ATƏT PA vİtse-prezİdentİ: “Təhlükəsİzlİyİmİzə əsas təhdİd terrorİzm və radİkalİzmdİr”

“Terrorizm və radikalizm təhlükəsizliyimizə əsas təhdiddir”.

APA-nın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun  qış sessiyası çərçivəsində Siyasi və təhlükəsizlik məsələləri üzrə komitəsində çıxışı zamanı deyib.
Radikalizm meyllərinin güclənməsinin səbəblərinə toxunan A. Quliyev təhsilin aşağı səviyyədə olmasını, iqtisadi çətinlikləri və ayrı-ayrı qruplar tərəfindən müxtəlif millət nümayəndələrindən sui-istifadə hallarını sadalayıb. O bildirib ki, terrorizm və radikalizmə qarşı mübarizədə yeganə üsul özünə qapanmış vətəndaşların biliklərinin artırılmasıdır.

A. Quliyev qeyd edib ki, ATƏT PA çərçivəsində qarşılıqlı hörmətə əsaslanan dialoq bundan sonra sistematik şəkildə aparılmalıdır.