Sİyavuş Novruzov: Heydər Əlİyev 1950-1960-cı İllərdə ermənİlərİn Dağlıq Qarabağ məsələsİnİ qaldırmaq cəhdİnİn qarşısını almışdı

trend_siyavus_novruzov_260816“Heydər Əliyev hələ 1950-1960-cı illərdə ermənilərin Dağlıq Qarabağ məsələsini qaldırmaq cəhdinin qarşısını alıb“. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, o dövrdə ulu öndər Heydər Əliyev Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbərliyində, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi zaman ermənilərin bu planının qarşısını almışdı: “Hətta həmin dövrdə Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1-ci katibi olan Karen Dəmirçiyan açıq şəkildə bəyan edirdi ki, nə qədər ki, Heydər Əliyev vəzifədədir, o zamana qədər də ermənilər Dağlıq Qarabağla bağlı nəyəsə nail ola bilməyəcəklər”.

S.Novruzov vurğulayıb ki, əgər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən uzaqlaşandan sonra məcbur olub Rusiyaya getməsəydi, nə Dağlıq Qarabağ problemi olacaqdı, nə də Azərbaycan öz ərazilərini itirəcəkdi: “Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində Azərbaycanda hakimiyyətdə olan qüvvələr Heydər Əliyevi bir müddət Azərbaycana buraxmırdı, ona təzyiqlər olurdu, təqib edilirdi. Həmin qüvvələr Kreml qarşısında gözükölgəli idilər və ona görə də Heydər Əliyevdən ciddi şəkildə çəkinirdilər, onun Azərbaycana gəlməsinə imkan vermirdilər. Bütün bunların nəticəsində isə Azərbaycan 20 faiz torpaqlarını itirdi. Öz xalqına, dövlətinə, millətinə təmənnasız bağlı olan Heydər Əliyev torapqlarımızın itirilməsinə heç zaman imkan verməzdi”.

S.Novruzov əlavə edib ki, o zaman həm Əbdürrəhman Vəzirov, həm Ayaz Mütəllibov, həm də AXCP-Müsavat cütlüyü hakimiyyətə gələn kimi Dağlıq Qarabağ problemini həll etmək əvəzinə, xalqa yalan vədlər verdi, xalqın Xankəndi və digər rayonlarda erməni təxribatına qarşı çıxmasına imkan vermədilər: “Bütün bunlar isə Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə nəticələndi.”

Add a Comment

Your email address will not be published. Required fields are marked *