya Çin toponimi olacaqdı? Axı Arsax toponimi təkcə Bizans  mənbələrində  onun  adının  çəkilməsinə  görə  antik  toponim olmamışdır!

Başabəla erməni alim və siyasətçilərinin saxtalaşdırma metodları insanı mat qoyur:  onlar əvvəlcə hurritdilli urartuluları hind-Avropa haylarına çevirir və onların irsini mənimsəyir, sonra isə Arsaxın “erməni” adı olmasını bəyan edirlər. Özü də yalnız ona görə ki, baxın ha, təzə peyda olmuş “hay” II Sarduri Arsaxın adını çəkmişdir. Halbuki  dünya  tarixşünaslığında  müəyyən  edilmiş  konsensusa  görə,  bugünkü ermənilərin (haylar) istər Arsax toponiminə, istər Urartu sivilizasiyasına, istərsə də əsası  I  Arqişti tərəfindən qoyulmuş şəhərə  heç bir  aidiyyəti  yoxdur.  Mənbələrdə Sünik, Utik, Paytakaran kimi Arsax-Xaçen də Qafqaz Albaniyasının tarixi vilayəti kimi  göstərilir.  Tarixi  inkişafın  qısa  bir  dövründə ərazisi  genişlənmiş  Erməni çarlığının siyasi təsiri bu vilayətə aid ola bilərdi. Axı bir sıra başqa imperiyalar, xilafətlər,  çarlıqlar  da  genişlənmiş  və  kiçilmiş,  tərəqqi  və  tənəzzül  dövrlərini  yaşamışlar.  Bunun  nəticəsində  onların  nəzarət  etdikləri  ərazilərin  heç  də  bütün əhalisi,  deyək  ki,  latın,  yunan,  ərəb,  fars,  monqol,  osmanlı,  ingilis,  fransız  və  s. olmamışdır.  İşğal  edilmiş  ərazilərdə  yerli  xalqlar  yaşamaqda  davam  edirdi.  Kür çayının  sağ  sahilinin,  o  cümlədən  Arsaxın,  Paytakaranın,  Utikin,  Sünikin  alban əhalisi barədə hətta Raffi, B.İşxanyan, İ.Orbeli, R.Suni kimi erməni tarixçilərinin özləri də yazırdılar. Dünyada onlarca digər nüfuzlu tarixçilər də bu fikirdədir. Məsələn,  münaqişənin  lap  əvvəlində,  1988-ci  ildə  ABŞ-ın  Miçiqan Universitetində  işləyən  erməni  tarixçisi  Ronald  Suni  bugünkü  Qarabağın ərazisində orta əsrlərdə Qafqaz albanlarının dövlətinin mövcud olmasını qeyd edirdi: “Orta  əsrlərdə  türk  xalqları  Orta  Asiyadan  buraya  köçənə  qədər Zaqafqaziya  Qafqaz  Albaniyası  kimi  tanınmışdır.  Qafqaz  albanlarının  Balkan albanlarına heç bir aidiyyəti olmamışdır, o, ermənilərə yaxın olan xristian xalqı idi.  XI  əsrdə  səlcuqlar  buraya  gələndən sonra  dağlıq  hissədə,  yəni  Qarabağdan başlamış tarixi Ermənistanla sərhədə qədər ərazidə yaşayan albanlar xristian kimi qalmış  və  nəticədə  ermənilərlə  qaynayıb  qarışmışlar.  Şərq  hissədə –  ovalıqdan Xəzərə  qədər  olan  ərazidə  albanlar  isə  türk  əhali  ilə  qaynayıb  qarışmış  və müsəlman olmuşlar”19 .

Bir qədər sonra, hərbi əməliyyatların qızğın çağında o, “Ararat tərəfə baxış”  kitabında  yazırdı:  “Ən  qədim  dövrlərdə  və  orta  əsrlərdə  Qarabağ  Qafqaz albanları  knyazlığının  bir  hissəsi  olmuşdur.  Müasir  dövrümüzdə  artıq  mövcud  olmayan  bu  müstəqil  etnodini  qrup  IV  əsrdə  xristianlığı  qəbul  etmiş  və  Erməni kilsəsi  ilə  yaxınlaşmışdı.  Sonralar  Alban  elitasının  yüksək  təbəqəsi  erməniləşmişdir. XI əsrdə səlcuqlar Cənubi Qafqaza girəndən sonra islamlaşdırma prosesi başlanmış və nəticədə Qarabağın aran hissəsinin əhalisi müsəlman dinini qəbul  etmişdir.  İndiki  azərbaycanlıların  birbaşa  əcdadı  sayılan  bu  xalq  türk dilində  danışır  və  islamın  qonşu  İranda  yayılmış  şiə  məzhəbini  qəbul  etmişdir.

Dağlıq hissədə isə əsasən, xristianlıq qalmış və Qarabağ albanları zaman-zaman ermənilərlə  qaynayıb  qarışmışlar.  Alban  kilsəsinin  mərkəzi  Qanzasar  Erməni kilsəsinin  yepiskopluğundan  birinə  çevrilmişdir.  Bir  zamanlar  müstəqil  milli kilsənin izləri katolikos adlanan yerli arxiyepiskop statusunda qalmışdır”20 . Digər erməni  müəllifi B.İşxanyan yazırdı ki,  “Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan yerli əhali, bir hissəsi isə Türkiyə və İrandan olan qaçqınlardır. Onlar üçün Azərbaycan torpağı təqiblərdən sığınacaq yerinə çevrildi” 21.

Erməni  alimləri  Qafqaz  Albaniyası  haqqında  “Qafqaz  mədəniyyəti  aləmindən Ermənistan və Gürcüstanla eyni əhəmiyyətli” (İ.A.Orbeli) dövlət kimi,  alban  incəsənəti  və  memarlığı  barədə  isə  Qafqaz  mədəniyyəti  tarixində  ayrıca mövzu  kimi (İ.A.Orbeli,  S.T.Yeremyan  və  başqaları) yazırdılar. Erməni  tarixçisi İosif  Orbelinin  fikrincə,  Albaniyanın  tərkibinə  daxil  olan  Xaçen  knyazlığının yüksəlişi  və  çiçəklənməsi  XII-XIII  əsrlərə  təsadüf  edir 22 .  Həmin  Orbeli  erməni  feodallarının müasir Dağlıq Qarabağın vilayətlərini zəbt etməsi və müstəmləkəyə çevirməsindən yazırdı 23 . Erməni  akademiki  S.T.Yeremyan  yazırdı:  “Əksər  hissəsi  ərəb  işğalından əvvəlki  dövrlərə  təsadüf  edilən  xristian  abidələrinin  çoxu  qədim  Albaniyanın erməniləşmiş  hissəsində  və  hazırda,  əsasən,  erməni  əhalisinin  yaşadığı  qədim Alban vilayətləri olan Arsax və Utikdə qorunub saxlanılmışdır”24. Əgər Arsaxın Albaniyanın vilayəti olması, indiki erməni rəhbərliyinin iddia etdiyi  kimi,  yalan,  uydurma  və  “Azərbaycan  təbliğatı”nın  məhsuludursa,  onda erməni müəllifləri bu barədə həqiqəti niyə yazırdılar? Əgər Arsaxın Albaniya ilə heç  bir  əlaqəsi  yox  idisə,  Gəncəsar  monastırı  sırf  “erməni”  monastırı  kimi yaradılmışdısa,  niyə  bu  məbədi  tikdirmiş  knyaz  Həsən  Cəlal  tikilinin  üstündə “mənim alban xalqım” üçün ucaldılmış “Albaniya paytaxt məbədi” yazdırmışdı?  Məgər  kimsə  onları  buna  vadar  edirdi,  bəlkə  onlar  “Azərbaycan  kəşfiyyatı”na  xidmət  edirdilər?  Erməni  tarixçiləri  özləri  Arsaxın  alban  xarakterini  etiraf edirdilər!

Maraqlıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əvvəl  erməni  tarixçiləri  Arsaxın  Qafqaz  Albaniyasının  tərkibinə  daxil olmasını və bu vilayətin əhalisinin alban olması barədə mübahisə etmirdilər. Münaqişənin lap əvvəlində Yerevanın başabəla tarixçiləri antik və erkən orta əsrlər dövründə  Qafqaz  Albaniyası  dövlətinin  və  albanların  mövcudluğunu,  ümumiyyətlə, inkar etməyə çalışırdılar. Onların bəziləri isə albanları hətta əfsanəvi  Atlantida  ilə  müqayisə  edirdi.  Bu  “tarixçilər”  akademik  aləmdə  pis  vəziyyətə düşdüklərini  və  alimlərin  istehza  obyektinə  çevrildiklərini  anlayandan  sonra  bu vəziyyətdən  yetərincə  orijinal  üsulla  çıxmağa  cəhd  göstərmişlər:  onlar  Qafqaz Albaniyasının  mövcudluğunun  danılmaz  fakt  olduğunu  etiraf  etsələr  də,  onun sərhədlərində bir balaca “düzəliş” etmiş və bu sərhədləri ərazi iştahalarının çəkdiyi yerə – Kür çayınadək uzatmışlar. Bəlkə də ermənilərin iddiaları Abşeronadək gəlib çıxsaydı  (lap  ağıllarını  itirmişlər,  hələ  də  “erməni  Bakurakert”dən  danışırlar), Albaniya Xəzərin o biri tayına “köçməli” olacaqdı. Bu halda Yerevan “tarixçiləri” Albaniyanın nə üçün səhvən Orta Asiya deyil, Qafqaz Albaniyası adlanmasını izah etməli  olacaqdılar.  Elmi  miflərə  və  xarici  siyasət  məqsədlərinə  tabe  etmək  məsələsində erməni tarix elmi bəzən absurd səviyyəyə çatır.

Haylardan  fərqli  olaraq,  albanlar  Arsaxın  və  Qafqaz  Albaniyasının  digər əyalətlərinin avtoxtonları idi. Tarixə görə, alban qəbilələri Kürün hər iki sahilində yaşamışlar. A.Y.Krımski çox dəqiq qeyd etmişdir:  “Strabon (XI,7, I paraqraf) sağ sahillə sol sahilin əhalisinin eyni qəbiləyə aid olduğunu bilirdi”25. Yuxarıda qeyd olunduğu kimi, Kürün Albaniyadan keçməsini Strabon da (XI, I, 5; XI, III, 2; XI, IV, 2; XI, VIII, 3) açıq-aydın göstərir 26 . Alban  dövləti  təxminən  eramızdan  əvvəl  IV-III  əsrlərdə  yaranmışdır  və alban  əhalisi  ilk  dəfə  o  dövrün  hadisələri  ilə əlaqədar  xatırlanır 27 .  Eramızın  I əsrindən Albaniyada Arşakidlər sülaləsinin parfıya nəsli hökmranlıq edirdi. Həm erməni,  həm  də  alban  tarixçiləri  bu  dövr  barədə  məlumat  verərək  yazırlar  ki, Albaniyanın cənub sərhədləri Araz çayından keçirdi, 28  başqa sözlə, Araz və Kür çayları  arasındakı  ərazi  Alban  dövlətinin  tərkibinə daxil  idi.  Qarabağın  tarixi torpaqları  –  Orxistena  (Arsax),  Savdeya,  Otena,  Araksenanın  bir  hissəsi  məhz burada yerləşirdi.

Erməni  müəllifi  Movses  Xorenatsi,  –  onun  məlumatlarını  tarixçi  Moisey Kalankatlı da təsdiq edir, – parfiya hökmdarı Valarşakın (ehtimal ki, II Vononun oğlu I Vologez (eramızın 51/52-79/80-ci illəri ilə) “geniş düzənliyi iki yerə bölən böyük  Kür  çayı  boyunca uzanan  nəhəng,  şanlı,  əhalisi  çox  olan  Şimal-Şərq diyarında  canişinlik  yaradaraq  adlı-sanlı,  müdrik  və  ağıllı  Aranı29   (təyin etmişdir)”. Bir qədər aşağıda aydın olur ki, bu böyük və şanlı diyar Albaniyadır:  “Sisakın  işlərindən  də  xəbər  tut,  çünki  bu  böyük  və  şan-şöhrətli  qəbilə  barədə Birinci  kitabda  yazmağı  unutmuşduq.  Onlar  Xnarakert 30   adlanan  Yerasx 31çayından  dağlara  tərəf  olan  hissəsi  daxil  olmaqla  Alvan  düzənliyinə  varis olmuşlar.  Ölkə  isə  mülayim  xasiyyətinə  görə  “alu” 32   sözündən  götürülərək Alvaniya  adlanırdı.  Onun  nəslindən  olanlardan  biri,  adı  çəkilən  adlı-sanlı  və qəhrəman  Draya  parfiyalı  Valarşak  tərəfindən  minbaşı-canişin  təyin  edilmişdi. Deyilənə görə, utilər qəbiləsi və qardmanlar, savdeylər və qarqarlar knyazlıqları 33 onun nəslindən əmələ gəlmişdi. 34 Qeyd  etmək  lazımdır  ki,  bu  etiraf  Aran  (Araz  və  Kür  çayları  arasındakı ərazi)  sakinlərini  “daim  yalan  danışan  alvan  kişiləri”35   adlandıran  albanofob Movses Xorenatsiyə məxsusdur. Adı çəkilən alban qəbilələrindən utilər, savdeylər şübhəsiz,  qarqarlar  isə,  demək  olar  ki, şübhəsiz  Qarabağ  zonasında məskunlaşmışdılar.  Deməli,  Arazın  döngəsindən  tutmuş  Ağstafayadək  Kürün bütün sağ sahilində alban qəbilələri məskunlaşmışdı. Mənbələrdə Qarabağ bölgəsi  qəbilələrinin  alban  mənşəli  və  bu  ərazinin  Alban  dövlətinə  məxsus  olması  qəti  surətdə vurğulanır.

Movses Xorenatsi Paytakaran əyalətinin əhalisinin də alban olduğunu yazır. Çar  Trdat  gənc  missioner,  Vrtanesin  oğlu  Qriqorisi  Sanatruka  adlı  birisinin müşayiəti  ilə,  ehtimal  ki,  yerli  əhaliyə  (Xorenatsi  onları  “barbarlar”  adlandırır) xristianlığı qəbul etdirmək üçün oraya göndərmişdi. “Lakin Trdatın vəfatı xəbəri  gələndən  sonra  Sanatrukun  özünün  və  daim  fitnə-fəsadla  məşğul  olan  alban kişilərinin hiyləsinə uyaraq barbarlar müqəddəsi Xəzər adlanan dənizin sahilləri yaxınlığındakı Vatnean düzənliyində atın dırnaqları altına qoyub öldürmüşdülər… Sanatruk  isə  taxt-taca  sahib  olaraq  Paytakaran  şəhərini  zəbt  etmiş  və  başqa xalqların köməyi ilə Ermənistanın bütün ərazisində hakimiyyəti ələ keçirməyə can atmışdı”. Movses  Xorenatsi Sanatruka  Paytakaranı  ələ  keçirməkdə  kömək  etmiş  “başqa  xalqlar”  deyəndə,  şübhəsiz  ki,  boyun  əyməyən  yerli  əhalini  –  “alvan kişiləri”ni nəzərdə tuturdu” 36 .

Qafqaz  Albaniyasını  tədqiq  edən  nüfuzlu  Qərb  mütəxəssislərindən  biri, Oksford  Universitetinin  professoru  Çarlz  Douset  yazırdı:  “Katolikos  Con  və Tovma Arkruni Boqa Əl-Qabirin 854-cü ildə götürdüyü əsirlər arasında üç alban knyazının:  knyaz  Xaçena  Atrnersex,  Smbatın  oğlu  knyaz  Şaki  Saxl  və  Arsaxda Ktişa  knyazı  Esay  Abu  Musanın  olmasını  xatırlayırlar”37. Bir  ildən  sonra  alim yazmışdı: “Albaniyada Arsaxın qədim hissəsi olan Xaçen müstəqilliyini qoruyub saxlamışdı.  Məlumdur  ki,  Mxitar  həm  də  knyaz  Vaxtanqın  xahişi  ilə  qanunlar məcəlləsi  tərtib  etmişdi”38 .  Qafqazşünas  V.F.Minorski  yazırdı  ki,  indiki Azərbaycan SSR-in ərazisi təxminən qədim Qafqaz Albaniyasına uyğun gəlir39.

Müstəqil  Alban dövlətinin  süqutundan sonra  Azərbaycan  coğrafi  və  siyasi anlayışının  bir  hissəsi  olan  Qarabağ  Sacilər  Azərbaycan  dövlətinin,  X  əsrdə Salarilər dövlətinin tərkibinə daxil idi, XI-XII əsrlərdə Şəddadilər dövlətinin, XII-XIII  əsrlərdə  Qarabağ  Atabəylər-Eldəgizlər  dövlətinin  bir  hissəsi  olmuşdur.  Sonralar o, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə, XVI-XVII əsrlərdə Qarabağ  bəylərbəyliyinin  tərkibində  olan  Qarabağ  Səfəvilər  türk  dövlətinin tərkibinə daxil olmuşdur. Qarabağ XVIII əsrin ikinci yarısında Qarabağ xanlığının tərkib  hissəsi  olmuş  və  elə  onun  tərkibində  də  XIX  əsrin  əvvəllərində  Rusiyaya birləşdirilmişdir.

Azərbaycanın  xristian  abidələri  erməni  ruhanilərinin  və  onlarla  bağlı elmin saxtalaşdırma  obyekti olmuşdur.  Əsrlər boyu  alban kilsəsi  ilə  mübarizə aparan  erməni  kilsəsi  planlı  şəkildə  onu  özünə  tabe  etməyə,  sonralar  isə  ləğv etməyə  çalışmışdır.  Bu  siyasətin  bir  hissəsi  alban  əlyazmalarının  epiqrafikasının məhv edilməsi olmuşdur. Azərbaycanın xristian memarlıq abidələrində XI əsrədək erməni epiqrafikası yoxdur (əgər müasir daşyonanlar işğal olunmuş ərazilərdə yeni  “qədim” erməni yazıları oymağa macal tapmamışlarsa). Daha ilkin alban yazıları 1836-cı ildə rus Sinodunun qərarı ilə alban kilsəsi erməni kilsəsinə tabe ediləndən sonra silinmişdir.  XI əsrdən sonrakı dövrə aid ermənidilli epiqrafikanın və tarixi yazılı  mənbələrin  olması  yazıların  müəlliflərinin  etnik  deyil,  yalnız  konfessional  mənsubiyyətindən xəbər verir.

1975-76-cı  illərdə  Ermənistanın  rəsmi  hakimiyyət  orqanları  Amasya-Qazançı  yolunun  tikintisi zamanı  Amasya  rayonunun  Göllü  kəndinin  əhalisinin qəbirüstü  xaçlara  və  oyma  yazılara  görə  xristian  məzarlığı  saydığı  qədim qəbiristanlığı  yerlə-yeksan  etmişdilər.  Halbuki  həmin  xaçlar  erməni  xaçlarına, hərflər isə erməni əlifbasının hərflərinə bənzəmirdi. Mütəxəssis alimlər və Amasya Rayon  Kommunist  Partiyasının  təbliğat  və  təşviqat  şöbəsinin  müdiri  Armais  Arutunyan  məzarlardan  insan  cəsədinin  qalıqlarını  çıxarıb  onların  antropoloji xarakteristikasını öyrənirdilər. Bir müddətdən sonra qəbirüstü abidələri tamamilə dağıdıb  yerlə-yeksan  etdilər.  Sakinlərin  “siz  niyə  öz  əcdadlarınızın  məzarlarını  dağıdırsınız?”  sualına  A.Arutunyan  cavab  verirdi  ki,  bunlar,  erməni  məzarları deyildir. Albaniyanın qeyri-erməni xristian izləri bax, beləcə məhv edilirdi. Azərbaycanın,  o  cümlədən  Qarabağın  xristian  memarlığı  abidələri  artıq özlüyündə  sübutdur  və  alban  tarixçiləri  Moisey  Kalankatlının  və  Kirakos Qandzakskinin  əsərləri  onların  etnik  və  mədəni  mənsubiyyətini  təsdiq  edir. Bu, alban çarlarının və knyazlarının tikdirdiyi abidələrdir. Onların arasında Albaniya çarı Mömin Vaçaqanın ucaltdığı ilkin dövrə aid xristian məbədlərinin dağıntıları da vardır. Moisey Kalankatlının yazdığına görə, Ç ar Mömin Vaçaqan “ilin günlərinin sayı  qədər”  kilsə  tikdirmişdi.  Knyaz  Cavanşir  də  çoxlu  memarlıq  abidəsi  tikdirmişdi.  Onlar  XII-XIII  əsrlərdə,  Alban  knyazlığının  yüksəlişi  dövründə ucaldılmışdı.  Xaçen  knyazlığı  onların  arasında  xüsusilə  seçilirdi.  Bu  nəslin nümayəndəsi  Həsən  Cəlal  qısa  müddət  ərzində  alban  knyazlıqlarını  birləşdirə bilmiş  və  Albaniya  çarı  adını  qazanmışdı.  Onun  tikdirdiyi  Gəncəsar  məbədi  Albaniya katolikosluğunun mərkəzinə çevrilmişdi. Xudavank monastır kompleksi Albaniyanın  Xaçen  knyazları  Böyük  Həsən,  onun  oğlu  Vaxtanq  və “böyük bəylərbəyi Kürd”ün qızı Arzu Xatun tərəfindən tikdirilmişdi. Müqəddəs  Yelisey  monastırı  Albaniya  maarifçisinin  adını  daşıyırdı.  O, Alban  hökmdarı  Mömin  Vaçaqanın  hakimiyyəti  dövründən  mövcuddur  və  onun məzarı da elə burada, kiçik kilsələrdən birində yerləşir. Anım monastırı Xatiravank  daha bir alban knyaz ailəsinin məqbərəsi kimi tikilmişdir. Qarabağın bu və digər monastırlarının və kilsələrinin tarixi çox qədim keçmişdən 1836-cı ilə – Gəncəsar katolikosluğu ləğv edilənədək Qafqaz Albaniyasının tarixi ilə sıx bağlıdır. Onların baniləri  alban  hökmdarları  və  knyazlarıdır.  Onların  adları  da  açıq-aydın  etnik mənsubiyyətindən  xəbər  verir.  Erməni  tədqiqatçısı  S.Lisitsyan  etiraf  etməli  olmuşdur ki, “Dağlıq Qarabağın müasir monastırlarının adlarından görünür ki, sırf erməni  müqəddəslərinin  burada  fəaliyyəti  çox  zəif  olmuşdur”.  Hətta  XX  əsrdə Qarabağın  xristian  əhalisi  erməniləşdiriləndən  sonra  da  burada  sırf  erməni müqəddəsləri  anılmırdı.  Təbii  ki,  daha  erkən  əsrlərdə  Qarabağda  erməni müqəddəslərinin adına tikilən monastırlar və kilsələr, ümumiyyətlə, yox idi. Alban monastırları və kilsələri ümumxristian və ya yerli alban müqəddəslərinin şərəfinə tikilirdi ki, bu da onları erməni məbədlərindən fərqləndirirdi.

Bu  gün  ermənilərin  işğal  etdikləri  torpaqlarda  mədəni  terror  həyata keçirilir.  Separatçılar  tarixi-memarlıq  qoruğu,  orta  əsrlərə  aid  Azərbaycan şəhəri Şuşanı dağıtmışlar. Burada məscidlər, XVIII-XIX əsrlərə aid evlər, mülki və  müdafiə  tikililəri  dağıdılmışdır.  İşğal  zonasında  mülki  memarlığın  nadir nümunələri  –  Araz  çayı  üzərində  Xudafərin  keçidində  on  bir  və  on  beş  tağlı körpülər qalmışdır. Çoxsaylı məscidlər, o cümlədən görkəmli Azərbaycan memarı Kərbəlayı  Səfixan  Qarabağinin  tikdiyi  məscidlər,  körpülər,  hamamlar,  xatirə tikililəri,  XII-XIII  əsrlərə  aid  Məlik  Acar,  XIV  əsrə  aid  Mir  Əli,  XIV  əsrə  aid Xaçın Dorbatlı, XIII əsrə aid Şeyx Baba, XVII əsrə aid Pənah xan məqbərələri və başqaları, həmçinin azərbaycanlıların qəbiristanlıqları dağıdılmışdır. Bütün bunlar mədəni  terrorun  və  işğal  olunmuş  ərazilərdə  azərbaycanlıların  izlərinin məqsədyönlü şəkildə məhv edilməsinin nəticəsidir. Əgər islam abidələrinə qarşı terror siyasəti  yeridilirsə, Azərbaycan  mədəni irsinin digər hissəsi – Qafqaz Albaniyasının xristian abidələri ya dağıdılır, ya da erməniləşdirilir. Alban knyazlarının tikdirdiyi və Qafqaz Albaniyasının tarixi ilə  bağlı  xristian  məbədləri  və  monastır  kompleksləri “ermənilərinki”  olur.

Erməni  tədqiqatçıları  bu  abidələr  üzərində  onların  erməniləşdirilməsinə yönəldilmiş  “bərpa”  işləri  aparırlar.  Bu  işlər  işğal  olunmuş  ərazilərdə, başqalarına məxsus abidələr üzərində və Azərbaycan alimlərinin iştirakı olmadan aparıldığı  üçün  qanunsuzdur.  Bu  abidələrdən  alban  mədəniyyətinin  izləri  silinir. “Bərpa”  işləri  adı  altında  saxtalaşdırma  aparılır  və  alban  Qarabağ  memarlığının səciyyəvi  xüsusiyyətləri  məhv  edilir.  Təəssüf  ki,  bu  işlərə  bəzən  əcnəbi  mütəxəssislər  də  cəlb  olunurlar.  İşğalçıların  fikrincə,  əcnəbilərin  iştirakı  onların uydurmalarına “elmi həqiqət” gətirəcəkdir.

Ermənilər  (haylar)  XV  əsrin  ortalarınadək  Cənubi  Qafqazda,  demək  olar  ki,  yaşamırdılar.  1441-ci  ildə  Qaraqoyunlular  türk-Azərbaycan  dövlətinin  hökmdarı  Cahan  şah  erməni  katolikosluğunun  mərkəzini  əhalisi tamamilə  türklər  olan  İrəvan  yaxınlığındakı  Kilikiyanın  Sis  şəhərindən qədimdə  alban  monastırı  olmuş  Üçkilsə  monastırına  (yaxud  Üç  Müədzinə) köçürmüşdür. Sonralar ermənilər Ü ç Müədzin adını dəyişərək “Eçmiədzin” kimi ifadə etmişlər. Erməni dilində bu sözün heç bir mənası yoxdur (təbii ki, hər hansı erməni  sözünü  ona  uyğun  dəyişməsələr).  Halbuki  Azərbaycan  türkcəsində bu sözün  mənası  “üç  müəzzin”dir  (“müəzzin”  ərəbcə  azan  oxuyan  deməkdir).  Matenadaranda saxlanılan orta əsr sənədlərində məbədin adı məhz “Üçkilsə” kimi  xatırlanır 40.  Erməni  katolikosluğunun  Üçkilsəyə  köçürülməsi  ilə  erməni  missionerləri  buraya  üz  tutdular.  Onların  Cənubi  Qafqazda  nüfuzlarını  artırmaq imkanı  yaranmışdı.  Tezliklə  monastırın  özü  ermənilərin  dini  mərkəzinə çevrilmişdir.  Bu  torpaqların  XIX  əsrin  birinci  yarısında  Rusiyaya birləşdirilməsinədək Cənubi Qafqazda Ü çkilsənin hüdudlarından kənarda çox cüzi erməni var idi. Əsasən türk əhalisinin yaşadığı Cənubi Qafqaza köçənədək haylar Van gölü  ətrafında yaşayırdılar. Elə buraya da onlar Balkanlardan köçüb gəlmişdilər. Qədim yunan  tarixçisi  Herodot  yazırdı  ki,  ermənilərin  əcdadları  Frigiya  torpaqlarından köçürülmüşlər 41 . Bu faktı erməni alimləri özləri də etiraf edirlər. “Erməni xalqının tarixi”  kitabının  redaktoru  M.Q.Nersisyan  yazır:  “Dəniz  xalqları”nın  məşhur böyük  köçürülmə  dövründə  (eramızdan  əvvəl  XIII-XII  əsrlər)  ermənilər  Balkanlardan  onlara  qohum  olan  frakiya-frigiya  tayfaları  ilə  birlikdə  Kiçik Asiyaya  gəlmişlər”42 .  A.Pastrmaçyan  da  bununla  razıdır.  O  hesab  edir  ki,  hind-Avropa  mənşəli  frigiya  tayfalarından  biri  kimi  ermənilərin  Balkanlardan  Kiçik Asiyaya köçməsi elm aləmində qəbul olunmuş faktdır 43 . Doğrudur, onun fikrincə, bu,  6  əsr  gec  –  eramızdan  əvvəl  VII-VI  əsrlərdə  baş  vermişdir.  Bunu tədqiqatçıların əksəriyyəti etiraf edir. Görkəmli  rus  şərqşünası  İ.M.Dyakonov  yazırdı  ki,  “erkən  erməni  dilinin daşıyıcıları  Erməni  Yaylasına  əkinçiliklə  məşğul  olan  köçəri  maldarlar  kimi gəlmişdilər.  Onlar  sinifli  cəmiyyətdən  xəbərsiz  idilər,  Yaylanın  təbiəti  və  erkən sinifli  cəmiyyətin  sosial  şərtləri  ilə  o  zaman  hələ  erməni  dilinə  keçməmiş avtoxtonlardan tanış olurdular (bax: Дьяконов И.М. К предыстории армянского  языка (о фактах, свидетельствах и логике) ИФЖ, 4, 1983, стр.166).

Ermənistan  prezidentinin  tamamilə  cəfəng,  elmi  və  tarixi  faktlarla  heç  bir əlaqəsi  olmayan  bəyanatında  deyilir  ki,  Qarabağ  əhalisi  minilliklər  boyu  guya “yalnız  ermənilərdən”  ibarət  olmuş,  “türk-müsəlman”  köçəri  tayfaları  isə  yalnız XVIII əsrin ikinci yarısında buraya köçməyə başlamışlar. Onların sayı ötən əsrin əvvəllərində əhalinin ümumi sayının yalnız 5 faizini təşkil edirdi”. İnandırıcı çıxsın deyə,  Sarkisyan  hansısa  müəmmalı  “XVIII  əsr  rəsmi  türk  mənbələri”nə əsaslanmışdır. Təbii ki, elməzidd bu  cəfəngiyatın müəllifi  məhz  hansı  mənbələri nəzərdə tutduğunu dəqiqləşdirməmişdir, çünki ermənilərin tarixin saxtalaşdırılması laboratoriyalarında belə  mənbələr  yoxdur.  Əslində,  türk  arxivləri  bunun  əksini sübut  edir.  2009-cu  ilin  noyabrında  Türkiyə  Nazirlər  Kabineti  yanında  Mərkəzi  Dövlət Arxiv İdarəsi 660 səhifəlik arxiv materiallarından ibarət “Qarabağ Osmanlı sənədlərində”  kitabını  nəşr  etdirmişdir.  Kitab  “Siyasi,  hərbi  və  diplomatik münasibətlər”  və  “Köçmə”  hissələrindən  ibarətdir.  Kitabda  arxiv  materialları əsasında  ermənilərin  Qarabağa  köçməsinə  dair  sübutlar  gətirilir.  Osmanlı  arxivlərində  Qarabağda  ermənilərin  olmasını  xatırladan  heç  bir  sənəd  yoxdur. Bütün  sənədlərdə  söhbət  ermənilərin  Qarabağda  XVII-XIX  əsrlərdə məskunlaşması prosesindən və əhalinin etnik tərkibinin dəyişməsindən gedir. Sarkisyanın  “kəşfi”,  yumşaq  desək,  erməni  tarixçilərinin  yazdıqları  ilə uyğun gəlmir. Məsələn, Corc Burnutyan yazır: “Bir sıra erməni mənbələri 1830-cu illərdən  sonrakı  statistikadan  danışarkən  İran  hakimiyyəti  dövründə  Şərqi Ermənistanda  ermənilərin  sayını  düzgün  göstərmir  və  onların  əhalinin  ümumi sayının  30-50  faizini  təşkil  etdiklərini  bildirirlər  (Serj  Sarkisyan  ermənilərin ümumi  əhalinin  95  faizini  təşkil  etdiyini  deyir!).  Həqiqətdə  isə  rəsmi  statistika məlumatlarına  görə,  rus  işğalından  sonra  ermənilər  Şərqi  Ermənistanda  ümumi əhalinin güclə 20 faizini, müsəlmanlar isə 80 faizdən çoxunu təşkil edirdi. İstənilən halda,  Rusiya  istilasınadək  ermənilər  burada  heç  vaxt  çoxluq  təşkil  etməmişlər. Kameral siyahıyaalma Şərqi Ermənistanın bir neçə mahalında ermənilərin çoxluq  təşkil  etməsini  göstərir.  Bu  dəyişiklik  artıq  35  mindən  çox  müsəlmanın  həmin  bölgədən  mühacirətindən  sonra  baş  vermişdir.  Beləliklə,  İran  administrasiyası illərində heç bir dairədə  ermənilərin çoxluq təşkil etməsini  sübuta yetirən  sənəd yoxdur. Ç ox güman ki, ermənilərin yerli səviyyədə çoxluq təşkil etdiyi yeganə yer Qərbibasar mahalı idi. Burada Üçkilsə (Eçmiədzin) erməni dini mərkəzi yerləşirdi.  1832-ci  ildə  minlərlə  müsəlmanın  köçürülməsi,  İrandan  və  Osmanlı imperiyasından 57 min erməni immiqrantın gəlməsi ilə xristian əhalinin sayı xeyli artmış və müsəlmanlara bərabər olmuşdur. Yalnız rus-türk müharibəsindən sonra 1855-56-cı və 1877-78-ci illərdə Osmanlı imperiyasından daha çox erməni köçüb gələndən,  buradan  isə  daha  çox  müsəlman  köçüb  gedəndən  sonra  ermənilər, nəhayət,  çoxluq  təşkil  etməyə  başladılar.  Hətta  bundan  sonra  da  XX  əsrin əvvəllərindək İrəvan şəhəri, əsasən, müsəlman şəhəri olaraq qalırdı”44 .

Burnutyanın misal gətirdiyi statistik məlumatlara görə, 1826-1832-ci illərdəİrəvan  və  Naxçıvan  xanlıqlarında  müsəlmanların  sayı  təxminən  dörddə  üç  dəfə azalmışdı. Ermənilərin sayı isə köçkünlərin hesabına 3,5 dəfə artmışdı. Burnutyan daha  sonra  qeyd  edir:  “Statistikadan  görünür  ki,  Rusiya  istilasınadək  ermənilər Şərqi Ermənistan əhalisinin təxminən 20 faizini, müsəlmanlar isə 80 faizini təşkil edirdilər.  Rusiya  ilhaqından  sonra  İrandan  və  Osmanlı  imperiyasından  bura  57 min erməni immiqrant gəlmiş, 35 min müsəlman Şərqi Ermənistanı tərk etmişdi. 1832-ci ildə ermənilər ümumi əhalinin yarısını təşkil edirdilər”45 .

Rusiyanın  statistik  məlumatlarına  görə  Türkmənçay  müqaviləsi  bağlanana qədər  Qarabağ  xanlığında  ermənilər  daha  az  idi.  İsveç  müəllifi  Svante  Kornelə görə “Rusiyada  keçirilən  siyahıyaalmaya  əsasən,  1823-cü  ildə  ermənilər  Qarabağın  ümumi  əhalisinin  9  faizini  (qalan  91  faiz  müsəlman  kimi  qeyd olunmuşdu), 1832-ci ildə 35 faizini, 1880-ci ildə isə artıq üstünlük təşkil edirdilər –53 faiz” 46 .

1828-ci  ildə  Türkmənçay  müqaviləsi  bağlandıqdan  sonra  ermənilərin İrandan, Osmanlı imperiyasının şərq əyalətlərindən İrəvan, Naxçıvan və Qarabağa  kütləvi  köçürülməsi  başlandı.  Əməliyyata  rus  diplomat  və  şairi  Aleksandr Qriboyedov  rəhbərlik  edirdi.  O,  “Ermənilərin  İrandan  bizim  vilayətlərə köçürülməsi  haqqında  qeydlər”  adlı  yazısında  göstərirdi:  “Ermənilər  daha  çox müsəlmanların mülkədar torpaqlarında məskunlaşdırılmışlar. Yayda hələ buna yol vermək olardı. Torpaq sahibləri, müsəlmanlar əsas etibarilə köç yerlərində idilər və  başqa  dinə  mənsub  olan  gəlmələrlə  təmasda  az  olurdular”.  Eyni  zamanda, Qriboyedov gəlmə ermənilərlə yerli müsəlmanlar arasında gələcəkdə mümkün ola biləcək  münaqişələr  barədə  xəbərdarlıq  edirdi  (Kameral siyahıyaalma statistikasından  göründüyü  kimi,  müsəlmanlar  əsas  etibarilə  türklər,  yəni azərbaycanlılar  idi):  “Biz  onunla  (knyaz  Arqutinski  ilə),  həmçinin  müsəlmanları  müvəqqəti  çətinliklərlə  barışdırmaq,  ermənilərin  ilk  dəfə  buraxıldığı  torpaqları həmişəlik  ələ  keçirmələri  barədə  qorxularının  kökünü  kəsmək  üçün  onlara  təsir göstərmək barədə çox düşünürdük!” 47 .

Ermənilərin  Qarabağa,  İrəvana  və  Naxçıvana  köçürülməsi  rus  yazıçısı  və tarixçisi S.N.Qlinka tərəfindən 1831-ci ildə Moskvada çap olunmuş “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri” kitabında müfəssəl şərh olunmuşdur. 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni üç ay yarım ərzində buraya İrandan 8249 erməni ailəsi və ya ən azı 40 min erməni köçürülmüşdür48 . Növbəti bir neçə ildə bu üç keçmiş xanlığa Osmanlı imperiyasından daha 90 min erməni köçürülmüşdür49 .

1911-ci ildə daha bir rus müəllifi N.Şavrov yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən bir milyondan çoxu yerli əhali deyildir, bizim tərəfimizdən köçürülənlərdir”. “Onlar əsasən ermənilərin sayının çox cüzi olduğu Yelizavetpol  və  İrəvan  quberniyalarının  münbit  torpaqlarında  yerləşdirilirdi.  Bu ermənilər Yelizavetpol  quberniyasının  dağlıq  hissəsində  (Dağlıq  Qarabağ)  və Göycə gölünün sahillərində məskunlaşdırılmışdılar” 50 . Ermənilərin  Qarabağa,  İrəvana  və  Naxçıvana  köçürülməsi  faktı  hətta incəsənət ustalarının işlərində, məsələn tanınmış rus rəssamı V.İ.Maşkovun 1828-ci  ildə  çəkilmiş  və  ermənilərin  İrandan  Araz  çayının  şimal  sahilinə  kütləvi köçürülməsi mövzusunu parlaq şəkildə əks edən tablosunda yer almışdır.

Beləliklə,  Gorusda  beş  faizi  güclə  adlayan  “köçəri”  türk-müsəlman əhalisi  və  Qarabağın “yekcins” “yerli” erməni  əhalisi  haqqında danışarkən,  Serj  Sarkisyan  ermənilərlə  türklərin  yerini  dəyişmiş  və  “köçəri”  sözünün ünvanını səhv salmışdır. Statistik məlumatlar və həmin hadisələrin şahidi olmuş müəlliflərin  (onların  “Azərbaycan  təşviqatına”  xidmət  etməsindən  çətin  ki, şübhələnmək  olar)  təsvirləri Türkmənçay  müqaviləsinə  qədər  türk  əhalisinin sayının  erməni  əhalisinin  sayından  qat-qat  çox  olmasına  və  erməni  əhalisinin sayının  Qarabağ  və  bugünkü  Ermənistanın  (İrəvan  xanlığı)  Rusiyaya birləşdirilməsindən  sonra  onların  bu  torpaqlara  köçürülməsi  nəticəsində  kəskin surətdə artmasına dəlalət edir. Erməni tarixçilərinin özləri də bunu təsdiq edirlər.  Onlardan heç biri “türk köçəriləri”nin “qədim erməni” torpaqlarına köçürülməsi və bu vilayətlərin “yekcins erməni” əhalisi barədə yazmır. Onlar müfəssəl və dəqiq surətdə əks hadisələri qeyd edirlər.

Ermənistanın  bugünkü  rəhbərləri  Qarabağda  çətin  ki,  “türk-müsəlman köçəriləri”nin buraya gəlməsinin ildönümü ilə əlaqədar ucaldılmış abidə taparlar. Əvəzində,  1978-ci  ildə  Ağdərə  rayonunun  Marquşevan  kəndində  ermənilərin  Qarabağa  köçmələrinin  150  illiyi  ilə əlaqədar  abidə  açılmışdı.  Münaqişə başlayandan sonra abidənin başına nə gəldiyi və Sarkisyanın həmyerlilərinin onu nə  səbəbdən  tez-tələsik  dağıtdıqlarını  Ermənistan  prezidenti  diaspordan  olan jurnalistlərinə gələn dəfə danışar. Üstəlik başa salar ki, niyə 1805-ci ildə Qarabağın Rusiyanın  tərkibinə  daxil  olması  haqqında  müqavilə  (Kürəkçay  müqaviləsi) 51 hansısa  bir  erməni  knyazı  tərəfindən  imzalanmamış,  türk  (Azərbaycan)  xanı İbrahimxəlil  və  Rusiya  imperatorunun  nümayəndəsi  general  Sisianov  arasında bağlanmışdır.  Yəqin  ona  görə  ki,  İbrahimxəlil  xan  “orada  təzə  peyda  olmuş” “beşfaizlik köçəri əhalini” təmsil edirmiş.

Rusiya statistikasının məlumatına görə, təxminən həmin vaxt (1810-cu ildə) Qarabağ əhalisi 9500 türk və 2500 erməni ailəsindən ibarət idi 52 . Təəccüblü deyil ki, müqavilənin mətnində “Ermənistan” və ya “ermənilər” sözləri yoxdur və ola da bilməzdi.  Buna  baxmayaraq,  uzun  illər  sonra  Ermənistanda  “Qarabağ ermənilərinin  könüllü  olaraq”  Rusiyanın  tərkibinə  daxil  olması  barədə  mif yaradacaqlar.

Akademik  S.P.Ağayan  Azərbaycan  maarifçisi  A.A.Bakıxanova  həsr  etdiyi  əsərində  XVIII  əsr  Şimali  Azərbaycan  xanlıqlarının  xəritəsini  dərc  etmişdir 53 . Ancaq  erməni  akademiki  xəritəyə  Azərbaycanın  bir  xanlığının  ərazisini  daxil  etməmişdir, məhz İrəvan xanlığının. Bununla  bərabər  xəritədə  yer  almış  qeydlərdə Ağayan  vurğulayır  ki,  bu xəritəni o, P.İ.Kovalevskinin “Rusiyanın Qafqazı fəth etməsi” 54 kitabından olduğu kimi  götürmüşdür.  Ağayan  yalan  deyir,  çünki  Kovalevskinin  əsərində  dərc olunmuş  xəritədə  bütün  xanlıqların,  o  cümlədən  İrəvan  xanlığının  ərazisi göstərilmişdir. Bu fakt ustalaşmış erməni saxtakarlığının əyani nümunəsidir! 1828-ci  il  martın  21-də,  Azərbaycan  türklərinin  qeyd  etdikləri  Novruz bayramı günündə, imperator I Nikolay öz fərmanı ilə əsrlər boyu mövcud olmuş İrəvan və Naxçıvan xanlıqlarını ləğv etdi və bu ərazilərdə İrandan və Türkiyədən köçürülmüş  ermənilər  üçün  qondarma  Erməni  vilayəti  yaratdı 55 .  Bununla  da, köçürülmüş  ermənilər  üçün Azərbaycan torpaqları  olan  İrəvan  və  Naxçıvan xanlıqlarında yeni vətən yaratmaq yolunda ilk addım atıldı.

Cənab Serj Sarkisyanın və onun ideya-siyasi silahdaşlarının yadına salmaq pis  olmazdı  ki,  1918-ci  il  mayın  28-də  ermənilər müstəqil  dövlətin  qurulmasını  siyasi  mərkəzləri  olmadan  bəyan  etmişdilər.  1918-ci  il  mayın  29-da  yeni  elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti  (AXC) böyük dövlətlərin  təzyiqi altında qədim Azərbaycan şəhəri İrəvanı və ona bitişik təxminən 9,5 min kvadratkilometr ərazini  ermənilərə  güzəştə  getməyə  məcbur  olmuşdur.  Yeri  gəlmişkən,  bu  gün Ermənistanın  ərazisi  29  min  kvadratkilometrdən  çoxdur.  Sual  olunur,  nəyin hesabına? Müasir erməni dövləti həmin o ermənilərə bağışlanmış, keçmişdə İrəvan xanlığı olan Şimali Azərbaycan əraziləri hesabına yaradılmışdır. AXC Nazirlər Şurasının sədri Fətəli xan Xoyski güman edirdi ki, bununla ermənilərin bütün  ərazi iddiaları bitəcəkdir. Lakin o,  böyük  səhv  edirdi.  Taleyin hökmü ilə AXC-nin süqutundan sonra Ermənistanın ekspansionist siyasətinin necə inkişaf  etdiyini  görmək  ona  nəsib  olmadı.  Çünki  1920-ci  il  iyunun  19-da “Daşnaksütyun”  partiyasının  Osmanlı  imperiyası  və Azərbaycan  Xalq Cümhuriyyəti rəhbərlərinin məhv edilməsi üzrə “Nemezis” əməliyyatı çərçivəsində o, Tbilisidə erməni terrorçu-daşnaksakanları Aram Erkanyan və Misak Kirakosyan  tərəfindən qətlə yetirildi. Bütün bunlar etibarlı arxiv materiallarına, müasirlərin, həm bitərəf, həm də erməni  tarixçilərin  şəhadətinə əsaslanan  tarixi  faktlardır.  Onları  necə  saya saymamaq və ya daha pisi, “Azərbaycan saxtakarlıqları” adlandıraraq rədd etmək olar?  Bəlkə  1919-cu  ildə  Mikoyanın  əvəzinə  Leninə  azərbaycanlılar  yazırdı: “Daşnaklar,  erməni  hökumətinin  agentləri  Qarabağın  Ermənistana birləşdirilməsinə  çalışırlar.  Lakin  bu,  Qarabağ  əhalisi  üçün  Bakıda  həyat mənbəyini  itirmək  və  heç  vaxt,  heç  bir  əlaqələri  olmayan  İrəvanla  bağlanmaq demək  olardı.  Erməni  kəndliləri  beşinci  qurultayda  qərara  gəlmişlər  ki, Azərbaycana  birləşsinlər” 56 .  Məgər  1921-ci  ilin  iyununda  Qafbüronun plenumunda  Qarabağın  Azərbaycanın  tərkibində  qalmasına  ermənilərin özləri  (məsələn,  A.M.Nazaretyan)  səs  verməmişdilər?  Məgər  Qarabağ ermənilərinin  liderlərinin  özləri  (məsələn,  Sero  Manutsyan)  bu  qərarı alqışlayaraq  qeyd  etmirdilərmi: “Azərbaycanın  tərkibində  muxtariyyət  aktı  erməni kəndliləri tərəfindən tam yekdilliklə qarşılanmışdır”. Qarabağın 1921-ci ildə  Azərbaycanın  hüdudlarında  qalması  ilə  bağlı  arxiv  sənədlərinin  dərc  olunmasına  baxmayaraq,  Ermənistanın  indiki  rəhbərləri  dünya  ictimaiyyətini aldadıb  özlərinə  qarşı  rəğbət  oyatmaq  məqsədilə  Qarabağın  Stalin  tərəfindən Ermənistandan “ayrılıb” Azərbaycana “verilməsi” barədə özlərinin yaratdığı mifi dünyaya yaymaqda davam edirlər. Ancaq Stalin və Çiçerin Qarabağın Ermənistana verilməsinin tərəfdarı idilər.

Dağlıq  Qarabağda  muxtar  vilayət  süni  qurum  idi.  Onun  sərhədləri  artıq  o zaman  erməni  əhalisinin  üstünlük  təşkil  etdiyi  yığcam  yerləşmiş  Azərbaycan kəndlərinin  ixtiyari  birləşdirilməsi  yolu  ilə  müəyyənləşdirilmişdi.  Burada  absurd vəziyyətlər yaranırdı. AK(b)P MK Rəyasət Heyətinin 1923-cü il 16 sentyabr tarixli  qərarına  əsasən  İ.Dövlətov,  M.Bağırov  və  E.Xanbudaqovdan  ibarət  komissiya  regionda vəziyyəti yoxlamaq üçün Qarabağa yollandı. Daha sonra, AK(b)P MK-ya  1923-cü il 8 oktyabr tarixli təqdimatında M.C.Bağırov yazırdı: “Xankəndi, Şuşa və Abdallar  rayonunda  əhalisinin  sayı 8000  nəfərə  qədər  olan  bir  sıra  müsəlman kəndləri vardır: Xəlfəli, Zarıslı, Müsəlmanlar və b. Onları Abdallardan daha asan idarə  etmək  olar,  nəinki  Xankəndidən.  Yalnız  ona  görə  ki,  bu  müsəlman kəndlərinin arasında əhalisinin 1150 nəfəri erməni olan Qaladərəsi kəndi yerləşir,  bütün  bu  rayonu  nədənsə  Xankəndiyə  birləşdirmişlər,  üstəlik  əhalisi  təxminən  10.000 nəfər müsəlman olan Şuşanı da. Cavanşir qəzasında otuz müsəlman kəndi arasında  bir  erməni  kəndi  yerləşib.  Nədənsə  onu  bu  müsəlman  kəndlərinin  başı  üzərindən  Xankəndiyə  birləşdirmişlər” 57 .  Komissiyanın  hesabatlarından göründüyü kimi, daim torpaq azlığından şikayət edən ermənilərə hətta müsəlman qəbiristanlıqlarının əraziləri də verilirdi. Yarandığı  zaman  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  ərazisi  4160,5 kvadratkilometr  idi 58 .  Yalnız  iki  il  ərzində  (1923-1925)  Azərbaycanın  torpaq fondundan DQMV-nin tərkibinə 16 min desyatin torpaq verilmişdir 59. DQMV-nin sahəsi  daim  genişlənirdi  və  1933-cü  il  yanvarın  1-nə  olan  məlumata  görə  artıq 4431,7 kvadratkilometr təşkil edirdi 60.

Sovet  hakimiyyəti  illərində  Ermənistanın  özünə  Azərbaycanın  tərkibinə daxil  olan  geniş  torpaq  sahələri  verilmişdir.  Ermənistanda  sovet  hakimiyyəti  qurulandan çox keçməmiş, 1920-ci ilin dekabrında Zəngəzur Ermənistana verildi.  İki ildən sonra isə artıq “erməni” Zəngəzuruna əlavə torpaqlar verildi. Azərbaycan SSR Xalq Torpaq Komissarlığı tərəfindən 1922-ci il oktyabrın 22-də hazırlanmış arayışda məlumat verilirdi: “Azərbaycan SSR-in bütün ərazisi 7.989.105 desyatin təşkil  edirdi.  Göstərilmiş  ümumi  sahədən:  a)  Qazax  qəzasından  Ermənistana 379.984 desyatin torpaq verilmişdir; b) keçmiş Zəngəzur qəzasından Ermənistana 405.000 desyatin torpaq verilmişdir” 61.

Xalq Torpaq Komissarlığının Torpaq Quruluşu İdarəsinin 1920-1923-cü illər üçün  hesabatında  deyilir:  “Əvvəllər  Zəngəzur,  Cavanşir  və  Qazax  qəzalarının sərhədlərində  olan  və  Azərbaycana  məxsus otlaqların  150.000  desyatinə  qədər hissəsi indi Ermənistana verildikdən sonra bu iki respublika arasında mübahisəli  olan  zonaya  daxil  olduğundan  otlaqların  əzəli  istifadəçiləri –  Azərbaycan maldarları buraya köçmə zamanı böyük narahatlıq keçirirlər”62.

1929-cu il fevralın 18-də tarixən Azərbaycan torpağı olan Zəngəzurun İranla sərhədə çıxan sonuncu parçası Ermənistana verildi. Zaqafqaziya MİK-in 1929-cu il 18  fevral  tarixli  qərarı  ilə  aran  Qarabağın  əraziləri  –  Azərbaycan  SSR  Cəbrayıl qəzasının  Nüvədi,  Eynadzor  və  Tuqut  kəndləri, 63   həmçinin  Ordubad  qəzasının Kərkivan  kəndi  və  Kilid  kəndi  torpaqlarının  bir  hissəsi 64   Ermənistana  verildi  və əhalisi  azərbaycanlılar  olan  yeni  “erməni”  torpaqlarında  süni  yolla  bu  vaxtadək mövcud olmayan Ermənistan SSR-in Meğri qəzası yaradıldı. Beləcə, Naxçıvanın  Azərbaycanın böyük hissəsindən ayrılması və türk dünyasının içində süni coğrafi sədd  (paz)  yaradılması  başa  çatdırıldı.  Elə  həmin  qərarla  Naxçıvanın  digər kəndləri:  Qurdqulaq,  Horadiz,  Xaçik,  Ağbin,  Ağxaç,  Almalı,  Dağalmalı,  İtqıran, Sultanbəy  Ermənistana  verildi.  Beləliklə,  1933-cü  il  üçün  Naxçıvan muxtariyyətinin  ərazisi  Qars  müqaviləsi  ilə  müəyyən  olunmuş  əvvəlki  5988 kvadratkilometrdən 65 5329,6 kvadratkilometrədək azaldı 66.

Ermənistanda  hətta  ən  yeni,  lap  yaxın  keçmişdəki,  bu  gün  yaşayan  nəslin şahidi olduğu tarixi faktları danmaqdan, xronologiyanı təhrif etməkdən, səbəb və nəticənin  yerlərini  dəyişməkdən  utanmırlar.  Məsələn,  ermənilər  hər  yerdə Sumqayıt, Kirovabad və Bakıdakı talanlardan danışırlar, lakin Qafanda, Meğridə, Əsgəranda,  Qukarkda talan  və  qətllərin  arxasında durduqlarını dilə  gətirməməyə çalışırlar.  Bu  hadisələr  zamanı  Ermənistanın  azərbaycanlı  əhalisi  Azərbaycan şəhərlərində  yaşayan  ermənilərdən  dəfələrlə  çox  ziyan  çəkmişdir.  İttifaq prokurorluğunun materiallarında əksini tapmış təkzibedilməz sübutlara, şahidlərin və  ziyançəkmişlərin  ifadələrinə  baxmayaraq,  Sumqayıtda  və  digər  şəhərlərdə ermənilərin  öz  soydaşlarının  qətlə  yetirilməsində  iştirakı  faktını  Ermənistanda xatırlatmamağa  (bəzən  isə  qəti  inkar  edir  və  “uydurma”  adlandırırlar)  üstünlük  verirlər.  Qukarkda,  yaxud  Ermənistanın  digər  rayonlarında  Sumqayıt  canisi E.Qriqoryan  kimi  öz  soydaşlarına  qarşı  talanlarda  iştirak  edən  heç  olmasa  bir azərbaycanlı olubmu? Azərbaycanlını gizlədib qonşusunun həyatını xilas edən heç olmasa bir Ermənistan sakini tapılıbmı? Təyyarə qəzasında həlak olmuş altı Yuqoslaviya xilasedicisinə abidə ucaldan Ermənistan 1988-ci ildə təbii fəlakət zonasına tələsən və erməni dispetçerlərin hələ də  təhqiq  edilməmiş  ziddiyyətli  komandaları  nəticəsində  həlak  olmuş  79 azərbaycanlı xilasedicinin ailələrinə heç olmasa elementar nəzakət xatirinə şifahi  başsağlığı belə vermədi.

İttifaq  dövlətinin  mövcudluğunun  son  illərində  keçmiş  DQMV-ni Azərbaycanın  tərkibindən  çıxarmaq  cəhdləri  birtərəfli  xarakter  daşıyırdı,  SSRİ Konstitusiyasının  bir  sıra  maddələrinə  zidd  idi  və  1990-cı  il  3  aprel  tarixli “Müttəfiq respublikaların SSRİ-nin tərkibindən çıxması ilə bağlı məsələlərin həlli qaydaları»  adlı  SSRİ  Qanununu  pozurdu.  Ona  görə  də  separatçıların  bütün  bu cəhdləri  qanunsuz  idi.  SSRİ-nin  süqutundan  sonra  onun  ərazisində  dünya  birliyi tərəfindən tanınmış və BMT-yə əvvəlki sərhədləri çərçivəsində qəbul olunmuş 15 müstəqil  dövlət  yarandı.  BMT-nin  İnsan  haqlarının  müdafiəsi  üzrə  Alt komissiyasının üzvü A.Eydenin qeyd etdiyi kimi “…BMT çərçivəsində həm keçmiş SSRİ-nin,  həm  də  keçmiş  Yuqoslaviyanın  müttəfiq  respublikalarının sərhədləri  etnik məskunlaşma deyil, uti possidetis juris əsasında müəyyən etmək barədə geniş konsensus əldə edildi. Bu o deməkdir ki, federasiyanın müttəfiq respublikalarının əvvəllər  mövcud  olmuş  sərhədləri  yeni  sərhəd  kimi  sayılmalıdır”67 .  AŞPA-nın məruzəçisi D.Atkinson 2004-cü il 29 noyabr tarixli məruzəsində birmənalı olaraq qeyd  etmişdir:  “Azərbaycan  ərazisinin  əhəmiyyətli  hissəsi  hələ  də  erməni  qüvvələrinin  işğalı  altındadır”.  O,  eyni  zamanda,  xüsusi  vurğulamışdır  ki, “Azərbaycanın sərhədləri beynəlxalq birlik tərəfindən 1991-ci ildə, ölkə, ərazisinə Dağlıq  Qarabağ  regionu  daxil  olan  müstəqil  dövlət  kimi  tanınan  zaman tanınmışdır” 68 .

Ermənilərin siyasi tarixi siyasətçi və ideoloqların səyi ilə ermənilərin milli şüuruna  türkofobiya,  Azərbaycana  və  türkə  aid  nə  varsa  hamısına  nifrət  hissi hopmasını  söyləməyə  kifayət  qədər  əsas  verir.  Onlar  hətta  heç  gizlətmirlər  ki, erməni dövlətinin mövcudluğunu dəstəkləyən bu zərərli ermənilik dünyagörüşünün başlanğıc  bazası  “1915-ci  il  soyqırımı”,  “Qarabağın  və  Cavaxkın”  və  digər ərazilərin  ilhaqı  kimi  ideya-siyasi  məqsədlərdir.  Bu  absurd  ideyaların  həyata keçirilməsi  məqsədilə  həmin  dünyagörüşü  erməni  terrorçuları  və  separatçılarının ən ağlasığmaz cinayətlərinə bəraət qazandırır. Ermənistanda  ümid  edirlər  ki,  tarixi  primitiv  şəkildə  saxtalaşdırıb beynəlxalq təşkilatlara  Dağlıq  Qarabağın  guya  qədim  erməni  torpağı olduğunu  “sübut”  etməklə  onu  özlərinə  birləşdirməyə  nail  olacaqlar.  S.Sarkisyan  və  tarixi  saxtalaşdırmaq  üzrə  laboratoriyadan  olan  erməni “intellektualları” çoxdan bilməli idilər ki, tarixi proses irəliyə doğru hərəkət edir,  geriyə yox. O ki qaldı Dağlıq Qarabağın və ya onun əvvlki adı ilə desək, Arsaxın qədim  alban  torpağı  olmasına,  bunu  erməni  tarixçilərinin  özləri  sübut  etmişlər.

Məsələn, S.T.Yeremyan yazırdı: “Bir çoxu ərəblərdən əvvəlki dövrə aid olan külli miqdarda  xristian  abidələri  qədim  Albaniyanın  erməniləşmiş  hissəsində,  hazırda əsasən erməni əhalinin yaşadığı qədim alban vilayətləri Arsax və Utikdə salamat  qalmışdır”69. Lakin təəccüb doğuran utanmadan yalan danışan və bu yolla dünya birliyinin  bəzi  üzvlərinin  rəğbətini  qazanmağa  çalışan  saxtakarların  və  onlarla birlikdə  siyasətçilərin həyasızlığıdır.  S.Sarkisyan  öz  mövqeyini  nəzərə  alaraq erməni xalqının taleyi ilə oynamamalıdır. Axı hələ heç kimə törətdiyi cinayətlərə görə  öz  həmvətənlərinin  qəzəbindən  qurtulmaq  müyəssər  olmamışdır.  Müasir dünyada  dövlət  sərhədlərinin  mif  və  antik  salnamələr  əsasında  müəyyən olunmadığını,  hər  hansı  ərazidə  monastırın  mövcudluğu  və  ya  milli  azlıqların yaşaması  ilə  dəyişdirilmədiyini  bilməyin  vaxtı  çoxdan  çatmışdır.  Əks  halda, dünyanın siyasi xəritəsi bu gün başqa cür görünərdi (məsələn, Ermənistan yenidən müstəqilliyini itirib dirçələn Roma imperiyasının tərkibinə, ermənilərin özləri isə Frigiyaya  qayıtmalı  olardılar),  BMT  öz  Nizamnaməsini  hazırlamaq  əvəzinə arxeoloji məlumat və manuskriptlərin toplanması və öyrənilməsi ilə məşğul olar, Təhlükəsizlik  Şurası  isə  tarixçilər  arasında  debat  yerinə  çevrilərdi.  Ermənistan rəhbərləri  artıq  başa  düşməlidirlər  ki,  müasir  dünyada  ərazi  məsələləri  “kim  əzəldən  harada  yaşamışdır  və  kim  haraya  köçmüşdür”  prinsipi  üzrə  tarixi kontekstdə  deyil,  beynəlxalq  hüquq  əsasında  həll  olunur.  Odur  ki,  özlərini  və cəmiyyətlərini  bu  əyalətçi  təfəkkürdən  xilas  etməlidirlər.  Tarixi  təhrif  etmək  və abidələri dağıtmaq, hətta uğurlu olsa belə, onlara başqa dövlətlərin ərazilərini zəbt etməyi  əsaslandırmaqda  kömək  etməyəcəkdir.  Sərhədlərin  zorla  dəyişdirilməsi  həmişə  müharibələrə  gətirib  çıxarır. Siyasi  lider  isə  öz  xalqını  müharibələrdən qorumalı, onu uçuruma sürükləməməlidir. Azərbaycanın  dəstəklədiyi  millətlərin  öz  müqəddəratını  təyin  etmək hüququ  hərc-mərcliyi  və  sərhədləri  ağlına  gələn  kimi  dəyişmək  hüququnu nəzərdə  tutmur.  Bu  hüququn  Ermənistanda  özünə  rəva  görülən  kimi  yozulması yolverilməzdir.  Əks  təqdirdə bu  gün dünyada milli azlıqlar olmazdı, çünki  onların  hamısı,  ən  xırdası  belə  təyini-müqəddərat  hüququndan  istifadə edərək  özünü  dünya  birliyinin  müstəqil  subyekti  elan  edər,  beynəlxalq  tanınma haqqında  xahiş  edərdi.  Görünür,  bu  prinsipin  primitiv  təfsirindən  irəli  gələn  xof Ermənistan  hökumətini  azərbaycanlıları  keçmiş  İrəvan  xanlığının  əzəli  torpaqlarından  planlı  şəkildə  qovmağa,  respublikalarını monoetnik  dövlətə çevirməyə,  sonra  isə  Azərbaycan  ərazisinin işğal  edilmiş  hissəsində  də  etnik  təmizləmələr  aparmağa  vadar  etmişdir. Hazırda  Dağlıq  Qarabağın  erməni  əhalisinin  aid olduğu  milli  azlıqların  təyini-müqəddəratının  yalnız  beynəlxalq  hüquq  çərçivəsində  mümkün  olması  ilə Ermənistan  barışmalı  olacaqdır.  Bu hüququn  prinsipləri  çoxsaylı  konvensiya  və  sənədlərdə  təsbit  olunmuşdur  ki, bunların da dürüst ifadələri ilə Ermənistanda, şübhə etmirik ki, yaxşı tanışdırlar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin hüquqi  bazası  1975-ci  il  Helsinki  Yekun  Aktıdır.  Orada  təyini-müqəddərat  hüququ dövlətin ərazi bütövlüyü çərçivəsində göstərilmişdir. Dağlıq  Qarabağ  Azərbaycanın  bir  hissəsi  olub  və  olacaqdır.  O,  bir  sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti,  İKT,  NATO,  GUAM,  bir  çox  dövlətlərin  parlamentləri  və  dövlət başçıları  tərəfindən  bu  şəkildə  tanınmışdır.  O,  Azərbaycanın  bir  hissəsi  kimi ATƏT-in  Minsk  qrupunun  həmsədrləri  tərəfindən  də  tanınmışdır.  Həmsədrlər  bəyanatlarında erməni adı ilə yanaşı, həm də tarixi Xankəndi adını işlədirlər, təkcə faktiki erməni icmasının liderləri ilə deyil, həm də Dağlıq Qarabağın azərbaycanlı  icmasının  rəhbərləri  ilə  görüşlər  keçirirlər,  regiona  Azərbaycan  ərazisindən səfərlərini  “sərhədi  yox,  qoşunların  təmas  xəttini  keçmək”  adlandırırlar.  BMT Təhlükəsizlik  Şurasının  qətnamələrində  Dağlıq  Qarabağ  “Azərbaycan Respublikasının  Dağlıq  Qarabağ  regionu”  kimi  göstərilir.  Digər  beynəlxalq təşkilatların sənədlərində də analoji ifadələrə rast gəlmək olar. Əgər Ermənistanda hələ də bu incə fərqləri görə bilmirlərsə, dünya birliyinin onları dəstəkləmədiyini  başa düşmək üçün heç olmasa sənədlərə müraciət etsinlər, orada hər şey açıq, incə eyhamlarsız yazılmışdır.

Yalnız erməni rəhbərlərinin nitqləri “dağlıq qarabağ respublikası” adına rast gəlmək  olar.  Tam  tənha  qalmalarına  baxmayaraq,  onlar  özlərinə  və  öz vətəndaşlarına  toxtaqlıq  verməkdə  davam  edirlər  ki,  dünya  birliyi  onların “ümidləri”ni  dəstəkləyir.  İşğal  olunmuş  ərazidə  yaradılmış  oyuncaq,  yalançı respublika heç  kim  tərəfindən  tanınmayıbdır.  Bəzən  Ermənistan  rəhbərlərinin  hədələdiyi  kimi  onların  bu  ölkə  tərəfindən  tanınması  bu  qanunsuz  qurumu  legitimləşdirməyəcək  və  Ermənistanın  vəziyyətini  daha  da  ağırlaşdıracaqdır.  Reallığı dərk etmək əvəzinə Serj Sarkisyan Gorusdakı nitqi ilə özünü pis vəziyyətə salmış  və  qonaqlara  yanlış məsləhətlər  vermişdir.  Başa  düşmək  çətin  deyil  ki, Ermənistanın  gələcək  nəsilləri  bu  səhvlərin  ağır  nəticələrini  öz  üzərlərində  hiss  edəcəklər.

Ramiz Mehdiyev,

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

 

http://news.bbc.co.uk/hi/russian/in_depth/newsid_4673000/4673953.stm

  • Cheetham Samuel. A History of the Christian Church During the First Six Centuries,

Macmillan and Co. (1905), p. 58.

  • Lockyer Herbert. All the Apostles of the Bible, Zondervan (1988), p. 260.
  • Adshead Samuel, Adrian Miles. China in World History, Macmillan (2000), p. 27.
  • Adolph von Harnack. The Expansion of Christianity in the First Three Centuries, Williams & Norgate (1905), p. 293.
  • Shahîd Irfan. Rome and the Arabs: А Prolegomenon to the Study of Byzantium and the Arabs,

Dumbarton Oaks Trustees for Harvard University (1984), p. 96.

  • Bax: Сирарпи Тер-Нерсесян. Армения. Москва, 2008, стр.84.
  • Страбон. География, XI, XIV, 5.
  • Страбон. География, XI, XIV, 5.
  • Bax: Меликишвили Г.А. К истории древней Грузии. Тбилиси, 1959, стр.344.
  • Страбон. География, XI, IV, 1.
  • Велиханова Н.М. Изменение исторической географии Азербайджана в результате арабского завоевания. Историческая география Азербайджана. Баку, 1987, с. 53, 58.
  • Keith E. Abbott. Extracts from a Memorandum on the Country of Azerbaijan, Proceedings of the Royal Geographical Society of London, Vol. 8, No. 6. (1863 – 1864), pp. 275-279. http://www.jstor.org/pss/1799149
  • Этническая одонтология СССР. Москва, 1979, стр.135.
  • «Middle East Report» Journal, 1988, p. 37.
  • Ronald Grigor Suny. Looking Towards Ararat, 1993, p. 193.
  • Алиев И. Нагорный Карабах: История. Факты. События. Баку, Элм, 1989, с. 73-74.
  • Орбели И.А. Гасан-Джалал – князь Хаченский. Избранные труды, Ереван, 1993, с. 146.
  • Орбели И.А. Избранные труды. Ереван, 1963, с. 296, 297, 317, 347.
  • Очерки истории СССР (III-IХ вв.). Москва, 1958, с. 326.
  • Крымский А.E. Страницы из истории Северного или Кавказского Азербайджана (Кавказская Албания). Сб. «Памяти академика Н.Я.Марра».
  • Крымский А.Е. Страницы из истории Северного или Кавказского Азербайджана (Кавказская Албания). Сборник статей в честь Е.Ф.Ольденбурга. К 50-летию научно-общественной деятельности. M., 1934, с. 289
  • Арриан Флавий. Поход Александра. М.-Л., 1962.
  • Мовсес Хоренаци. История Армении. М., 1858; Моисей Каланкатуйский. История агван. СПб., 1861.
  • Movses Xorenatsinin yer adlarını şəxsləndirməsinin daha bir misalı Araz və Kür çayları arasındakı ərazinin şərq hissəsi Aran adlanırdı. O, həm də Alvank, Alvaniya, Albaniya adlanırdı.
  • Araz
  • Ağstafa
  • “Alu” – dadlı, ləzzətli
  • Bütün bunlar ermənilərlə əlaqəsi olmayan alban tayfalarıdır.
  • Mовсес Xоренаци. История Армении, книга 2, глава 8 (Назначение второго (лица) в государстве из потомков Аждахака, царя маров). Ереван, изд-во «Айастан», 1990. http://www.vehi.net/istoriya/armenia/khorenaci/02.html
  • Mовсес Xоренаци. История Армении, книга 3, глава 3 (Кончина святого Григориса от рук варваров). Ереван, изд-во «Айастан», 1990. http://www.vehi.net/istoriya/armenia/khorenaci/03.html
  • Mовсес Xоренаци. История Армении, книга 3, глава 3 (Кончина святого Григориса от рук варваров). Ереван, изд-во «Айастан», 1990. http://www.vehi.net/istoriya/armenia/khorenaci/03.html
  • J. F. Dowsett. A Neglected Passage in the “History of the Caucasian Albanians, Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 19, No. 3. (1957), p. 463
  • F. Dowsett. The Albanian Chronicle of Mxit’ar Goš, Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 21, No. 1/3. (1958) on page 475.
  • Minorsky Vladimir. Caucasica IV, Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 15, No. 3. (1953), p. 504.
  • Персидские документы Матенадарана (указы, сост. А.Д.Папазян). Вып. I (XV – XVII вв.). Ереван, 1956; Персидские документы Матенадарана (указы, сост. А.Д.Папазян). Вып.II (1601 – 1650 гг.) Ереван, 1959.
  • Геродот. История в девяти книгах. Л., 1972, с. 334.
  • История армянского народа с древнейших времен до наших дней. Ереван, 1980, с. 27.
  • Historie de L.Armenia – Paris (1949), s. 23.
  • “Transcaucasia, Nationalism and Social Change. Essays in the History of Armenia, Azerbaijan, and Georgia” (1996), p. 77 – 80.
  • “Transcaucasia, Nationalism and Social Change. Essays in the History of Armenia, Azerbaijan, and Georgia” (1996), p. 79.
  • Svante Cornell,. Small Nations and Great Powers: A Study of Ethnopolitical Conflict in the Caucasus (2001), p.68.
  • Грибоедов А.С. Записка о переселении армян из Персии в наши области. http://feb-web.ru/feb/griboed/texts/piks3/3_4_v3.htm
  • Глинка С.Н. Описание переселения армян аддербиджанских в пределы России, с кратким предварительным изложением исторических времен Армении. Москва, 1831, с. 131. http://www.libex.ru/detail/bookhtml
  • Акты Кавказской Археографической Комиссии (АКАК), т. VII, Тифлис, 1878, док. 829, с. 845.
  • Шавров Н.И. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам, Санкт-Петербург, 1911, сс. 59-61.
  • http://azeri.ru/az/karabakh/412/
  • Акты, собранные Кавказскою археографическою комиссиею. Архивъ главного управления намъстника Кавказского, том IV. Изданъ под редакциею председателя комиссии дсс. А.Д.Берже (Тифлисъ: Типография главного управления намъстника Кавказского, 1870), Документ № 37, с. 38 – 39.
  • Агаян Ц.П., А.Бакиханов, Баку, 1948, с. 9.
  • Ковалевский П.И., Завоевание Кавказа Россией (Исторический очерк), СПб., (без выходных данных), с. 65, 113.
  • Полное собрание законов Российской империи (ПСЗРИ). Собрание второе, т. III, 1828, СПб., 1830, с. 272–273; АКАК, т. VII, док. 437, с. 487.
  • ЦПА ИМЛ, ф.461, оп.1, ед.хр.4525, л.1.
  • АПДУДПАР, ф.1, оп.74, д.136, с. 4-8.
  • Азербайджанская сельскохозяйственная перепись 1921 г. Итоги по сельским обществам во вновь образованных уездах АССР, Нагорного Карабаха и по тем (основным) уездам, в которых произошли изменения границ. Т. III. Вып. XVII, Баку, АзЦСУ, 1924, с. 9.
  • К истории образования Нагорно-Карабахской Автономной Области Азербайджанской ССР 1918 – 1925. Документы и материалы. Баку: Азернешр, 1989, с. 295.
  • Социалистическое строительство АССР. Статистический сборник. Баку, 1935, с. 9.
  • ГААР, ф.28, оп.1, д.155, сс. 19-20
  • ГААР, ф.2502, оп.1, д.20, лл. 56 – 57.
  • ГААР, ф.2502, оп.1, д.26, л. 98 об.
  • ГААР, ф.2502, оп.2, д.26, л. 99.
  • Аzərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı, 2005, s.250.
  • Социалистическое строительство АССР. Статистический сборник. Баку, 1935, с.9.
  • Eide. Territorial integrity of States, minority protection and guarantees for autonomy arrangements: approaches and roles of the United Nations. Local self-government, territorial integrity and protection of minorities. Council of Europe Publishing (1996), p. 282.
  • Explanatory memorandum by the Rapporteur, document 10364, para 5. http://assembly.coe.int/Main.asp?link=/Documents/WorkingDocs/Doc04/EDOChtm
  • Bax: Очерки истории СССР (III-IX), Москва, 1958, с. 326.

 

 

 

Add a Comment

Your email address will not be published. Required fields are marked *