Şuranın dəstəyİ İlə keçİrİlən kurslara yekun vurulub

Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq Bakı Avrasiya Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) tərəfindən “Açıq Hökumət – yeni elektron idarəetmə modeli, Azərbaycan təcrübəsi – ASAN xidmət modeli” mövzusunda yekun tədbir keçirilib.

Hüquqi maarifləndirmə məqsədilə təşkil olunan ictimai mühazirə və seminarlarda demokratiyanın, şəffaflığın, korrupsiyaya qarşı mübarizə mədəniyyətinin və hüquqi dövlətin formalaşdırılmasının səmərəli vasitəsi olan Açıq Hökumət konsepsiyasının mahiyyətindən danışılıb, ölkəmizdə dövlət orqanları tərəfindən əhaliyə göstərilən müxtəlif xidmətlər, Açıq Hökumətin ölkəmizdə yeni elektron idarəetmə modeli kimi inkişafı, xüsusilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin – “ASAN xidmətin” unikal model olaraq fəaliyyət istiqamətləri barədə ətraflı bəhs olunub, seminarda açıq müzakirələr aparılıb, dinləyicilərin suallarına cavablar verilib.

Yekunda ictimai kurslarda fəal iştirak etdiklərinə görə dinləyicilərə sertifikatlar təqdum olunub.

 

AİM-in mətbuat və informasiya

xidmətinin məlumatı