Bakı Avrasİya Unİversİtetİndə Xocalı soyqırımının qurbanları anıldı

Bu gün Bakı Avrasiya Universitetində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbir keçirilib.

Anım tədbiri Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən  universitetin prorektoru, filologiya ürə fəlsəfə doktoru Nigar Hüseynova Xocalı soyqırımının dünyada tanınması istiqamətində aparılan dövlət siyasətindən və imzalanmış mühüm dövlət sənədlərini xatırladıb və bu işdə gənclərin üzərinə düşən mühüm məqamları diqqətə çatdırıb. N.Hüseynova çıxışında  XX əsrin əvvəllərindən xalqımıza qarşı başlanan  bu cür soyqırımların dəfələrlə törədildiyini, Xocalı faciəsinin isə bu proseslərin tərkib hissəsi olduğunu bildirib və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərin əhəmiyyətini qeyd edib.

Tədris müəsisəsinin İçtimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfayət Əliyev Xocalı faciəsinin dünyada  tanıdılması yönündə hədəfləri açıqlayaraq, dövlətin bu istiqamətdə apardığı işləri dəyərləndirib və butün gəncliyi bu  mövzulara diqqətlə yanaşmağa,qanlı tariximizi dərindən öyrənməyə çağırıb.