Rusİya və ABŞ Baş Qərargah rəİslərİ Bakıda görüşdülər

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Bakıda keçirilən görüş zamanı gərginliyin azaldılması və insidentlərin yaranması ilə bağlı risklərin qarşısının alınmasını müzakirə ediblər.

“Hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması ilə bağlı birgə işin, habelə gərginlik və insident risklərinin azaldılmasının istiqamətləri müəyyən olunub”, – Rusiya Fedarasiyasının müdafiə nazirliyinin  məlumatında deyilir.

Baş Qərargah rəsiləri həmçinin ABŞ-Rusiya arasındakı hazırki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, Avropa, Yaxın Şərq, Şimali Afrika və digər regionlarda beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

“Əlaqələrin davam etdirilməsinə dair razılıq əldə olunub”, – Rusiya Müdafiə Nazirliyi məlumat verir.