Azərbaycanda kİbercİnayətkarlıqla mübarİzə məsələlərİ

Azərbaycan Respublikası bütün sahələrdə olduğu kimi, cinayətkalıqla mübarizə, o cümlədən kibercinayətkarlığa qarşı mübarizə sahəsində də siyasi iradə nümayiş etdirir. Son dövrlərin informasiya-kommunikasiya texnologiyalarının sür¬ət¬li inkişafı beynəlxalq hüquqi əlaqələrin müxtəlif sahələrində, o cümlədən kibercinayətlər üzrə beynəlxalq əməkdaşlığı, bu sahədə normativ hüquqi mübadiləni zərurətə çevirmişdir. Ona görə də ölkəmiz də daxil olmaqla yuxarıda qeyd olunan problemləri nəzərə alaraq, kompüter cinayətkarlığı ilə mübarizə sahəsində döv¬lətlər öz səylərini birləşdirməyə və bu məsələlərlə bağlı hüquqi müstəvidə BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, MDB və digər beynəlxalq qurumlar çərçivəsində addımlar atmağa başlamışdır. Bu həm qarşılıqlı hüquqi yardım, həm də universal və regional təhlükəsizliyin qorunması və təhdidlərin qarşısının alın¬ması sahələrinə aid edilə bilər.
Bu sahədə maddi və prosesual normaları unifikasiya edən və kiber¬münasibətləri tənzimləyən ən mühüm sənədlər Avropa Şurası çərçivəsində qəbul edilmişdir. Artıq qeyd etdiyimiz kimi, qurumun 23 noyabr 2001-ci il tarixli Kiber¬cinayətkarlıq haqqında Konvensiyası kiberməkanda baş verən cinayətlər və onlar¬la mübarizə məsələlərinə həsr olunmuşdur. Bu Konvensiyada beynəlxalq təcrübədə analoqu olmayan bir sıra cinayətlər – kompüter məlumatlarının və sisteminin konfidensiallığı, bütövlüyü və əlverişliliyi əleyhinə cinayətlər, kompüterlə əlaqəli cinayətlər, habelə, məzmununu kompüter informasiyası təşkil edən hüquq po¬zuntuları, uşaq pornoqrafiyası ilə əlaqəli materiallarla bağlı hüquqazidd əməllər, müəlliflik və əlaqəli hüquqların pozulması ilə bağlı cinayətlər təsbit olumuşdur.
Bundan başqa, Konvensiya kibercinayətkarlıqla mübarizədə əməkdaşlığın prinsiplərini də müəyyən edir. Bunlara aiddir: bir-biri ilə geniş əməkdaşlıq prinsipi, ekstradisiya prinsipi, qarşılıqlı yardımın ümumi prinsipləri, müvafiq beynəlxalq sazişlərin istisna etdiyi hallarda yardım haqqında sorğuların yönləndirilməsi və yerinə yetirilməsi prinsipi, konfidensiallıq və məhdud istifadə prinsipi, müvəqqəti tədbirlərin görülməsi üzrə yardım prinsipi, istintaq xidmətlərinin fəaliyyətlərinə yardım prinsipi.
Kibercinayətkarlıq üzrə prinsiplərin həyata keçirilməsi fikrimizcə müasir dövr üçün daha aktual hüquqi problem olaraq araşdırılmalı və riyayət olunmalıdır. Çünki, özünün transmilli mahiyyətinə və nəticələrinin ağırlığna görə bu kate¬qoriyaya daxil olan əməllərin təhlükəsziliyi heç də digər beynəlxalq və beynəlxalq xarakterli cinayətlərdən geri qalmır. Bu mənada amerikalı hüquqşünas alim M. Keyserin “kibercinayətlər ciddi transmilli komponentə malikdir” fikrinə tama¬milə şərik çıxaraq, bu əməlin törədilməsi ilə serverlər vasitəsilə otürülən məlu¬matların, virusların və digər zərərli proqramların bir deyil, çoxsaylı dövlətlərin milli maraqları və mənafelərinə toxunmasını qeyd edə bilərik. Ona görə də bu sahədə universal və regional əməkdaşlıq, cinayətlə mübarizənin reallaşdırılma mexanizmlərinin müəyyən olunması mühümdür.
MDB çərçivəsində bu cinayətlə mübarizə məsələləri 2001-ci il tarixli Kompüter informasiyası sferasında cinayətlərlə mübarizədə MDB iştirakçı-dövlətlərin əməkdaşlığı haqqında Müqavilə ilə tənzimlənir. Bu sənədə əsasən kompüter informasiyası sahəsində cinayətlərin xəbər verilməsi, qarşısının alınması, istintaqı və s. istiqamətlərdə birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunda başqa, MDB çərçivəsində 17 fevral 1996-cı il tarixdə qəbul edilən Model Cinayət Məcəlləsində (XII fəsil- “İnformasiya təhlükəsziliyi əleyhinə cina¬yətlər”) kompüter informasiyasına qanunsuz daxil olma, kompüter sabotajı, kompüter informasiyasının modifikasiyası, komyuter informasiyasının qanunsuz ələ keçirilməsi və s. üzv dövlətlərin milli qanunlarına implementasiya məsə¬lələrinə toxunulur. Qeyd olunmalıdır ki, mütəxəsislər MDB ölkələrində mövcud olan kibercinayətkarlıqla mübarizə üzrə təcrübəni əlverişli hesab edirlər.
Digər dövlətlər kimi, Azərbaycan da kibercinayətkarlıqla bağlı həm uni¬versal, həm də regional əməkdaşlıq çərçivəsində beynəlxalq hüquqi normaların milli qanunvericiliyə implementasiyasiyası ilə bağlı zəruri tədbirlər görür.
Qeyd olunmalıdır ki, kibercinayətkarlıqla bağlı beynəlxalq hüquq norma¬larının Azərbaycan cinayət qanunvericiliyinə implementasiyası zamanı transfor¬masiya təcrübəsinə istinad edilmişdir. Belə ki, ölkə Prezidenti cənab İlham Əliye¬vin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Res¬publikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 1.2.4-cü maddəsinə görə informasiya texno¬logiyalarından istifadə etməklə insan hüquqlarının pozulmasına qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəl¬ləsinin “Kompüter informasiyası əleyhinə olan cinayətlər” fəslinin yenidən işlən¬məsi və onun “Kibercinayətkarlıq haqqında” 2001-ci il 23 noyabr tarixli Konven¬siyanın tələblərinə uyğunlaşdırılması barədə təkliflərin hazırlanması tapşırığı qoyulmuşdur. 2012-ci ildə özünün normativ əsasda həllini tapmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu əsasında Cinayət Məcəlləsinin 30-cu fəsli beynəlxalq hüquqdan transformasiya olunmaqla, o cümlədən “Kibercinayətkarlıq haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq, həmin fəslin “Kompüter informasiyası sahəsində cinayətlər” adı dəyişdirilərək, “Kibercinayətlər” termini ilə əvəzlən¬mişdir. Eyni zamanda, həmin qanuna görə, qeyd olunan fəslin müvafiq maddələri də Konvensiyasının tələblərinə uyğun olaraq dəyişdirilmişdir. Qanuna əsasən kompüter sisteminə qanunsuz daxil olma, məlumatları qanunsuz ələ keçirmə, həmin məlumatları saxtalaşdırmaya, kibercinayətlərin törədilməsi üçün hazırlan¬mış vasitələrin dövriyyəsi, kompüter məlumatlarının saxtalaşdırılmasına görə cəzalar sərtləşdirilmişdir.
Qeyd olunan fəsil üzrə ədəbiyyatlarda şərh olunan məsələlərə diqqət yetirilməsi maraqlı olardı. Prof. F. Səməndərovun redaktəsi ilə nəşr olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Komentariyası”nda qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyində “kompüter informasiyası sahəsində cinayətlər” fəsli ilk dəfə olaraq nəzərdə tutulmuş, sonradan 29 iyun 2012-ci il tarixli qanunla bu fəslin maddələri yeni redaksiyada verilmişdir. CM-in XXX fəslinin normaları “Kibercinayətkarlıq haqqında” Avropa Şurasının 23 noyabr 2001-ci il tarixli Konvensiyasına uyğun olaraq (Azərbaycan Respublikası bu Konvensiyaya 30 sentyabr 2009-cu il tarixli, 874-lllQ nömrəli Qanunla qoşulmuşdur) Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin icrasından irəli gələrək cinayət qanununa daxil edilmişdir. Cinayətin ictimai təhlükəliliyi onda ifadə olunur ki, onların törədilməsi nəticəsində kompüter şəbəkələrinin, elektron məlumatların cinayətlərin törədilməsi üçün istifadə edilməsi və bu növ cinayətlərin baş verməsinə dair sübutların bu şəbəkələrdə saxlanılması və ya şəbəkələr vasitəsilə ötürülməsi təhlükəsi yaranır, kompüter sistem və şəbəkələrinin, o cümlədən kompyuter verilənlərinin məxfiliyi, bütövlüyü və yararlılığına qarşı yönəlmiş əməllər baş verir, həmçinin bu sistem, şəbəkə və verilənlərdən qeyri-qanuni istifadə mümkün olur, hər kəsin fikir və mülahizələrinin maneəsiz ifadə etmək hüququna qəsd olunur.
Cinayət əməlinin obyekti kompüter sisteminin, kompüter məlumatlarının mühafizəsi sahəsində yaranan ictimai münasibətlərdir. Bu cinayətin predmeti kompüter məlumatlarıdır. Cinayətin obyektiv cəhəti kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya saxlanılan kompüter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə daxil olmada ifadə olunur.
“Kibercinayətkarlıq haqqında” konvensiyaya görə kompüter məlumatları dedikdə kompüter sistemində işlənməsi, emal edilməsi üçün yararlı olan istənilən informasiya (faktlar, məlumatlar, proqramlar və anlayışlar) başa düşülür. Kompüter informasiyasının predmeti informasiya ehtiyatlarıdır. Informasiya ehtiyatları dedikdə informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda məlumat banklarında və s.) sənədlər və sənəd massivləri, habelə ayrıca mövcud olan sənədlər və onların massivləri başa düşülür (“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 2-ci maddəsi).
CM-in 271-ci maddəsinin tərkibinin olması üçün kompüter informasiyası işlənmə, emal edilmə üçün yararlı olmalıdır. Informasiyanın yararlı olması ondan istifadəsinin mümkünlüyü dərəcəsindən asılıdır. Kompüter sistemində olan informasiyanın bütövlükdə yararlı olması tələb olunmur: kifayətdir ki, ələ keçirilən informasiya onu ələ keçirən şəxsə lazım olan səviyyədə yararlı olsun. Məsələn, belə informasiyadan istifadə etməklə informasiya sahibinə zərər vurula bilsin,ictimai təhlükəsizliyə və ictimai qaydaya təhlükə yaransın.
İnsanın şəxsi həyatı, kommersiya və məlumat sirri də qanunun mühafizəsi altındadır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 6-cı maddəsinə görə fiziki və hüquqi şəxslər onların vəsaitləri hesabına yaradılmış, qanuni yolla əldə edilmiş, yaxud bağışlama, vərəsəlik qaydasında toplanmış informasiya ehtiyatlarının, informasiya sistemlərinin, texnalogiyalarının və onların təminat vasitələrinin mülkiyyətçisidir. Bunlara mülki qanunvericiliyin qüvvəsi şamil olunur.
Qeyd etmək lazımdır ki, son dəyişiikliklərə əsasən kibercina¬yətlərə görə cəzaların sərtləşdirilməsi beynəlxalq təcrübəyə və Konvensiyanın müd¬dəaları ilə ziddiyyət təşkil etmir. Eyni zamanda, bu addım ölkə ictimaiyyəti tərəfin¬dən də təqdirəlayiq hesab olunur və bu dəyişiklik tam əsaslı hesab edilir: çünki bütün hüquqazidd əməllərin nəticəsi olaraq, kiber-cinayətkarlar tərəfindən bank hesabları açlıb külli miqdarda pullar götürlür, həmçinin insanların şəxsi həyatına müdaxilə olunur, habelə dövlət orqanlarının məlumat bazaları sıradan çıxarılır. Bu isə böyük bir fəlakətə də gətirib çıxara bilər. Qeyd olunanların zəruriliyini nəzərə alaraq bir daha əminliklə vurğulmaq olar ki, milli qanunvericilikdə kibercinayətlərlə bağlı cəzalanrın sərtləşdirilməsi ictimai tələbatdan irəli gəlir və tam qanuni məqsədlər daşıyır.
Hazırda ölkəmizdə İKT sahəsində sürətli inkişafı, bu sferada texnoloji infrastrukturun daim yenilənməsini, informasiya sahəsində törədilən hüquqazidd əməllərin diapazonunun genişlənməsini və kibercinayətkarlıqla bağlı mübarizə üzrə dövlətimzin sərt və davamlı mövqeyini nəzərə alaraq qeyd etmək lazımdır ki, gələcəkdə “Kibercinayətkarlıq haqqında” ayrıca qanunun qəbul edilməsi daha məq¬sədə¬uyğun olardı.
Eyni zamanda bu gün Azərbaycan Respublikasında kibertəhlükəsiziliyin tə¬min olunması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, təşkilati mexanizmlərin inkişafı istiqamətində dövlətimiz tərəfindən informasiya təklü¬kəsizliyi baxımından müxtəlif təbirlər həyata keçirilir.
Kibercinayətkarlıqla mübarizə üzrə səlahiyyətli qurum qismində Dövlət Təhlükəsizlik Xidməti müəyyən olunduğu üçün bu orqan tərəfindən konkret işlər görülməkdədir. Kibercinayətkarliğın, xüsusilə də kiber¬terrorçuluğun getdikcə daha ciddi xarakter alması bu təhlükələrin qabaqlanması istiqamətində Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi zərurətini artırmışdır. Bu sahədə qanunsuz əməllərə qarşı mübarizə müvafiq tex¬niki avadanlıqların mövcudluğunu, habelə yüksək texnologiyalara dair xüsusi bilik və bacarıqlara yiyələnməyi tələb edir. Son illər ərzində məhz göstərilən sahələrə diqqət artırılmış, eləcə də ölkəmizin kibertəhdidlərə qarşı mübarizə imkanlarının təkmilləşdirilməsi istiqamətində adekvat tədbirlər görülmüşdür. Statis¬tikaya görə, 2007-ci ildən bankomatladan istifadə, qanunsuz olaraq dövlət təşki-latlarının məlumat (kompüter) bazasına daxil olma, rabitə və informasiya texno¬logiyaları sahəsində baş vermiş digər qanunsuz əməllər üzrə cinayət məsuliyyətinə cəlb edilmə faktları baş vermişdir.
Qeyd olunmalıdır ki, kibercinayətlərin istintaqının aparılması, bu istiqa¬mətdə baş verəcək təhdidlərin önlənməsi ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən müvafiq tədbirlər görülür, cinayət işləri qaldırılır, bu neqativ təzahürlərə qarşı səmərəli mübarizə aparılır.
Həmçinin, vurğulamaq lazımdır ki, “Kibercinayətkarlıq haqqında” Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə əsasən kompüter sistemləri və kompüter verilənləri ilə əlaqədar cinayətlərin istintaqı və ya digər icraatın aparılması məqsədilə və ya cinayətlərə dair sübutların elektron formada toplanması üçün təxirəsalınmaz yardımın göstər-ilməsini təmin etmək məqsədilə 24/7 şəbəkəsinin – sutkada iyirmi dörd saat, həftədə yeddi gün ərzində fəaliyyət göstərən müvafiq əlaqə mərkəzinin yaradılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konvensiyanın həmin bəndi üzrə xüsusi Bəyanat verərək, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq, bu cür əlaqələndirici qurum qismində Dövlət Təhlükəsizlik Xidmətini təyin etmişdir.
Kibertəhlükəsizliyin təmin olunması sahəsində digər mühüm qurum Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyidir. Agentlik ölkə Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanına əsasən yaradılmışdır. Digər əhəmiyyətli funksiyaları ilə yanaşı, Agentlik xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərini və şəbəkələrini, idarələrarası elektron sənəd dövriyyəsini, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsini, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin edən, dövlət orqanlarının informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi texniki tədbirləri hazırlayıb həyata keçirən qurumdur. Bu orqan həmçinin, informasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinin hazırlan-masında və həyata keçirilməsində iştirak edir, kriptoloji fəaliyyətin təkmilləşdirilməsinin, elmi-texniki innova-siyaların tətbiqinin təmin edilməsini, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər qurumlarla birgə informasiyanın kriptoqrafik və texniki mühafizəsi, xüsusi telekommunikasiya sistemləri və şəbəkələri ixtisasları üzrə Dövlət orqanları üçün mütəxəssislərin hazırlanmasının təşkil edilməsini həyata keçirir.
Hazırda dövlət orqanlarına və özəl şir¬kətlərə qarşı kiberhücum və kibercasusluq halları sürətlə artmaqdadır. Qarşılıqlı əlaqəli və asılı informasiya infrastrukturuna yönəlik planlaşdırılmış, yerinə yeti¬rilmiş və məqsədinə nail olmuş kiberhücumlar ağır nəticələrə gətirib çıxara bilər. Kibertəhlükəsizliyin təmin olunması – cəmiyyətin sabitliyinin və normal fəaliyyəti¬nin müvəffəqiyyətə nail olmanın əsas şərtlərindən biri olaraq Elektron Təhlü¬kəsizlik Mərkəzi yaradılmışdır. Bu qurum kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır. Mərkəz informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadan¬lıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistem¬lərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanun¬suz müdaxilələr, ziyanverici proqramlar (elektron təhlükələr) barədə istifadəçi¬lərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkə¬lərdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayır və təhlil edir, habelə bu sahədə maarifləndirmə, elektron təhlükələrin qarşısının alınması və digər sahələr üzrə tədbirlər həyata keçirir.
Müasir mərhələdə Azərbaycanın davamlı və dayanıqlı inkişafı siyasətinin prioritet istiqamətlərindən elan olunan informasiya-kommunikasiya texnolo-giyaları (İKT) sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çev-rilmişdir. Son illərdə ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Bu baxımdan, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)», Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 avqust tarixli, 1056 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rabitə və informasiya texnologi-yalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan) və həyata keçirilən genişmiqyaslı işlər qeyd edilə bilər. Hal-hazırda respublikada İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqlayır. Dünya İqtisadi Forumu tərəfindən 2008-2009-cu illər üçün hazırlanmış “İnformasiya texnologiyalarının qlobal inkişafı haqqında hesa¬bat”da Azərbaycan 134 ölkə sırasında 60-cı yeri tutmaqla, bir çox nüfuzlu ölkələri qabaqlamışdır və MDB-nin iştirakçısı olan dövlətlər arasında lider olmuşdur.
Bu gün artıq ölkəmizdə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Kon-sepsiyası”na əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə vəzi¬fələr müəyyənləşdirilmiş, “Azərbaycan Respublikasında 2013-cü ilin “İnforma¬siya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunmuş və icra edilmiş, habelə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilmişdir. Yuxarıda qeyd etdiyimiz bütün sənədləri üzrə əlaqələndirici qurum qis¬mində məhz Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazir¬liyi müəyyən olunmuşdur. Bu sənədlərdə irəli sürülən ideyalar və həyata kcilirilən tədbirlər informasiya cəmiyyətinin inkişafına yönəlmiş addımlardandır və respub-likamızda kibertəhlükəsizliyin təmin olunamsı əhalinin bu istiqamətdə daha müasir və modern texnologiyalardan istifadə mədəniyyətinin yüksəldiləsi ilə bağlı müasir beynəlxalq birilyin qəbul etdiyi normaların ölkəmizdə səmərəli təbiqinə hesablanmışdır.
Kibercinayətkarlığa qarşı mübarizə üzrə beynəlxalq hüquq normalarının ölkədaxili səmərəli tətbiqi üçün fikrimizcə, bu sahədə müvafiq qurumlar, o cüm¬lədən ictimai birliklər tərəfindən maariflədirmə işlərinin aparılması vacibdir. Eyni zamanda, təlim və tədris materiallarının təcümə edilərək əhali arasında yayımı, habelə radio, televiziya, İnternet resuarlarından istifadə olunmaqla bu sahədə biliklərin yayılması, normativ hüquqi bazanın KİV-də geniş dərc edilməsi bu istiqamətdə əsas məqsədin əldə olunmasına yardımçı ola bilər.
Göründüyü kimi, qanunda müasir beynəlxalq hüquq normalarının tələb¬lərindən irəli gələn aktual məsələlərə – istər insan hüquqlarının təmin olunması, o cümlədən informasiya azadlığının müdafiəsi, istərsə də, beynəlxalq təhlükəszilik problemlərinə, məsələn informasiya təcavüzünə səbəb ola biləcək nüanslar öz təsbitini tapmışdır. Bundan əlavə, bilavasitə kompüter cinayətləri ilə bağlı məsələ də Qanunda öz əksini tapmışdır. Qanunun 20.2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər aşağıdakılardır:
1) Azərbaycan Respublikasında informasiyanın, həmçinin dövlət infor¬masiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistemin yaradılması və möh¬kəmləndirilməsi;
2) Dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qərarların qəbul edilmə¬sinin informasiya təminatının həyata keçirilməsi məqsədilə obyektiv və qabaq¬layıcı məlumatların toplanılması;
3) İnformasiya infrastrukturunun inkişaf etdirilməsi;
4) dövlət sirlərinin qorunmasının hüquqi mexanizmlərinin təkmilləşdiril¬məsi;
5) kibercinayətlərə qarşı mübarizə;
6) informasiya təhlükəsizliyinin və azadlığının təmin olunması.
Göründüyü kimi, beynəlxalq hüquq normalarında ifadə olunan informasiya təminatı, infrastrukturun inkişafı, informasiya təhlükəsizliyi və informasiya azad¬lığının tənzimi məsələləri Qanunda təsbit edilmiş, eyni zamanda, bizim təd¬qiqatımız baxımından mühüm əhəmiyyətli dəyişilik edilmişdir. Qeyd edək ki, Qanunun əvvəlki redaksiyasında “kompüter informasiyası sahəsində cinayət” anlayışından istifadə olunmuşdu. Qeyd olunan həmin ifadə müasir dövr üçün uğurlu sayılmadığından, təqdirəlayiq haldır ki, 21 dekabr 2012-ci il tarixli 522-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.2.5-ci maddəsində “kompüter informasiyası sahəsində cinayətkarlığa” sözləri “kibercinayətlərə” sözü ilə əvəz edilmişdir.

S.T.Məcidli