Kİbercİnayətlərİn təsnİfatı: yenİ cİnayət modellərİ

Kibercinayətlərin təsnifatı məsələsi də müasir beynəlxalq hüquqda və xarici ölkələrin milli qanun-verciliklərində geniş müzakirə olunan problemlər-dəndir. Ümumilikdə bu qeyri-qanuni əməlləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1) Kompüterə qanunsuz daxil olma;
2) Kompüter məlumatına və ya proqramlarına ziyan vurma;
3) Kompüter sabotajı;
4) Kommunikasiyaların qanunsuz olaraq dayan-dırılması və ya kəsilməsi;
5) Kompüter casusluğu.
Əlbəttə, bu qeyd olunan məsələlər kiber-cinayətlərin anlayışı, növləri və cinayət tərkibi ilə bağlı təfsilatı əks etdirə bilməz. Birincisi, bu cinayətlərin xarak¬teri elədir ki, bunlar daim inkişafdadır və texnoloji innovasiyalara həmişə uyğun gəlməlidir. İkincisi isə bunun üçün kibercinayətlərin unversal əsasda müvafiq ayrı¬ca tərifinin müəyyən edilməsi daha məqsədəuyğun olardı.
Kibercinayətlər beynəlxalq cinayətlərin sürətlə inkişaf edən sahəsidir. Əksər cinayətkarlar heç bir fiziki və ya virtual sərhədlər tanımadan cinayətkar fəaliyyət¬lərinin müxtəlif diapazonunu genişləndirmək üçün sürət, rahatlıq və internetin anonimliyini axtarırlar.
İnterpolun mövqeyinə əsasən, kontent təsnifatı həyata keçirilərək, bu cinayətlər üç geniş sahəyə bölünür:
– Kompüter aparat vasitələrinə və proqram təminatına qarşı hücumlar;
– Maliyyə cinayətləri, onlayn dələduzluq, onlayn maliyyə xidmətlərinə nüfuz-etmə;
– Xüsusilə gənclərin alçaldıcı hərəkətləri və ya “seksploitasiya” forma¬larından sui-istifadə etməsi.
Kibercinayətlərin müxtəlif qəsd obyektlərinə, predmetlərinə və törədilmə xüsusiyyətlərinə münasibətdə müxtəlif növləri fərqləndirilir. Qeyd olunmalıdır ki, əslində kibercinayətlərlə bağlı yetkin elmi anlayışın verilməsi üçün onun növləri məsələsinə diqqətin ayrılması və bu əməllərin tərkib elementlərinin qruplaş¬dırılması mühüm təcrübi və elmi əhəmiyyətə malikdir. Müxtəlif ədəbiyyatlarda, beynəlxalq və milli hüquqi normalarda bununla bağlı fərqli bölgülərin aparıl¬masını nəzərə alaraq, onların bəzilərini araş-dırmağa cəhd edə¬cəyik.
Xüsusi vurğulanmalıdır ki, beynəlxalq təcrübi və elmi hüquqi əhəmiyyəti və Avrasiya regionunda hüquqi qüvvəsinə görə kibercinayətlərin Kibercinayətkarlıq haqqında 2001-ci il Budapeşt Konvensiyasına müvafiq olaraq aparılan bölgüsü daha mükəmməl və məqsədəmüvafiqdir. Həmçinin, bu Konvensiya əsasında apa¬rılan təsnifat əksər beynəlxalq hüquq mütəxəsisləri və alimləri tərəfindən təqdir olunmaqla, müasir beynəlxalq hüquqda və hətta bu sənədi ratifikasiya etməyən xarici ölkələrin milli hüquq sistemlərində də etalon kimi qəbul edilməkdədir. Kibercinayətkarlıq haqqında Konvensiyaya (və ona Əlavə Protokola) görə kibercinayətləri beş əsas qrupa bölmək olar:
1) Kompüter məlumatları və sisteminin konfi-densiallığı, bütövlüyü və onlara çatımlılıq, o cümlədən qeyri-qanuni çıxış, qeyri-qanuni ələ keçirmə, verilən¬lərə müdaxilə, sistemə müdaxilə və s. əleyhinə olan kibercinayətlər;
2) Kompüterdən istifadə ilə əlaqədar, yəni kompüterin cinayəti törətmə vasi¬təsi kimi, xüsusilə informasiya ilə manipulyasiya vasitəsi kimi törədilən kibercinayətlər. Bu qrupa əsasən kompüter dələduzluğu və kompüter sax¬ta-karlığı aiddir.
3) Kontentlə, yəni kompüter şəbəkəsində yerləş-dirilmiş verilənlərin məzmunu ilə əlaqədar kibercinayətlər. Qeyd etmək lazımdır ki, bu qrup cinayətlər ictimai təhlükəlilik dərəcəsinə görə və praktiki nöqteyi-nəzərindən daha ciddi xarakteri ilə diqqəti cəlb edir. Belə ki, bütün dövlətlər tərəfindən xü¬susi önəm verilən uşaq porno-qrafiyası və ümumilikdə internetdə yayılan porno-materiallar ilə bağlı cinayətlər bu qrupa aid edilə bilər. Ümumiyyətlə vurğulanmalıdır ki, hazırda kompüter şəbəkələrində, İnter¬netdə, Fasebook, Tvitter, İnstoqram və digər sosial şəbəkələrdə kontent məsə¬ləsində ciddi problemlər yaşanmaqdadır. Bu mənada kontent cinayətlərinin elmi baxımdan daha dəqiq və müasir beynəlxalq hüquqa uyğun şəkildə balanslaşdırılmış qaydada araşdırılması zəru-ridir. Çünki, bu zaman kibercinayətlərlə mübarizə məsə¬ləsində insan hüquqları amili, o cümlədən şəxsi həyata, ifadə azadlığına müdaxilə problemləri xüsusilə aktual olacaqdır.
4) Şəbəkədə müəllif hüquqlarının və əlaqəli hüquqların pozulması ilə bağlı cinayətlər. Yəni, “intellekt oğurluğu cinayətləri” son dövrlərdə aktualdır. Çünki, hazırda müasir beynəlxalq hüquqda, eyni zamanda milli qanunvericilik sistemlərində xüsusilə internetdə plagiatlıq, köçürmələr, CD, DVD və s. musiqi, habelə digər fayl və məlumatların qanunsuz olaraq yüklənməsi ilə müəllif və əlaqəli hüquqların kobud və kütləvi şəkildə pozulması faktları müşahidə edilməkdədir. Bu səbəbdən də, dövlətlər qeyd olunan istiqamətdə səylərini birləşdirməklə kibercinayətkarlığın bu növü ilə mübarizənin yeni formalarını düşünməyə başlamışlar.
5) Bu qrupa aid kibercinayətlərə kompüter şəbəkələri vasitəsilə yayılan və törədilən rasizim və ksenofobiya aktlarını aid etmək olar. Bunlar eyni zamanda yeni nəsil cinayətlər də adlandırılır. Qeyd olunmalıdır ki, bu növ cinayətlər Kibercinayətkalıq haqqında Avropa Konvensiyasına Əlavə Protokolda da öz əksini tapmışdır.
Yuxarıda qeyd olunan təsnifatdan bir daha aydın olur ki, müasir dövrdə kibercinayətlərin diapazonu doğurdan da özünün geniş əhatəliliyi ilə diqqəti cəlb edir və bu hüquqazidd əməllərlə mübarizə aparılması əslində bütün digər cina¬yətləin də qarşısının alnması və profilaktikasına özünün müsbət təsirini göstərə bilər. Çünki, biz bu cinayətləri qəsd obyektlərinə görə qruplaşdırsaq görərik ki, çoxsaylı əməllərin törədilməsi məhz kompüter şəbəkələri və digər İKT vasitələri ilə həyata keçirilir.
Qeyd olunmalıdır ki, kibercinayətlərin təsnifatı məsələsi hələ də formalaşmaqda olan elmi prosesdir. Kibercinayətlərin təkamülü ilə bağlı “Cybercriminal Activity” (“Kiberkriminal fəaliyyət”) adlı məqalədə xarici ölkə tədqiqatçıları bu cinayətin texniki və kontent əlamətləri baxımından müxtəlif növlərini – kompüter servisinin dağıdılması, informasiya oğurluğu, uşaq pornoqrafiyası, reputasiyaya zərər vurulması, spamlar, informasiya saxtakarlığı cinayətlərini fərqləndirirlər.
Kibercinayətlər sahəsində tanınmış ekspertlər S. Holberq və A. Hubbard yazır ki, kompüter cinayətləri özündə bütün cinayət növlərini ehtiva edə bilər ki, buraya da kompüter texnologiyalarının istifadəsi, təfərrüatları və informasiya ilə əlaqədar məsələlər aid edilməlidir. Bir sözlə müəlliflər kibercinayət kateqoriyasına kompüter sistemləri və şəbəkələri, o cümlədən internet infrastrukuru əleyhinə yönələn hücumları, bundan əlavə, internet saxtakarlığı və dələduzluğunu da aid edirlər.
Azərbaycanlı alim, prof. R. Əliquliyev isə kibercinayətləri iki qrupa bölür: yalnız kiberməkana xas olan cinayətlər və kompüter və internet vasitəsilə həyata keçirilən ənənəvi cinayətlər. Yalnız kiber-məkana xas olan cinayət əməllərinə İnternet casusluğu, kiberdələ¬duzluq, kompüter informasiyasına qanunsuz daxilolma, xüsusi təyinatlı radio¬elektron sistemlərinin qanunsuz dövriyyəsi, internetdə maliyyə fırıldaqçılığı və s. daxildir. İnternet vasitəsilə həyata keçirilən ənənəvi cinayətlərə isə həyat və sağlamlıq, şərəf və ləyaqətin alçaldılması, iqtisadi sahələr, ictimai təhlükəsizlik, mülkiyyət əleyhinə olan cinayətlər aiddir. Bura eyni zamanda pornoqrafiyanın yayılması, narkobiznes, konstitusiya quruluşu və dövlət əleyhinə olan cinayətlər də daxildir.
Qeyd olunan bölgünün müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən fayd¬asını inkar etmədən, xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq xarakterli cina¬yətlər kateqoriyasına aid olmaqla, kibercinayətlər əslində daha çox qəsd obyektləri baxımından təsnifləşdirilməlidir.
Bu səbəbdən də qəsd obyektinə görə kiber-məkanda törədilən cinayətlərin fikrimizcə aşağıdakı şəkildə qruplaşdırılması daha məqsə-dəuyğun olardı: insanın əsas hüquq və azadlıqları əleyhinə olan kibercinayətlər – şəxsi həyat hüququna, söz və ifadə azadlığına olan kiber-müdaxilələr, kiberpiratlıq və s.; iqtisadi kompüter cinayətləri – kompüter dələduzluğu, bank hesablarına və post-terminallara kiber müdaxilə və s.; ictimai və dövlət maraqları əleyhinə yönələn kibercinayətlər – dövlət orqanlarının və ictimai qurumların veb saytlarının haker hücumlarına məruz qalması, qanunsuz informasiya hücumları və s.; kompüter məlumatlarının və şəbəklərinin təhlükəsizliyi əleyhinə olan kibercinayətlər – bu sıraya istənilən fərdi və şəbəkəyə qoşulan və qoşulmayan hər hansı kompüterdə, texniki informasiya daşıyıcısında olan məlumatların məxfiliyinin pozulması, onlara müdaxilə, kompüterlərə çatım imkanlarının məhdudlaşdırılması və s. aid edilə bilər.
Kibercinayətlərin bu cür qruplaşdırılması özünün praktiki əhəmiyyəti ilə də seçilir. Çünki burada qeyd olunan hər bir kibercinayət növü üzrə hazırda bey¬nəlxalq hüquqda bir sıra qurumlar şərçivəsində konkret cinayət işləri həyata keçi¬rilərək, onlarla səmərəli mübarizə aparılır. Qeyd etmək lazımdır ki, son dövrlərdə kibercinayətlərin ayrı-ayrı növləri ilə mübarizədə Avropa İttifaqının da xüsusi rolu vardır. Belə ki, bu qurumun daxilində dünyada ilk dəfə olaraq 2013-cü ildə kibercinayətlər üzrə ixtisaslaşmış ayrıca orqan – Avropa Kibercinayət Mərkəzi (EC3) yaradılmış və birillik fəaliyyəti dövründə kibercinayətlərin müxtəlif növləri üzrə təhqiqat və operativ əməliyyatlar baxımından üzv dövlətlərə yardımlar üzrə səmə¬rəli fəaliyyət göstərmişdir. Evropol-un nəzdində forma-laşdırılan EC3-ün fəa¬liyyətinin təhlilindən biz kiber-cinayətlərin daha yeni təsnifatının şahidi oluruq. Belə ki, bu qurumda aşağıdakı kibercinayət növləri üzrə əməkdaşlıq həyata keçirilir: yüksək-texno cinayətlər (high-tech crimes) – kiber hücumlar, zərərli proqram təminatları (malware); uşaqların onlayn cinsi istismarı (online child sexual exploitation); onlayn ödəniş dələduzluğu (payment fraud).
Göründüyü kimi, kibercinayət termini o qədər geniş anlayışdır ki, onun cinayət tərkibi ilə bağlı müddəalarının müasir informasiya texnologiyalarının inki¬şafına müvafiq olaraq və sürətli texnoloji tərəqqi nəzərə alınmaqla genişlənməsi ehtimalı böyükdür. Onların bəziləri elmi dairələrdə mübahisəli məsələ kimi hələ də açıq qalmaqdadır.
Umumiyyətlə, Kibercinayətkarlıq haqqında Konvensiyaya (və ona Əlavə Protokola) görə kibercinayətlərin beş əsas qrupa bölgüsü müasir beynəlxalq hüquq normaları baxımından və xarici ölkələrin milli hüquq sistemlərinə nəzərən optimal və təcrübi əhəmiyyətli təsnifat kimi qəbul edilir. Törədilən hər hansı istənilən dağıdıcı cinayətkar fəaliyyət məhz kompüter sistemlərinin və şəbəkələrinin, habelə onlarda mövcud olan informasiyaların məhv edilməsinə yönəlmişdirsə, həmin əməl kibercinayətlər kateqoriyasına aid edilir. Kompüter sistemləri və ya şəbəkəsindən, o cümlədən internetdən vasitə kimi istifadə olunaraq, mütəşəkkil cinayətkar qruplar və ayrıca şəxslər konkret cinayət məqsədlərini reallaşdırmağa cəhdlər etmişlərsə, bu zaman qeyd olunan vasitələr həmin cinayət əməllərinin törədilməsi üçün yalnız köməkçi alət qismində çıxış edəcəkdir. Burada ayrıca növ kimi təsnifləşdiriləcək hansısa kibercinayətdən yox, konkret tərkibi olan müstəqil cinayət əməlindən danışmaq mümkündür. Məsələn, “kiberterrorizm” anlayışı bu kateqoriyaya aid edilə bilər. Bununla əlaqədar növbəti paraqrafda ətraflı danışılacaqdır.
S.T.Məcidov