Ermənİlərİn törətdİyİ beynəlxalq cİnayətlər araşdırılır

Son 100 ildə (1918-2018-ci illər) ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş və hazırda törədilməkdə davam edən beynəlxalq cinayətlərin – soyqırımı cinayətləri, təcavüz cinayəti, deportasiya, etnik təmizləmələr, terror, müharibə cinayətləri, habelə digər sülh və insanlıq əleyhinə cinayətlərin beynəlxalq hüquqi təhlili ölkəmiz üçün xüsusilə əhəmiyyətlidir.

Bu səbəbdən də Avropaya İnteqrasiya Mərkəzi İctimai Birliyi tərəfindən “Azərbaycanlılara qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər (1918-2018-ci illər)” adlı elektron kitabın hazırlanması layihəsi çərçivəsində elmi-praktiki işlərə başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanacaq “Azərbaycanlılara qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər (1918-2018-ci illər)” adlı elektron kitabda tarixi xronologiya əsasında Ermənistanın törətdiyi təcavüz, soyqırımı, müharibə və insanlıq əleyhinə cinayətlər, habelə  erməni terrorunun beynəlxalq cinayət elementləri hüquqi cəhətdən araşdırılır.

Layihənin icrası 4 aylıq müddət üçün nəzərdə tutulub.