“Erkən nİkahlar ənənə deyİl, zorakılıqdır” adlı layİhənİn İcrasına başlanılıb

Demokratik İslahatlar və Hüquq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Erkən nikahlar ənənə deyil, zorakılıqdır” adlı  layihənin icrasına başlamışdır. Layihənin 2 ay müddətində Ağstafa və Tovuz rayonlarında keçirilməsi nəzərdə tutulur (01 sentyabr -01 noyabr 2022). Layihənin məqsədi erkən nikah probleminin özündə tarixi ənənələrin yükünü daşıması, yəni tarixi ənənə və mentalitetdən irəli gələn səbəblər: “qarımış qız”, “qız yükü duz yükü”, “tez evlənən, tez yuxudan duran qazanar” kimi yanlış stereotiplərin aradan qaldırılmasına kömək etmək; valideynlərin qızlarını cinsi təcavüz və zorakılıqdan qoruması düşüncəsinin aradan qaldırılmasına kömək etmək; ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikrinin yanlış olmasnın dərk edilməsinə kömək etmək; kənd yerlərində yaşayan qızların işlə təmin olunmalarındakı çətinliklər və çarəsizliklərin aradan qaldırılması yolları barədə biliklərin əldə edilməsinə kömək etmək; məcburi nikaha cəlb olunma hallarına müdaxilə etmənin çətinləşdirməsi şəraitinin yaradılmasına kömək etmək; qızların qaçırılması hallarının aradan qaldırılmasına kömək etmək; erkən nikahların zərəli nəticələri barədə biliklərin əldə edilməsinə kömək etməkdir. Layhə çərçivəsində regionda erkən nikahların və erkən nişanlanma hallarının daha çox baş verdiyi kəndlər və məktəblər  rayon icra hakimiyyətlərinin, bələdiyyələrin köməyi ilə və Birliyə müraciətlər əsasında müəyyən olunmuşdur. Hər bir rayonda hər birində 50 nəfər iştirak etməklə 2 seminar keçiriləcəkdir.Seminarlarda erkən nikahların səbəbləri və onlarla bağlı yanlışlıqlar, erkən nikahların doğurduğu hüquqi və digər nəticələr; erkən nikahlarla bağlı hüquqi və digər tədbirlər; erkən nikahların qarşısının alınması və erkən nikahların qurbanblarının dövlət müdafiəsi mövzuları əhatə olunacaqdır və iştirakçılara sertifikatlar və kiçik hədiyyələr veriləcəkdir.

Layihə şırçivəsində “Erkən nikah ənənə deyil, zorakılıqdır” adlı bukletin və “Erkən nikahlar uşaqlara qarşı zorakılıqdır” adlı kitabçanın hazırlanması və paylanması, kitabçada erkən nikahların nəticələri, erkən nikahlarla mübarizə haqqında qanunvericiliyin tələbləri, erkən nikahların qurbanlarının dövlət müdafiəsi haqqında biliklər və məlumatlar verilməsi nəzərdə tutulur. Layihədə erkən nikahlara görə valideynlərin, məktəblərin məsuliyyəti  və ictimaiyyətin fəallığının artırılması ilə bağlı fəaliyyət istiqamətləri əhatə olunacaq, könüllü və məcburi  olmasından asılı olmayaraq, erkən nikahlar və nişanlanmalarla mübarizə aspektləri geniş işıqlandırılacaqdır.

 Layihə çərçivəsində erkən nikah və nişanlanmalarla bağlı valideynlər, müəllimlər və yetkinlik yaşına çatmayanlarla konfidensial yardım göstərilməsi də nəzərdə tututlur.