İNSAN ALVERİ İLƏ BAĞLI ELEKTRON VƏSAİT HAZIRLANIR

Avropaya İnteqrasiya Mərkəzi (AİM) ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Daxili İşlər Nazirliyi ilə birgə müsabiqənin nəticəsi olaraq “İnsan alveri (beynəlxalq və milli hüquq normaları kontekstində)” adlı elektron kitab hazırlanır.
Layihənin əsas məqsədi ölkəmizdə insan alveri cinayətinin qarşısının alınması üzrə preventiv vasitə kimi e-vəsaitin dərc olunması ilə bu cinayətlə mübarizə üzrə milli və beynəlxalq hüquqi normalar barədə e-məlumatlandırma tədbirlərinin görülməsidir.
Bununla əlaqədar AİM-in ekspertləri və hüquqşünas alimlər tərəfindən insan alveri ilə mübarizə üzrə elmi-praktiki araşdırmalar həyata keçirilir, ingilis və rus dillərindən tərcümələr edilir, xarici ölkələrin, o cümlədən ABŞ, Fransa, İtaliya, Almaniya və Türkiyədə insan alveri ilə mübarizənin hüquqi xüsusiyyətləri, habelə Çin, Yaponiya və digər Şərq ölkələrinin qanunvericilik normalarının müqayisəli təhlili aparılır.
Hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidlinin müəllifi olduğu e-vəsaitin bu ilin oktyabr ayında istifadəçilərin ixtiyarına verilməsi nəzərdə tutulur.

Avropaya İnteqrasiya Mərkəzinin
Mətbuat xidməti
31.08.2020