Şuranın dəstəyİ İlə antİkorrupsİya üzrə İxtİsaslaşmış məhkəmə orqanlarının fəalİyyətİ öyrənİlİr

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyinin Açıq hökumətin təşviqi üzrə layihəsi çərçivəsində Bakı Avrasiya Universitetində “İnkişafda olan dövlətlərin antikorrupsiya qanunvericiliklərini təşviq edən amillər və nəzarət problemi” mövzusunda tədbir keçirilib.

Antikorrupsiya məsələləri üzrə hüquqi maarifləndirmə işlərinin aparılması məqsədilə təşkil olunan ictimai mühazirə və seminarlarda ABŞ, Avropa ölkələri, Çin, Pakistan, Tailand və s. dövlətlərin antikorrupsiya qanunvericiliyi və bu sahədə nəzarət mexanizmlərinin xüsusiyyətlərindən danışılıb, xüsusilə bir sıra dünya ölkələrində mövcud olan antikorrupsiya üzrə ixtisaslaşmış məhkəmə orqanlarının fəaliyyəti haqqında ətraflı bəhs olunub, seminarda isə açıq müzakirələr aparılıb, dinləyicilərin suallarına cavablar verilib.

 

AİM-in mətbuat və informasiya

xidmətinin məlumatı