Qoşunlarda döyüş fəalİyyəti aparılır

Silahlı Qüvvələrin təlimlərinin növbəti mərhələsində qarşılıqlı fəaliyyətlərin təşkili məqsədilə əvvəl qəbul edilmiş qərarlar maket üzərində və ərazidə dəqiqləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə qoşunların idarə olunması və fəaliyyətlərin uzlaşdırılması məsələləri ətraflı işlənilib.