“İrəlİ” İctİmaİ Bİrliyİ Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosİal şəbəkələrdə aksİyalara start verib

“İrəli” İctimai Birliyi 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkələrdə aksiyalara start verib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, aksiyaların keçirilməsində məqsəd iki əsrdən artıq müddətdə Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək, xalqımızın başına olmazın müsibətlər açan erməni təcavüzkarlarının törətdikləri soyqırımlarını dünya ictimaiyyətinə daha ətraflı çatdırmaqdır.

“Twitter” sosial şəbəkəsində aksiyaya 500-dən çox gəncin qoşulacağı gözlənilir. Aksiyanın aprelin 1-dək davam etməsi nəzərdə tutulur.

Aksiyaya qoşulmaq istəyən şəxslər, “Twitter”də #31March1918 #31MarchGenocide #Azerbaijan #ireli2017 həştəqlərindən istifadə edərək müxtəlif məlumatlandırıcı paylaşımlar etməklə Azərbaycan həqiqətlərini daha böyük auditoriyaya çatdırılmasına töhfə verə bilərlər.