Müşfİq Ələsgərlİ: ““Ermənİ şəbəkəsİ” İş başındadır”.

Zaman-zaman erməni təcavüzü məsələsi, Ermənistanın Azərbaycanın tarixi ərazilərinə qarşı əsassız iddiaları həm dünyanın və regionun geopolitik dairələrinin, həm də milli dövlətçiliyimizin və elmi ictimaiyyətin müzakirə predmeti olub. Xüsusilə, bu günlərdə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı bununla əlaqədar ortaya qoyduğu yetkin siyasi və elmi-konseptual mövqe bu baxımdan təqdirəlayiq hesab edilməlidir. Məsələ ilə əlaqədar, tanınmış jurnalist, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli xüsusilə media qurumlarının bu məsələdə həssas olması kontekstində mühüm və maraqlı açıqlama ilə çıxış edib: ““Erməni şəbəkəsi” iş başındadır. Azərbaycan Respuplikasının Prezidenti İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlər onları narahat edib, ciddi reaksiya doğurub. İndi Prezidentin nitqini “təhlil edir”, “qüsur tapmağa”, effektini azaltmağa çalışırlar. Ermənilərin mövqeyi bəllidir, müəyyən mənada anlaşılandır. Çünki Prezidentin çıxışı bir tərəfdən Ermənistan tarixinin saxtakarlıq üzərində qurulduğunu ehtiva edir; XIX əsrin əvvəllərindən etibarən ermənilərin tarixi Azərbaycan torpaqlarında süni şəkildə məskunlaşdırılmasından başlamış, ADR hakimiyyəti tərəfindən İrəvan da daxil olmaqla Azərbaycan torpaqlarının Ermənistana verilməsi, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması üçün bağışlanmaz güzəştlərin edilməsini ehtiva edir. Digər tərəfdən isə Ermənistan dövlətinin faşist və terrorçu mahiyyətini ifşa edir, Ermənistanda 2018-ci ilə kimi cinayətkarların hakimiyyətinin hökm sürməsinə aydınlıq gətirir. Prezident tarixi torpaqlarımıza olan iddialarımızın aradan qalxmadığını siyasi müstəvidə gündəmə gətirir. Bu da anlaşılandır. Anlaşılmaz görünən məqam isə bəzi “azarbaycan alimlərinin” mövqeyi ilə bağlıdır. Xaricdə məskunlaşan “soydaşlarımız” tərəfindən yaradılan media qurumları neçə gündür ki rahatlıq tapmır, Prezidentin çıxışını araşdırırlar. Bu silsilədən iyunun 2-də “İlham Əliyevin bəyanatlarına alimlər nə cavab verirlər?” başlığı ilə keçirilən müzakirələri faciəvidir, təəssüfedicidir. Çox danışırlar, amma bir xətt üzərində hərəkət edirlər. İsbat etməyə çalışırlar ki, “İrəvan sözdə Azərbaycan şəhəri olsa da, mahiyyətcə ermənilərin olub və ADR-in onu güzəştə getməsində təəcüblü heç nə yoxdur”. Nə deyəsən belələrinə?!”