Ermənİlərİn qandonduran vəhşİlİklərİ bəşərİ dəyərlərə ləkədİr

Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttinə yaxın ərazidə yerləşən kəndləri, Ermənistan -Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki insanların qətlə yetirilməsinə terrordan başqa ad vermək olmaz. Bu günlərdə qırx mərasimləri keçirilən Füzuli rayonunun Alxanlı kənd sakini, 18 aylıq balaca Zəhranı və onun nənəsi Sahibə Allahverdiyevanı qətlə yetirən erməni silahlılarının az sonra Tovuz rayonunun Qaralar kəndini atəşə məruz qoyması, kəndin 13 yaşlı sakini Ramin Yusifovu yaralaması erməni xislətindən irəli gələn vəhşilikdir.

Xarici İşlər Nazirliyinin (XİN) hadisə ilə bağlı açıqlamasında qeyd olunduğu kimi, mülki şəxslərin, günahsız insanların, uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizmi siyasətidir. Dağlıq Qarabağ müharibəsi başlanandan erməni silahlılarının törətdikləri cinayətlər nəticəsində qətlə yetirilən insanların sayı isə minlərlədir. Təkcə Xocalı soyqırımını xatırlatmaqla işğalçı ölkənin dövlət siyasətinə çevrilmiş terror aktları barədə aydın təsəvvür yaratmaq mümkündür. XİN-in bəyanatında qeyd olunduğu kimi Ermənistanın hərbi doktrinasında cəbhə xətti boyunca assimetrik hücumların həyata keçirilməsi və bu xüsusda mülki insanların və obyektlərin hədəfə alınması artıq açıq şəkildə təsbit olunub: “2016-cı ilin aprelində Ermənistan rəhbərliyinin törətdiyi hərbi avantüra nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralandı, arasında uşaq olmaqla 6 nəfər həlak oldu.” Xatırladaq ki, Xocalı soyqırımında da həlak olanların 63-ü uşaqlar idi.

Beynəlxalq humanitar hüququn və insan haqlarının, 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavənin, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara qarşı Konvensiyanın ciddi şəkildə pozulması kimi dəyərləndirilən belə cinayətlər üçün Ermənistanın siyasi, hərbi rəhbərliyi məsuliyyət daşıyır. Ermənistanın cəzasız qalmasının nəticəsidir ki, illərdən bəridir Azərbaycanın mülki əhalisini hədəfə alan erməni silahlılarının qurbanlarının taleyi ilə maraqlanan olmadığı üçün işğalçıya qarşı ciddi tədbirlər də görülmür.

Sülh prosesinə əngəl olan mövcud status-kvonun saxlanılması üçün danışıqlar ərəfəsində bu kimi təxribatlara əl atan Ermənistanın işğalçılıq siyasətini pisləyən beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməkdən boyun qaçıran, ərköyünləşən Ermənistan və havadarları zamanın mühakiməsində layiqli cavablarını alacaqlar. Erməni terrorizmini ifşa edən və həqiqəti yazdığı üçün erməni lobbisi tərəfindən məhkəməyə verilən rus tarixçisi Oleq Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” əsərində qeyd olunduğu kimi, terrorizmi, terrorçuları qəhrəman simasında təqdim edən ermənilərin törətdikləri qətllər başqalarının əlində vasitə olan işğalçıların siyasi məqsədlər və milli maraqlar naminə həyata keçiridikləri cinayətlərdir. Onlara göstərilən dəstəyin nəticəsidir ki, ermənilər özlərini qədim xalq hesab etməklə kifayətlənmir, eyni zamanda “sivilizasiyanın ali təbəqəsinə” mənsub olduqlarını düşünürlər. Onların bu kimi səhv düşüncə tərzinə malik olmaları təbii ki, ədalət anlayışını yalnış qavramalarından irəli gəlir.

Oleq Kuznetsovun kitabında olduğu kimi, akademik Ramiz Mehdiyevin “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” kitabında da ermənilərin “ali irqə mənsub olmaları” barədəki xəyalları alt-üst edilir: “Ola bilsin ki, erməni müəlliflər “xristianlıq” dedikdə, “sivilizasiya”, “maarif”, “mədəniyyət” və ya başqa ali anlayışları nəzərdə tutur və bununla da erməniləri dünyaya hansısa “yolgöstərən”, “xilaskar” və digər qiyafələrdə təqdim etməyə çalışırlar. Əslində isə, onlar özlərinin nə dərəcədə “sivilizasiyalı” olmalarını 1992-ci ildə Xocalı şəhərində bütün dünyaya nümayiş etdirdilər. Prezident Serj Sarkisyanın etiraf etdiyi kimi, onlar Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törətməklə “stereotipləri alt-üst ediblər”. Bu sözlər ermənilərin sivilizasiya barədəki baxışlarına, genlərindən irəli gələn qəddarlıq, qaniçənlik kimi milli xüsusiyyətlərinə, vəhşiliklərinə əsl mənada verilən qiymətdir.

Monoetnik dövlət Ermənistandan fərqli olaraq tarixən xristian və yəhudi dinlərə mənsub insanlar üçün doğma vətən olan Azərbaycanda inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar təhlükəsiz yaşamaqla düşüncələrində, dinlərinə etiqadda sərbəstdirlər. Respublikada dövlət -din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənir. Tolerantlığın təmin olunması sahəsində həyata keçirilən mükəmməl siyasət nəticəsində insanlara vicdan, dini etiqad azadlığı verilmişdir. Bu baxımdan “Dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün buradakı qədər səylər göstərilsin” sözlərini təsdiqləyən məqamlar çoxdur. Dövlət başçısı səviyyəsində fərqli konfessiyaların rəhbərləri ilə keçirilən görüşlər, ayrı-ayrı millətlərin dini mərasimlərində müxtəlif xalqların birgə iştirakı təsdiqləyir ki, Azərbaycanın multikultural ənənələrinin çoxəsrlik təcrübəsi bu gün də qorunur, təbliğ edilir. İslami dəyərlərdən qaynaqlanan başqa dinlərlə münasibətlərdə qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman bütün millətlərə hörmətlə yanaşırlar.

Ermənistandakı antidemokratik şəraitdən canlarını qurtarmaq üçün respublikamızda ailəliklə və yaxud fərdi qaydada sığınacaq tapan ermənilərə göstərilən humanistlik və xeyirxahlığın əksinə olaraq ermənilərin dinc, günahsız azərbaycanlılara qarşı qəddarlığı, bu millətin milli keyfiyyətlərindən irəli gələn vəhşilik, faşizmin nümunəsidir. Yer üzərində sülhün bərqərar olunması, xalqların qardaşlıq, dostluq şəraitində yaşaması üçün təşkil olunan bütün danışıqlarda sülhsevər siyasəti, diplomatik səyləri ilə diqqətçəkən Prezident İlham Əliyevin bildirdiyi kimi, dünyanı dəhşətə gətirən və çoxsaylı insan tələfatı ilə nəticələnən ən qanlı hadisələrdə Ermənistanın terror təşkilatlarının əli və izləri var. Qərb və Şərq mədəniyyətlərinin sintezinin mövcud olduğu Azərbaycanın sivil cəmiyyətlərə məxsus dəyərlərə hörmətlə yanaşması xalqımızın milli mənliyini şərtləndirən nümunədir. Buna görə də azad cəmiyyətdə yaşayan Azərbaycan vətəndaşları təxribatla məşğul olan dini, radikal təşkilatlara, ziyanlı cərəyanlara heç vaxt maraq göstərməmiş, mədəni, sivil mübarizə yollarına üstünlük vermişlər.

Hələ dil açmamış, doğma torpağının üstündə doyunca gəzməmiş, ata-anasının sevinc payı olan balaca Zəhranın erməni gülləsindən həyatını itirməsi, qanlar içərisində olan şəkli ilə düşmənə nifrət oyatması, başqa xalqların bu hadisəni nifrətlə izləməsi belə erməniləri vəhşi əməllərindən çəkindirmədi. Az müddətdən sonra Qaralar kəndini atəşə tutan ermənilərin 13 yaşlı Ramini yaralaması onu göstərir ki, qana həris ermənilər üçün insanlıq, xeyirxahlıq yad kəlmələrdir. Bütün dünya xalqlarının terrora qarşı birgə mübarizəyə çağırıldığı bir zamanda özlərini “sivilizasiyaların öncülləri” hesab edən ermənilərin qandonduran vəhşilikləri bəşəri dəyərlərə ləkədir.

Terrordan ən çox əziyyət çəkən bir ölkənin başçısı, “Dözümsüzlüyə, ayrı-seçkiliyə, ksenofobiyaya, müxtəlifliyə qarşı olan qorxuya qalib gəldiyimiz gün bu mübarizədə uğur əldə edə bilərik. Zorakılıq tərəfdarları dini dəyərləri təhrif etməklə yaratdıqları utopiyalarla gənc nəsillərə təsir göstərir, onları fəlakətə aparırlar. Bunun əvəzində yeni nəsillərə inancları, ədaləti və bərabərliyi əsas götürən həqiqi mesajları ən doğru şəkildə öyrətməliyik” söyləyən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi, terrorun bütün formalarına qarşı mübarizədə zəfər ancaq ağıllara, qəlblərə, vicdanlara müraciət edərək əldə oluna bilər. İllərdən bəri ermənilərin hərbi, ekoloji, mədəni və mənəvi terrorundan əziyyət çəkən Azərbaycan əməli fəaliyyəti ilə subut etdi ki, milliyyəti, vətəni olmayan terrorçuların hər qanlı əməlləri insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayətdir.

İllərdən bəri Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinə, soyqırımına məruz qalan Azərbaycan xalqı bu qətliamların ağrı-acısını zəhraların, raminlərin simasında bu gün də yaşayır. Amma dəfələrlə qeyd olunduğu kimi, terror elə bir bəladır ki, ona qarşı mübarizədə bütün xalqlar birləşməli, dünyamızı erməni cəlladlarından xilas etmək naminə multikultural dəyərlərin təbliği daha da gücləndirilməlidir.

Xuraman İsmayılqızı, “İki sahil”