Ermənİlərİn “Topxana ekosİdİ” və dİgər cİnayətlərİ müasİr beynəlxalq hüquq kontekstİndə

15 noyabr 1988-ci il – Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, xüsusilə ekoloji təcavüzünün başlandığı tarixdir, ermənilər tərəfindən Şuşada tarixi Topxana meşəsinin yandırıldığı gündür. Həmin gün ermənilər digər cinayətlərlə yanaşı, Azərbaycan ərazisində ekoloji soyqırımı – ekosid törətmişlər. Topxana meşəsi yandırılmış, nadir ağaclar buldozerlərlə məhv edilmiş, ölkəmizin ərazi bütövlüyünə, torpaqlarına qəsd edilərək, ekoloji soyqırımı həyata keçirilmişdir.

            Müasir beynəlxalq hüquqa görə, ekosid (ekoloji soyqırımı) – transmilli cinayət olub, ekosistemin tamamailə və ya qismən məhv edilməsi məqsədilə canlı orqanizmlərə, ilk növbədə insanın yaşadığı ətraf mühitə qarşı, habelə bəşəriyyətin ekoloji təhlükəsizliyi əleyhinə yönələn ictimai təhlükəli əməldir.

            “Ekosid” terminini A.Qalston (1970) Hind-Çindəki hadisələri şəxsən öyrənərək elmə daxil etmişdir.[1] Bu əməl müxtəlif beynəlxalq konvensiya və müqavilələrlə (Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında konvensiya (16 noyabr 1972-ci il), Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında konvensiya (Espo şəhəri, 25 fevral 1991-ci il), Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqinda Avropa konvensiyası (Bern, 19 sentyabr 1979-cu il), “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştiraki və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” BMT konvensiyası (Orxus şəhəri, 25 iyun 1998-ci il), Bitki mühafizəsi haqqında beynəlxalq konvensiya (Roma, 1951-ci il) və s.) qadağan edilmiş və müvafiq beynəlxalq hüquqi məsuliyyətə səbəb olur.

Əlbəttə, ermənilər tərəfindən XX və XXI əsrlərdə çoxsaylı beynəlxalq cinayətlər törədilmiş və hazırda da törədilməkdə davam edir.

Qeyd edək ki, 1988-ci ilin noyabr ayında Ermənisan SSR-in Alminium zavodlarından birinin filialının Əsgəran rayonunun ərazisindəki “Topxana” meşəsində tikintisinə başlanıldı. “Topxana” Azərbaycan üçün yalnız meşə, təbiət qoruğu gözəllik simvolu deyil, “Topxana” xalqımızın tarixi, milli irsi, ozünümüdafiə simvolu və qürur mənbəyidir. Qeyd olunmalıdır ki, mənbələrdə (hətta erməni mənbələrində də) Topxananın adı 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşanı mühasirə etdiyi zaman topların yerləşdirildiyi məkan olması ilə bağlıdır.[2] Göründüyü kimi, Topxana hər zaman azərbaycanlıların, xüsusilə Şuşanın “silahı”, özünümüdafiə simvolu olmuş, 1988-ci ildən başlayaraq isə ermənilərin Azərbaycana qarşı silahlı təcavüz cinayətlərini də məhz bu ərazilərdə törətməsi təsadüfi deyildir. Bu, ölkəmizin tarixinə, özünü müdafiə haqqına, təhlükəsziliyinə qarşı yönəlmiş bir hüquqazidd hərəkətdir.

Ermənistanın Topxanaya olan bu ekolji təcavüzü Azərbaycan xalqının vahidliyinin bariz nümünəsi oldu. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə qarşı ermənilərin ilk təcavüz cinayətinə görə xalqımızı birləşdirdi, onun mili mübarizəsinə, mlli azadlıq hərəkatına, özünü müdafiəsinə səbəb oldu.  Şuşadan başlanan bu özünümüdafiə hərəkatı paytaxt Bakıda geniş vüsət aldı. Bu hərakat çox qısa müddətdə bütün Azərbaycana yayılaraq Sovetlər İttifaqını kökündən silkələdi. Çünki xalq öz azadlığı uğurunda mübarizəyə qalxmışdı. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanında – Azadlıq meydanında (keçmiş Lenin meydanı) Topxana meşəsinin qırılmasına və Azərbaycan SSR-in sosial siyasətinə etiraz əlaməti olaraq Azərbaycan xalqının mitinqi başlandı. Mitinqin təşkil olunmasında məqsəd xalqın səsini Mərkəzə – Moskvaya çatdırmaq idi. O dövrün respublika hakimiyyətinin qarşısında xalqın adından əsasən üç tələb qoyulmuşdu: Topxana meşəsinin qırılması dayandırılsın; Dağlıq Qarabağ muxtar vilayəti ərazisində respublika hakimiyyətinin səlahiyyətləri bərpa olunsun; SSRİ Ali Sovetinin növbəti sessiyasında Qarabağ məsələsi müzakirə olunsun, olunmazsa bizim deputatlar geriyə – Respublikaya qayıtmasınlar.[3] Buna cavab olaraq ermənilər Dağlıq Qarabağda etnik təmizləmə cinayətlərinə daha da təkan verdilər. Qarabağdan Azərbaycanlıların öz doğma yurd-yuvalarından qovularaq çıxarılması getdikcə kütləviləşirdi. Ermənilər yollarda pusqular qurur azərbaycanlıların nəqliyyat vasitələrinə hücumlar təşkil edirdilər. Hər gün bu yollardan keçən onlarla azərbaycan vətəndaşları bədən xəsarətləri alırdılar. Artıq dünyanın bir çox tanınmış terrorçuları Qarabağa azərbaycanlılara qarşı döyüşməyə gəlirdilər. 1988-ci ilin payızında artıq ermənilərin hərbiləşdirilmiş silahlı dəstələri Qarabağın meşələrində görünməyə başladı. Onlar meşələrdə yaşayır, ermənilər tərəfindən silah sursat və ərzaqla müntəzəm təmin olunur, azərbaycanlıların yaşayış məskənlərində təxribat və sui-qəsdlər törədirdilər.

Etnik təmizləmə indiki Ermənistan ərazilərində 1988-ci il noyabrın sonunda başlandı. Rəsmi hakimiyyət orqanlarının dəstəyi və sanksiyası ilə indiki Ermənistan dovlətinin ərazisində məskunlaşmış son 350 mindən artıq azərbaycanlı qısa bir muddət ərzində oz tarixi torpaqlarından deportasiya olundu. Ermənistanm azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin novbəti faciəvi mərhələsi olan bu kutləvi qovulma aksiyası azərbaycanlıların oldurulməsi, onlara işgəncələrin verilməsi ilə muşayiət edildi. Etnik təmizləmə nəticəsində 216 azərbaycanlı qətlə yetirildi ki, bunların da əksəriyyəti qadmlar, uşaqlar və qocalar idi. Bunlardan 49 nəfəri xilas olmağa calışarkən dağlarda donmuş, 41 nəfəri xususi qəddarlıqla doyulərək qətlə yetirilmiş, 35 nəfəri uzun surən işgəncələrlə oldurulmuş, 11 nəfəri diri-diri yandırılmış, 16 nəfəri gullələnmiş, 10 nəfər əzab və işgəncələrə dozməyərək olmuş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən oldurulmuş, 2 nəfərin başı kəsilmiş, digərləri isə suda boğularaq, asılaraq, elertrik cərəyanma birləşdirilərək və s. qeyri-insani usullarla qətlə yetirilmişlər. Etnik azərbaycanhlara qarşı cinayətlər Quqark, Kalinin, Gorus, Stepanavan, Vardenis, Masis, Spitak, Ararat, Kirovakan, İcevan, Krasnoselo, Yexeknadzor, Amasiya, Qafan, Abovyan, Sisyan, Sevan, Noyemberyan, Meğri və digər rayonlarmda xususi qəddarlıqla həyata kecirildi.[4]

Ekoloji cinayətlər hər zaman bəşəriyyəti narahat edən məsələlərdəndir. Ermənilərin belə xarakterli cinayətləri bu gün davam edir. Beynəlxalq qurumlarda da son illərdə aparılan müzakirələr bunu təsdiq edir. 2010-cu il aprelin 7-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ətraf mühit, kənd təsərrüfatı və regional məsələlər komitəsinin qurumun yaz sessiyasında Avropanın bu günü və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlər, o cümlədən ermənilərin ekoloji cinayətləri də müzakirə edilmişdir. Müzakirələrdə AŞPA-dakı Azərbaycan nümayəndə heyəti Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində meşələrə də ciddi zərər dəyməsi məsələsini diqqətə çatdırmışdır. Azərbaycanın Ermənistanın nəzarəti altında olan Dağlıq Qarabağ bölgəsinin və ona bitişik daha 7 rayonunun ərazilərinin böyük hissəsi meşədən ibarət idi. Bu meşənin əksər hissəsi artıq təmamilə məhv edilmişdir. Həmin meşələrdəki bir sıra ağaclar “qırımızı kitab”a düşmüş, kökü kəsilməkdə olan nadir növlər idi. Lakin işğalçılar heç bir fərq qoymadan bu meşələri ucdantutma talan etmiş, mebel sənayesi üçün xammal kimi qırıb qurtarmışlar. Qubadlı və Laçın rayonlarında qırmızı palıdların, Kəlbəcərdəki “Ayı fındığı meşələri”nin yerində boş ərazi qalmışdır. İşğal altındakı ərazilərdə meşələri kəsib aparan qəsbkarlar digər bir cinayəti də gerçəkləşdirirlər. Vaxtaşırı uydurma “soyqırımı-genosid” məsələsini qaldıran ermənilər özləri Azərbaycan təbiətinə qarşı əsl soyqırımı – ekosid siyasətini həyata keçirirlər. Bu, təcavüzkar Ermənistan tərəfindən məqsədli şəkildə aparılan bir xətdir. Meşələr qırılır, onların yerində nüvə tullantıları, zəhərli maddələr basdırılır.[5]

Eyni zamanda, erməni ekosidinin digər bir bariz nümünəsi Metsamor Atom Elektrik Stansiyasındakı vəziyyətdir. Qəzalı vəziyyətə düşmüş Metsamor Atom Elektrik Stansiyasının radioaktiv tullantılarının bir hissəsi Arpaçaya axıdılır, bir hissəsi isə daşınaraq Dağlıq Qarabağ ərazisinə gətirilir və orada torpağa basdırılır. Coğrafiyadan bilirik ki, Arpaçay Araz çayına tökülür və radioaktiv maddələr Azərbaycan ərazisi ilə axaraq Sabirabad rayonunda Kür çayı ilə birləşir. Biz həmin çayların suyundan həm içməli, həm təsərrüfat suyu kimi istifadə etsək qətiyyən düzgün olmaz. Təbii ki, indi olmasa da gələcəkdə öz fəsadlarını göstərər. Təkcə bu deyil, onlar digər məişət tullantılarını da həmin çaylara  axıdırlar.[6]

Beləliklə, Topxana meşəsindən başalanan təcavüzkar Ermənistanın ekosid cinayətləri bu gün üçün də aktual olaraq qalır və beynəlxalq hüquq bu cinayətlərlə bağlı da öz sözünü deməlidir. Cünki, ermənilər torpaqlarımızın iyirmi faizini işğal etməklə, bir milyondan çox soydaşımızı doğma yurd-yuvasından didərgin salmaqla kifayətlənməyərək, hazırda qanunsuz nəzarət etdikləri Azərbaycan ərazilərində ekosid cinayətlərini də törədir, ərazilər, xüsusilə meşələr yandırılır, ən qiymətli və nadir ağaclar məhv edilir.

 

Səyyad Məcidov, hüquq üzrə fəlsəfə doktoru

 

 

[1] Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” nəşriyyatı. Bakı: 2003. 516 s.

[2] B.Karapetyan, “The Roots of the Karabagh Problem”, page 163.

[3] SSRİ-nin süqutu və Azərbaycanın müstəqilliyinə gedən yol, http://modern.az

[4] Erməni-Azərbaycan munaqişəsinin tarixi və geosiyasi kökləri, http://www.anl.az

[5] Parisdə işğalçı Ermənistanın Azərbaycan meşələrinə vurduğu ziyandan danışılmışdır, https://azertag.az

[6] Ermənilərin Azərbaycan ərazilərindəki ekoloji diversiyaları, http://www.ikisahil.com