Bİrİncİ vİtse-prezİdent Mehrİban Əlİyeva: Dünya İctİmaİyyətİnİ Ermənİstanın müharİbə cİnayətlərİnİ qınamağa çağırıram

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan? Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin”.