Putİn: Rusİya Dağlıq Qarabağ münaqİşəsİnİn nİzamlanmasına dəstək göstərəcək

Rusiya Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin nizamlanması yollarının axtarılmasında köməyini davam etdirir.

Trend-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla görüşün yekunları ilə bağlı bildirib.

Rusiya prezidenti deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması tematikasına ayrıca diqqət ayırdıq. Rusiya ATƏT MQ çərçivəsində, eləcə də Yerevan və Bakı ilə birbaşa münasibətlər çərçivəsində bu münaqişənin qarşılıqlı münasib həllinin tapılmasına hər cür dəstəyini göstərməyə davam edir”.

Mənbə: Trend