Ağdaban soyqırımı (8 aprel 1992-cİ İl)

1992-ci il aprel ayının 8-də ermənilərin Kəlbəcər rayonunun Çayqovuşan və Ağdaban kəndlərinə silahlı hücumu nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmış, 779 nəfər dinc sakininə amansız işgəncələr verilmiş, Ağdaban kəndində ermənilərin həyata keçirdikləri soyqırım nəticəsində 39 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların arasında 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.

Ermənilər tərəfindən tarixi, memarlıq və mədəniyyət abidələri dağıdılmış, talanmış və məhv edilmişdir. Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılmış və məhv edilmişdir.1992-ci il aprel ayının 8-də baş verən, Azərbaycan tarixində törədilmiş ən böyük cinayətlərdən biri, Qarabağın strateji əhəmiyyətli Kəlbəcər rayonunu ələ keçirmək üçün erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımı idi.

Ağdaban soyqırımı – bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işkəncələr verilməsi, yurdundan didərgin salınması yaddaşlardan heç vaxt silinəsi hadisə deyil. Qeyd etmək vacibdir ki, Agdaban soyqırımı Yuxarı Qrabağın bütünlüklə işgalından hələ əvvəl baş vermişdi. Bu hadisə onu göstərir ki, ermənilərin təkcə Dağlıq Qarabağ deyil, işğalçılıq siyasətinin təməlində uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün daha geniş ərazilər həyata keçirmək xeyli əvvəllər planlı şəkildə hazırlanmışdı.119 Beynəlxalq hüquq baxımından Ağdabanda baş verən faktların məhz beynəlxalq cinayət – soyqırımı kimi dəyərləndirilməsi bir necə mühüm aspektlə izah olunur.

Birincisi, Kəlbəcər rayonunun Ağdaban kəndi qədim türksoylu kəndlərdən biridir. Daban türk dillərində “dağ keçidi” ,“aşırım” mənası daşıyır. Toponim “ağ rəngli aşırım”, “ağımtıl dağ keçidi” mənasındadır. Bu məkan strateji əhəmiyyəti və qədim milli mədəniyyəti ilə seçilən bir arealdır.

İkincisi, Ağdabanın hədəfə alınması məhz bütövlükdə ölkəmizin ərazi bütövlüyünə bir təhdid hesab edilir. Belə ki, ermənilərin Ağdabanda törətdikləri soyqırımı nəinki təkcə Kəlbəcərə, əslində, Аzərbаycаnа qаrşı təcavüzün başlanğıcı ola bilərdi, digər kəndlərin işğаlını аsаnlаşdırаrdı. Murоv yоlunun ermənilər tərəfindən tutulmаsınа və beləliklə də 52 min nəfərlik əhаlinin tаmаmilə məhvinə gətirib çıхаrаrdı. Ermənilər Аğdаbаnı təkcə strаteji məkаn оlduğu üçün deyil, əslində, Kəlbəcərin qədim bir xalqa məxsus mədəniyyətin, ədəbi mühitinin beşiyi kimi də çохdаn hədəfə аlmışdılаr. Çünki, bu kəndin yetirdiyi Аğdаbаnlı Qurbаn böyük sərkərdə Şаh Ismаyıl Хətаinin silаhdаşı оlаn Miskin Аbdаl оcаğının nəsil dаvаmçısı idi. Bu оcаq mənəviyyаtımızın beşiyi kimi erməniləri оlduqcа ciddi nаrаhаt edirdi. Məhz оnа görə də hələ 1990-cı il iyul аyının 11-də Аğdərənin Оtаqqаyа аdlаnаn ərаzisində Tərtər – Kəlbəcər mаrşrutu ilə gedən 150-yə yахın mаşındаn ibаrət kаrvаnın qаrşısını kəsərək, Dədə Şəmşirin qızı Çimnаz хаnımı, Şаhlаr Şükürоvu (Аzərbаycаnın Milli Qəhrəmаnı), Аslаn Хıdırоvu, Ittifаq miqyаslı «Istisu» sаnаtоriyаsındа müаlicəyə gedən yüzlərlə dinc sаkini (əksəriyyəti isə хəstə və qоcаlаrdаn ibаrət) terrоr nəticəsində qətlə yetirmişdilər.

Göründüyü kimi, Ağdaban soyqırımı ermənilərin cinayətkar məqsədlərinin həyаtа keçirilməsi plаnının ilkin şərtlərindən biri olmuşdur. Həmçinin, bu cinayətə hələ də beynəlxalq miqyasda siyаsi və hüquqi qiymət verilməmişdir.