BTC kəmərİnə raket hücumu kollektİv özünümüdafİə hüququ yaradır: Ermənİstanın beynəlxalq cİnayətlərİ İlə bağlı bəzİ nüanslar

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi,
hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov

Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü davam etdirərək, Dağlıq Qarabağdan sonra Tovuz, Gəncə, Mingəçevir və digər yaşayış məskənlərimizə, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərinə raket hücumları etdilər. Bu faktlar sübut edir ki, Ermənistan dövləti və siyasi rəhbərliyi beynəlxalq hüquqa, xüsusən beynəlxalq humanitar hüquqa və 1949-cu il Konvensiyalarına, eləcə də bütün beynəlxalq ictimaiyyətə aşkar şəkildə sözün yumşaq mənasında hörmətsizlik edir, müharibə qanun və adətlərinə qarşı misli görünməyən transmilli əxlaqsızlıq nümayiş etdirərək ağır beynəlxalq cinayətlər törədirlər. Ermənistanın Azərbaycana raket hücumları silahlı təcavüz cinayəti hesab edilir və regional təhlükəsizlik üçün ən böyük təhdidlərdən biri sayılır. Ən acınacaqlısı da budur ki, bir neçə dövlət istisna olmaqla, bütün beynəlxalq təşkilatlar bu cinayətləri sanki görmür və heç bir reaksiya vermirlər. Hadisələrin beynəlxalq hüquq prizmasından konkret faktlar əsasında bir necə mühüm müddəa üzrə şərhini zəruri hesab edirik:
1. Azərbaycanın Gəncə, Mingəçevir, Xızı, Abşeron, Yevlax, Beyləqan və hərbi əməliyyatlar zonasından tamamilə kənarda olan digər şəhər və kəndlərində sivil vətəndaşlar və mülki obyektlər hədəf seçilir və beynəlxalq hüquqla qadağan olunmuş silahlardan müntəzəm olaraq atəşə tutulur. Və Ermənistan siyasi rəhbərliyi bunu ictimaiyyətə həyasızlıqla bəyan etməkdən çəkinmirlər. Fakt: Ermənistanın baş nazirinin baş müşaviri Vaqarşak Arutyunyan 6 oktyabr 2020-ci ildə “Rossiya 1” kanalına müsahibəsi zamanı Azərbaycanın dinc əhalisinin bilərəkdən hədəf seçildiyini etiraf edir və bildirir ki, “indi biz taktika hazırlamışıq ki, artilleriya zərbələri endirək, hərbi hava hücumundan müdafiə sistemlərini sıradan çıxaraq, daha sonra isə dinc əhalinin yaşadığı ərazilərə zərbələr endirərək təviş yaradaq”. Konkret olaraq, bu faktlar və fikirlər “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” 12 avqust 1949-cu il Konvensiyasının (IV Konvensiya) bir sıra maddəələrinə əsasən qadağan edilir. 33-cü maddədə qeyd olunur ki, mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, terror və qisasçılıq hərəkətləri qadağandır. 31-ci maddə mülki şəxslərə fiziki və mənəvi təzyiqi, 32-ci maddə isə mülki şəxslərin fiziki iztirablarına və məhvinə səbəb ola bilən hər hansı tədbiri qadağan edir.
2. Ermənistan silahlı qüvvələri tərəfindən hərbi əməliyyatlar zonasından tamamilə kənarda olan Azərbaycanın şəhər və kəndlərində yerləşən mülki obyektlər həmləyə məruz qalır. IV Konvensiyanın 52-ci maddəsinə görə hərbi təyinatlı hesab edilməyən bütün obyektlər (yaşayış evləri, məktəblər, ibadətgahlar, mədəni və tarixi abidələr və s.) mülki obyektlərdir. Həmin maddənin 3-cü hissəsinə görə, hətta mülki obyektlərdən hərbi əməliyyatlara yardım məqsədilə istifadə edildiyi şübhə doğurduğu halda belə, onlardan bu məqsədlə istifadə edilmədiyi ehtimal olunmalıdır.
3. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin raketlərdən atəşə tutulması isə beynəlxalq hüquqa görə həm silahlı təcavüz, həm də mülki obyektə qarşı hərbi həmlədir. Xüsusilə bu fakt regional təhlükəsizlik üçün təhdid sayıldığından BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən kollektiv özünümüdafiəyə hüquqi əsas yaradır. Bu hüquqdan istifadə etməklə Azərbaycan və Türkiyə (hətta Gürcüstan da) BTC kəmərinin təhlükəsizliyinin təmin edilməsi üçün birgə hərbi əməliyyatlar həyata keçirə bilərlər.
4. Qarışıq həmlələr də beynəlxalq humanitar hüquqla qadağan edilir. IV Konvensiyanın 51-ci maddəsinə əsasən qarışıq həmlələr mülki və hərbi obyektlərə fərq qoymadan zərbə endirən həmlələrdir. Gəncənin bombalanması düşmən bu fərqi qoymadan həmlə etmişdir.
5. Azərbaycanın yuxarıda adlarını çəkdiyimiz bütün dinc yaşayış zonaları məhz Ermənistan ərazisindən (hərbi əməliyyatlar zonasından deyil) atılan raket və digər silahlardan atəşə məruz qalırlar. Fakt: Gəncəyə və digər rayonlara raket hücumları və bombardmanlar Ermənistanın Berd rayonundan edilib. Bu isə birbaşa Ermənistandan Azərbaycan ərazisinə edilən hərbi təcavüz cinayətidir və bu beynəlxalq cinayətin subyekti də məhz Ermənistan dövləti və siyasi rəhbərliyidir. Hüquqi əsas: BMT-nin Təcavüzün Tərifi haqqında 1974-сü il tarixli Qətnamənin 3-сü maddəsinə görə təсavüz hərəkətlərinə: bir dövlətin silahlı qüvvələrlə başqa dövlətin ərazisinə soxulması və ya hüсumu (Dağlıq Qarabağa və yeddi rayona, həmçinin 2020-ci ilin yayındaTovuza), yaxud bu сür zorla soxulma və ya hüсumun nətiсəsi olan hər hansı hərbi işğal və ya zor işlətməklə başqa dövlətin ərazisinin və ya onun bir hissəsinin istənilən ilhaqı; dövlətin silahlı qüvvələrlə başqa dövlətin ərazisini bombardman etməsi və ya dövlətin hər hansı bir silahı başqa dövlətin ərazisinə qarşı tətbiq etməsi və s. aid edilir.
6. Hədəf kimi tibbi personal və yaralıları daşıyan təcili yardım maşınları seçilir. Fakt: 6 oktyabr 2020-ci ildə Ağdamın ağır artilleriyadan atəşə tutulması nəticəsində düşmən mərmilərindən biri Ağdamda təcili tibbi yardım maşınının yanına düşüb, nəticədə ambulansa ciddi ziyan dəyib, yaralılar var. Hüquqi əsas: 1949-cu il Konvensiyasına əlavə olunan 1977-ci il 8 iyun tarixli II Protokolun 11-ci maddəsində qeyd olunur ki, tibbi birləşmələr və nəqliyyat vasitələri həmlə obyekti ola bilməz.
7. Ermənistanın müharibə və silahlı təcavüz cinayətlərinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri indiki Ermənistanın ərazisinə (tarxi Azərbaycan torpaqlarına) hələki heç bir zərbə endirmir, lakin beynəlxalq hüquqa əsasən bu hüququ özündə saxlayır. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyi bəyanat verərək bildirib ki, bizim hədəfimiz mülki əhali deyil və onlar bizim ərazini tərk etsinlər. Bu isə Cenevrə Konvensiyasına əməl edilməsinin və orda yaşayan mülki ermənilərin ərazini tərk etmək hüququnun tanınması deməkdir.