Cocuq Mərcanlıda 4 partlamamış hərbİ sursat, 1 ədəd tank əleyhİnə mİna aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 8-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 14 evə baxış keçiriblər. Baxış zamanı 1 379 ədəd qəlpə, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 82 millimetrlik minaatan mərmisi (OF-832) və 3 ədəd TM-62P3 minasının gücləndiricisi) və 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib, nəticə etibarilə 50 913 kvadratmetr ərazi (11 313 kvadratmetr əl ilə, 15 200 kvadratmetr mexaniki üsulla və 24 400 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, 33 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 145 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 15 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 millimetrlik minaatan mərmi (OF-832), 2 ədəd 120 millimetrlik minaatan mərmi (OF-843), 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 millimetrlik top mərmisi (OF-412) və 3 ədəd TM-62P3 minasının gücləndiricisi), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 29 ədəd tank əleyhinə mina (5 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 966 783 kvadratmetr ərazi (423 141 kvadratmetr əl ilə, 246 200 kvadratmetr mexaniki üsulla, 113 000 kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 184 442 kvadratmetr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

ANAMA tərəfindən yanvarın 1-dən 8-dək 1 978 ədəd partlamamış hərbi sursat, 69 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 007 147 kvadratmetr ərazi (463 505 kvadratmetr ərazi əl ilə, 246 200 kvadratmetr ərazi mexaniki üsulla, 113 000 kvadratmetr ərazi SENSYS dərinlik ölçən cihazı və 184 442 kvadratmetr ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Mənbə: AZƏTRAC