Şuranın dəstəyİlə ermənİ cİnayətlərİ İlə bağlı AİM tərəfİndən İcra olunan layİhə yekunlaşmaq üzrədİr

Bu il 1918-ci ildə azərbaycanlıların soyqırımının yüzüncü ildönümüdür və bununla bağlı respublikamızda müvafiq tədbirlər görülür.

Bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi İctimai Birliyi tərəfindən Azərbaycanlılara qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlərin araşdırılması ilə bağlı layihə icra olunur. Hal hazırda layihə üzrə işlər yekunlaşmaq üzrədir.

Belə ki, son 100 ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı başda soyqırım cinayəti olmaqla müxtəlif cinayət əməlləri törədilmişdir ki, bunların da hüquqi, o cümlədən beynəlxalq hüquqi təhlilinə ehtiyac vardır. Ona görə də, bu istiqamətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı hüquqi bilgilər internet istifadəçiləri arasında yayılmış, müvafiq məqalə və informasiyalar saytlarda yerləşdirilmişdir.

Layihə çərçivəsində “Azərbaycanlılara qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər (1918-2018-ci illər)” adlı elektron vəsait (kitab) işlənib hazırlanmış və bu günlərdə internet istifadəçilərinin ixtiyarına veriləcəkdir. Hazırda kitab üzərində son texniki tamamlama işləri gedir.