Azərbaycan Hərbİ Dənİz Qüvvələrİnİn “G-124” gəmİsİ dənİz hədəfİnə atışları uğurla yerİnə yetİrİb

“Dəniz kuboku-2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanhərbi gəmilərinin heyətləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müsabiqənin şərtlərinə görə döyüş atışları 3,5 kilometr məsafədən icra olunub və tapşırıqların yerinə yetirilməsi faktı beynəlxalq hakimlər briqadası tərəfindən təsdiq edilib.

Tapşırığın icrasına görə, yekun nəticə atışlar zamanı dəniz poliqonunda müəyyən edilmiş məsafəni qət edərkən hər bir gəminin sürəti nəzərə alınmaqla bazar ertəsi hakimlər tərəfindən müəyyən ediləcək.

6 avqust, AZƏRTAC