Şuranın dəstəyİ İlə hüquqİ maarİfləndİrmə tədbİrlərİ davam etdİrİlİr

Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq Bakı Avrasiya Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) tərəfindən “Korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət proqramları və beynəlxalq standartlar” mövzusunda tədbir keçirilib.

Hüquqi maarifləndirmə məqsədilə təşkil olunan ictimai mühazirə və seminarlarda dünya ölkələrində qəbul olunmuş antikorrupsiya proqramlarının mahiyyəti və məqsədləri, korrupsiya ilə mübarizə üzrə beynəlxalq standartlar, onların milli səviyyədə tətbiqi imkanları, habelə Azərbaycanda həyata keçirilən antikorrupsiya proqramları və onların  nəticələri barədə ətraflı bəhs olunub, seminarda isə açıq müzakirələr aparılıb, dinləyicilərin suallarına cavablar verilib.

 

AİM-in mətbuat və informasiya

xidmətinin məlumatı