Şuranın dəstəyİlə yaradılmış www.aggressİon.az saytının təqdİmatı keçİriİlİb.

press-release

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Bakı Avrasiya Universitetində “Ermənistanın Azərbaycana təcavüz cinayəti kontekstində informasiya təhlükəsizliyi: – milli təhlükəsizliyə xələl gətirən informasiyalarla bağlı elektron maarifləndirmə”layihəsi çərçivəsində Avropaya İnteqrasiya Mərkəzi tərəfindən yaradılan www.aggression.az saytının təqdimat mərasimi keçirilib. 

Hazırki dövrdə Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycan ərazilərində baş vermiş hadisələrin və davam edən müharibə şəraitininölkəmiz üçün bir daha informasiya təhlükəsizliyi məsələsini aktullaşdırdığını diqqətə çatdıranMərkəzin icraçı direktoru Xaqani Məcidov bilidirib ki, layihənin əsas məqsədi Ermənistanın təcavüz cinayəti kontekstində ölkəmzin informasiya təhlükəsizliyinin daha effektiv təmin olunması ilə bağlı www.aggression.az saytının yaradılması, “Ermənistanın Azərbayacana hərbi təcavüzü (beynəlxalq hüquqi məsələlər)” adlı elektron vəsaitin (kitabın) hazırlanması, habeləkitabın elektron nəşrinin həyata keçirilməsilə internetdə təbliğat və maarifləndirmə işlərinin aparılmasıdır.

Daha sonra tədbirdə “Ermənistanın Azərbayacana hərbi təcavüzü (beynəlxalq hüquqi məsələlər)” adlı elektron kitabı ilə bağlı ətraflı məlumat verilib, geniş ictimaiyyət arasında yayımını təşkil etmək üçün www.aggression.az saytında vəsaitin azərbaycan və ingilis dillərində elektron versiyalarının yerləşdirildiyi qeyd olunub.

Bildirilib ki, sayt istifadəçiləri Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı bu elektron resursdan ən azı 3 il müddətinə davamlı məlumat bazası kimi istifadə etmək imkanı əldə edəcəklər.

Mərasimdə yeni yaradılmış saytın, habelə elektron kitabın əhəmiyyəti barədə faydalı fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

AİM-in Mətbuat və informasiya xidmətinin məlumatı     15.08.2016

Add a Comment

Your email address will not be published. Required fields are marked *