TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİNİN BİR QRUP HƏRBİ QULLUQÇUSU VƏ AVİASİYA VASİTƏLƏRİ NAXÇIVANA GƏLİB

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Naxçıvana gəlib.
Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda təlimlərə cəlb edilmiş heyətin təntənəli qarşılanma mərasimində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirilib.
Yük təyyarələri ilə gətirilmiş Türkiyə Silahlı Qüvvələrinin hərbi daşıma, hücum və döyüş helikopterləri Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda döyüş atışlı taktiki-uçuş təlimləri üçün hazır vəziyyətə gətirilir.