AVCİYA əsgərlərİn vətənpərvərlİk tərbİyəsİnə dəstək verİr

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Hərbi hissələrdə əsgərlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi işinə vətəndaş cəmiyyətinin dəstəyi” layihəsi çərçivəsində N hərbi hissədə ilk tədbirini keçirib.

AZƏRTAC xəbər verir ki, AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov tədbirdə çıxış edərək assosiasiyanın fəaliyyəti, icra etdiyi layihələr, o cümlədən informasiya savaşında əldə edilən nailiyyətlər barədə iştirakçılara məlumat verib.

Sonra AVCİYA-nın eksperti, tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi: 2016-cı ilin aprel döyüşləri” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə AVCİYA prezidenti Elxan Süleymanovun “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı, habelə assosiasiyanın bir sıra nəşrləri hərbi hissəyə təqdim edilib, əsgər və zabitləri maraqlandıran suallar cavablandırılıb.

Mənbə: AZƏRTAC