Şuranın dəstək verdİyİ Açıq hökumətİn təşvİqİ İlə bağlı layİhəyə yekun vurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyinin “Açıq hökumətin təşviqi və antikorrupsiya qanunvericiliyi üzrə ictimai mühazirə və seminarların keçirilməsi,“Antikorrupsiya qanunvericiliyi və müasir beynəlxalq hüquq” kitabının elektron nəşri” layihəsinin icrası uğurla başa çatdırılıb.

Layihə çərçivəsində şəffaflığın artırılması, açıq hökumətin təşviqi və antikorrupsiya qanunvericiliyi ilə bağlı 3 ay ərzində Avrasiya Universitetində ictimai mühazirə və seminarlar keçirilib, dinləyicilərə sertifikatlar təqdim olunub.

Layihənin əsas məqsədi ölkə Prezidenti cənab İlham Əliyevin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə yardımçı olmaq, tələbələr arasında ictimai mühazirə və seminarlar vasitəsilə açıq hökumət prinsipləri və antikorrupsiya məsələləri üzrə hüquqi maarifləndirmə işlərinin aparılması olub.

Layihə nəticəsində “Antikorrupsiya qanunvericiliyi və müasir beynəlxalq hüquq” kitabının elektron nəşri” həyata keçirilib. AMEA-nın doktorantı Səyyad Məcidlinin müəllifi olduğu kitabın elektron versiyasını http://aggression.az/ebooks/ANTIKORRUPSIYA_QANUNVERICILIYI.pdf linkindən əldə edə bilərsiniz.