Xocalı harayı

 

Nizami Tofiqoğlu

Əzizim Xocalıda

Qan axdı Xocalıda

Qəddarca qırdı düşmən

Körpəni, qocanı da.

 

Əzizim deyin gəlsin

Hamıya deyin gəlsin

Qarabağım çağırır

İgidlər yeyin gəlsin.

 

Əzizinəm haraylar

Keçsə də illər, aylar

Xocalı “qisas” deyib

Hey bizləri haraylar!