Anım Günü saat 12:00-da ölkə ərazİsİndə şəhİdlərİn əzİz xatİrəsİ bİr dəqiqəlİk sükutla yad edİləcək

Sentyabrın 27-də – Anım Günüdə saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bu barədə Təşkilat Komitəsindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq.

Qeyd olunub ki, Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

Mənbə: AZƏRTAC