“ERMƏNİ KİMİSƏ ARXASINDA HİSS EDƏNDƏ, QUDUZLAŞAN TOPLUMA ÇEVRİLİR”-DR. SƏYYAD MƏCİDLİ

Bu ilin iyul ayının 12-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu ərazisinə silahlı hücum həyata keçirdi. Bu hərbi müdaxilə öz əzəli torpaqları uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirmək və haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün azərbaycanlıların bütün dünyada dinc etiraz aksiyalarına səbəb oldu. Son bir həftə ərzində Azərbaycanın ABŞ, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, Niderland və Belçikada akreditə olunan diplomatik nümayəndəliklərinə, həmçinin xaricdə yaşayan azərbaycanlılara qarşı erməni lobbisi və radikal erməni qüvvələri tərəfindən bir sıra cinayətkar əməllər törədilir. Bu cinayətlərin mahiyyəti və ümumən ermənilərin cinayətkar xarakteri barədə suallarımızı hüquq elmləri üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq eksperti Səyyad Məcidli cavablandırır.
Səyyad müəllim, son bir həftə ərzində ermənilər özlərinin tam mənada faşist mahiyyətini ortaya qoymaqdadır. Hətta onlar bu cinayətkar hərəkətlərini Avropada və dünyanın digər dövlətlərində də etməkdən çəkinmir. Nədir bu erməni vandalizminin səbəbi? Bunun kökündə nə dayanır?
Əvvəla, cinayətkar, terrorçu və təcavüzkar toplum psixologiyası məhz erməni soyuna xas olan xüsusiyyətdi. Bu onların genindən, qanından irəli gəlir. Siz görürsüz, erməni dünyanın hər yerində mənfi kontekstdə daha çox lobbiləşmə, təcavüzkar niyyətlə daha sürətli cütləşmə və vandalizmə meyilli daha tez qruplaşma xarakterinə malikdir. Bu günə qədər onların bu xislətini biz azərbaycanlılar bilirdik və görürdük. Biz millət və dövlət olaraq onların faşistlərdən də qəddar cinayətlərinin və terrorçu mahiyyətinin şahidləri və qurbanlarıyıq. Bu gün isə bütün dünya və Avropa bunu gördü və real şahidi oldu. Amma dünya buna necə reaksiya verəcək, bu ayrı bir məsələdir. Burda siyasi səbəblər və qərəzli mövqelər danılmazdır. İkincisi ermənini qısqıran olmasa, o bir müddət sakit qalır. Axrasında kiminsə dayandığını hiss edəndə daha da quduzlaşan topluma çevrilir. Ölkə başçımızın da vurğuladığı kimi, erməni heç vaxt bizimlə təkbətək bacara bilməyib və bilməz də. Bu, bütün tarix boyu belə olub. Siyasətçiləri də özlərinə lazım olanda faşist bütlərinə sitayiş edirlər. Bir neçə il öncə İrəvanda III Reyxlə əməkdaşlıq etmiş faşist Qaregin Njdeyə heykəl qoyulması əslində elə ermənilərin bu ideologiyanın daşıyıcısı olmasından xəbər verir. Dünənki tarix və bu gün yaşadıqlarımız yalnız bir aksiomu diktə edir: erməni hər zaman və hər yerdə ermənidi. Mahiyyəti və xisləti dəyişməzdi. İstər Avropada olsun, istər İrəvanda, istər Rusiyada, istər Qarabağda, istərsə də Bakıda. Ona görə də, bu gün bu şərəfsizlərə qarşı adekvat cəzalar labüd olmalıdı.
– Bəs ermənilərin törədikləri bu kütləvi cinayətlərə necə reaksiya verilməlidir?
Cinayət baş veribsə, cavab tədbiri və cəza mütləq labüd olmalıdı. Əks-təqdirdə bu, növbəti cinayətlərə səbəb ola bilər. Ermənilərin son 100 ildə və son 10 gündə törətdiyi bütün kriminallar adi cinayətlər deyil, bunlar transmilli cinayətlərdir. Avropa, ABŞ, Rusiya və digər ölkələrdə dinc aksiya keçirən azərbaycanlılara və ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinə qarşı ermənilər tərəfindən törədilən əməllər terror, milli düşmənçilik zəmnində vandalizm aktları və insanlıq əleyhinə cinayətlərdir, açıq-aşkar insan hüquq və azadlıqlarının kobud və kütləvi pozuntusudur. Bu birmənalı belədir. Hesab edirəm ki, bütün bu erməni cinayətlərinə qarşı 4 istiqamətdə adekvat reaksiya verilir və bundan sonra da verilməlidir:
1) Erməni bizi milli nifrət zəmnində döyməyə, zor tətbiq etməyə, təhqir etməyə qalxırsa, onlara qarşı azərbaycanlılar tərəfindən görülən bütün cavab tədbirləri zəruri müdafiə xarakterlidir. Bu cinayətlərə qanuni cavablar verilməlidir. Bu, fərd və millət olaraq özünümüdafiə haqqımızdı.
2) Xaricdəki diplomatik nümayəndəliklərimizə edilən hücumlar isə beynəlxalq hüquqla qadağan olunan əməllərdir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsinə əsasən, nümayəndəliyin binaları toxunulmazdır… Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin təhlükısizliyinin istənilən formada pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün hər cür lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Bu, diplomatik özünümüdafiə haqqımızdı.
3) İnsan haqlarının pozulmasına görə mütləq xarici ölkələrin məhkəmə instansiyalarından başlayaraq Avropa Məhkəməsinə qədər bütün hüquqi müdafiə vasitələrindən istifadə etməliyik. Bu isə milli və beynəlxalq məhkəmələrdə özünümüdafiə haqqımızdı.
4) Qarabağda və digər rayonlarda hərbi təcavüz cinayəti törədən erməniyə qarşı güc tətbiqi zəruri və hüquqidir. Bu da dövlət olaraq özünümüdafiə haqqımızdı.
Eyni zamanda, bir məsələni də xüsusi vurğulamaq istərdim ki, erməni nə qədər şərəfsiz toplumdursa, bir o qədər hiyləgər soydandır. Ona görə də, bizim belə məqamlarda daxili hərbi gücümüzlə yanaşı, xarici ölkələrdə, beynəlxalq qurumlarda siyasi və elmi beyin mərkəzlərimiz, hüquqşünaslarımız işləməlidir, dünyanın tanınmış universitetlərinə alimlər və müəllimlər “ixrac” etməliyik. Bu gün ölkəmizdə hərbi xüsusi təyinatlılarımız nə qədər güclüdürsə, bir o qədər də bütün dünyada beyin fırtınaları qopara biləcək, informasiya savaşı üzrə “xüsusi təyinatlılarımız” fəaliyyətdə olmalıdır.

Müsahibəni apardı: Şəhriyar Tofiqoğlu